Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə51/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   47   48   49   50   51   52   53   54   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
44 
parçalanması üsulundan istifadə etmək əvəzinə, plazma impuls texnologiyası yüksək enerjili plazma dalğası 
yaradır ki, bu da bir saniyə ərzində istilik və akustik dalğalar şəklində böyük enerji yaradır. Sonralar bu 
impuls dalğaları perforasiya, kiçik məsamələr,qazma məhlulu zonasından və s. keçərək keçiriciliyin 
artmasına səbəb olur. Bununla yanaşı, istismar olunan layın dərinliyinə bir sıra impuls dalğaları daxil 
olduqca nano və mikro qırılmaların meydana gəlməsinə səbəb ola bilər. Beləliklə neftin hərəkət qabiliyyəti 
artır ve quyulara doğru hərəkət etməyə başlayır. Son nəticə bütün il ərzində davam edə biləcək istehsalın 
artımıdır. Metod insanlara və ya ətraf mühitə zərərli kimyəvi maddələrdən istifadə etmədən həyata keçirilir. 
Qeyri-xətti, geniş zolaqlı, dövri və elastik dalğalar 1 Hz-dən 20 kHz-ə qədər tezliyə malikdir. Elastik 
titrəmələr təqribən əlli ilə əlli beş saniyə arasında qısa bir təkana malikdir və aşağı sürətdə cərəyan mühiti 
vasitəsilə yayılır.
Hər texnologiya tətbiqi və mövcud texnologiyalardan fərqli olan prinsiplər nəzəriyyəsi əsasında 
hazırlanır. Dəstəkləyici nəzəriyyələr texnologiya sınanana və qənaətləndirici nəticələr alınana qədər 
spekulyar hesab olunur. Plasma impuls texnologiyası (PPT) dünyanın hər yerində 200-dən çox quyuda 
müvəffəqiyyətlə tətbiq edilmişdir və müvəffəqiyyət orta hesabla 500% təşkil edir və tətbiq edilmiş quyularda 
təsir 5-6 ay təşkil edir. Çox az sayda quyularda problemlər yaranmışdır. Bu üsulun tətbiq olunma perspektivi 
laya təsir olunması zamanı xərclərin azaldılması və ağır olmayan qurğulardan istifadədir.
 
 
QIRMIZI ŞƏRABLAR İSTEHSALI ÜÇÜN MÜASİR VİNİFİKATORLARIN TƏDQİQİ 
 
Əlləzova S.İ., Məmmədova N.N. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
E-mail: nanoallazova@.mail.ru, 
lale.memmedova.78@mail.ru
 
 
Qırmızı şərablar istehsalı üçün şaquli və üfüqi tipli fasiləli işləyən vinififaktorlar, həmçinin 
termovinifikasiya əsasında işləyən (“Red Xanter” tipli) fasiləsiz qurğular tətbiq olunur (şəkil 1).
Burada iş prosesi belə gedir: Əzinti əzicidən sonra SO
2
dozatoru köməyilə axında sulfitləşdirilir və 
vinifakatora verilir. Burada saxlanma, yaxud 2-8 gün müddətində əzintidə qıcqırtma aparılır. Həmin 
müddətdə rəng və ətirli maddələrin ekstraksiyası baş verir.
Beləliklə vinifikatordan əzintidə saxlanılmaqla alınmış qırmızı şirə, yaxud bir qədər qıcqırmış şirə, və 
ya tam qıcqırmış şərab materialı almaq olar. Şaquli vinifikatorlar özünü paslanmayan poladdan hazırlanmış 
və temperaturu tənzimləmək üçün köynəklə təchiz olunmuş tutum kimi göstərir. Onların olduqca çox fərqli 
konstruksiyaları mövcuddur. Bütün bunlar ekstraskiya prosesini yaxşılaşdırmaq üçün maye və bərk fazalar 
arasındakı təması gücləndirməyə xidmət edir. Ən geniş yayılmış sxemdə tutumun aşağısında nasos olur və 
onun vasitəsilə şirə aşağıdan götürülərək üstə vurulur. Tutumun yuxarısında yerləşən suvarıcı qurğudan 
keçməklə şirə üzən “papağ”ı, əzintini sulayır.
Şəkil 1. “Red Xanter” termovinifikatorun sxematik görünüşü 
Digər vinifikatorda isə güc ötürücü və xüsusi qol olur və o, fasiləli qaydada üzən “papağ”ı, əzintini 
batırır.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə