Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə54/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   50   51   52   53   54   55   56   57   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
47 
Cədvəldəki nəticələrdən aydın olur ki, N-allil-N-(β-sianetil)-N-(2,3-epoksipropil)aminlə modifikasiya 
olunan epoksidian qətranlarının dartılmaya qarşı möhkəmlik həddi, istiliyə qarşı davamlılığı və adgeziya 
kimi xüsusiyyətləri yaxşılaşır. 
Cədvəldən aydın olur ki, siantərkibli epoksid birləşmələrinin içərisində ED-20 markalı epoksid qətranı 
üçün modifikasiyaedici agent baxımından daha effektlisi tərkibində allil radikalı saxlayan epoksiddir. 
C
3
 ̶ C
4
 KARBOHİDROGENLƏRİNİN ÇEVRİLMƏ PROSESİNİN TƏDQİQİ 
 
Əsgərov R.R. 
Azərbaycan Dövlət Neft və Sənaye Univeristeti 
E-mail: 
refiasgerov@gmail.com 
 
Ədəbiyyat və araşdırılmış patentlərdən məlum olmuşdur ki, propilenin çevrilməsi prosesi üçün ən 
yaxşı katalizator seolit tərkibli heterogen katalizator hesab edilir.
C
3
̶ C
4
karbohidrogenərin çevrilməsi prosesində istifadə olunan katalizatorlar hazırlanarkən birsıra 
göstəricilər var ki, onlar nəzərə alınmalıdır. Bu göstəricilər aşağıdakılardır: Katalizatorun seçiciliyi
Katalizatorun aktivliyi; Katalizatorun istismar müddəti; Katalizatorun möhkəmliyi. 
Oksid tərkibli katalizatorlar əsasında Cr, V, Mn elementlərindən istifadə edərək müxtəlif növdə 
katalizatrolar hazırlanmışdır. Bu elementlərin nisbəti belədir: 
Cr:V:Mn=1,5:2,0:1,5 
Cr:V:Mn=2,0:1,5:1,5 
Cr:V:Mn=1,25:1,0:1,0 
Propilenin çevrilməsi zamanı ayrılan kontakt qazıları və yığılmış kondensat-maye laboratoriya 
şəraitində xromatoqrafın vasitəsi ilə analiz olunur. Nəticədə seolit tərkibli Cr, V, Mn elementləri ilə 
modifikasiya olunmuş katalizatorların iştirakı ilə propilenin çevrilməsinin qanunauyğunluqları öyrənilir. 
Düzgün və eyni zamanda keyfiyyətli analiz etmək üçün xromatoqrafdan istifadə edilmişdir. 
Eksperiment zamanı prosesin göstəriciləri, eyni zamanda, propilenin ümumi konversiyası aşağıdakı 
formulla: 
𝑥 =

𝑘𝑎𝑡.
= (𝑉
0
− 𝑉

𝑉
0
⁄ )100%
hesablanır. 
Propilenin alınan məhsula görə çevrilməsi isə: 
𝑉 = (ℎ
𝑖
− 𝑉
𝑖
𝑚 ∗

𝑉
0
)100%
burada: 
𝑉
0
- ilkin qaz qarışığında propilenin miqdarı, % həcm; 
𝑉

-kontakt qazında propilenin miqdarı, 
% həcm; 
𝑉
𝑖
-buxar fazada əmələ gəlmiş məhsulun miqdarı, % həcm; 
𝑚
-propilenin molekulunda C 
atomlarının sayıdır. 
Tədqiqat işində alüminium oksidindən (α-Al
2
O
3
) daşıyıcı agent kimi istifadə olunmuşdur. Alüminium 
oksidinin müxtəlif növləri vardır (α, γ,θ ilə işarə olunur). α-Al
2
O
3
– korund tərkibində təxminən 99% α-
Al
2
O
3
və cüzi miqdarda titan və silisium oksidləri olan ən möhkəm Al
2
O
3
növüdür. 
γ-Al
2
O
3
aktiv alüminium oksidi riforminq, hidrotəmizləmə və hidrokrekinq proseslərində geniş 
istifadə olunur. Onu alümunium hidroksidin perhidrat (qibbent) və ya monohidrat (byomit) formasını 
közərtmək yolu ilə alırlar.
Beləliklə, hazırlanmış kontakt üzərində propilenin çevrilməsi zamanı konversiyanın ən yüksək qiyməti 
60%, 550°C-də alınmışdır. 
Nəticə.
 
Aşağı molekullu karbohidrogenlərin heterogen katalizatorlarla atmosfer şəraitində çevrilməsi 
prosesi üçün yeni katalizatorların seçilməsi istiqamətində tədqiqatlar işləri aparılmışdır.
 
Aparılmış araşdırmalara əsasən C
3
-C
4
karbohidrogenlərinin çevrilməsi prosesində istifadə olunan Cr, 
V, Mn əsasında hazırlanmış katalizatorların xüsüsiyyətləri öyrənilmişdir. 
Propilenin çevrilməsi prosesi öyrənilmiş və Cr, V, Mn əsasında hazırlanmış oksid tərkibli 
katalizatorların bu proses üçün daha məqsədə uyğun hesab edilmişdir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə