Ministry of education of azerbaijan republic sumgayit state university


MORDENİTİN MÜXTƏLİF KATİON FORMALARININ TƏDQİQİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə56/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   52   53   54   55   56   57   58   59   ...   579
magistr2021 3 2

MORDENİTİN MÜXTƏLİF KATİON FORMALARININ TƏDQİQİ 
 
Fərəcova H.C. 
Sumqayıt Dövlət Universiteti 
E-mail: 
ferecovahevva@gmail.com
 
 
Ümumi şəkildə seolitin ilkin strukturuna tarazlıqda olan alümosilikat gövdəsi-mübadilə kationu-su 
molekulundan ibarət sistem kimi baxmaq olar. Suyun bir hissəsinin və ya hamısının seoloitdən çıxarılması 
nəticəsində yuxarıda göstərilən tarazlıq pzulduğundan, sistem dehidratlaşma şəraitinə uyğunlaşmalıdır. Bu 
uyğunlaşmanın xarakteri həm alümoslikat strukturunun, həm də mübadilə kationlarının təbiətindən asılıdır. 
Müxtəlif struktur qruplu təbii kalsiumtərkibli seoloitlərin termiki davamlılıqlarının sistemli şəkildə 
öyrənilməsi zamanı məlum olmuşdur ki, dehidratlaşma zamanı bu seolitlərdə hidroksidtərkibli birləşmələrin 
alınması ilə bərk fəzada hidroliz prosesi baş verir. Alınan birləşmədə hidroksil qruplarının sayı stexiometrik 
miqdarda olur. Bununla əlaqədar olaraq, bu seolitlərin başqa “hidroksil əmələgətirən” formalarının alınması 
və termiki stabilliklərinin başlanğıc seolitin termiki stabilliyi ilə müqayisəsi böyük maraq kəsb edir. Odur ki, 
mordenitin müxtəlif kation formalarının alınması və onların termiki davamlılığının kationun təbiətindən 
asılılığının öyrənilməsi məsələsi aktualdır. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
49 
Bu işdə təbii mordenitin iki nümunəsi (Na
+
və ilkin nümunə) eyni zamanda sintetik mordentin iki 
nümunəsi tədqiq edilmişdir.Bütün tədqiq olunan nümunələr bir-birindən dehidratlaşmanın xarakterinə görə 
fərqlənirlər. Mordenitin yüksək termiki davamlığa malik olduğu ədəbiyyatdan məlumdur. Bu səbədən 
mordenitin dehidratlaşma prosesinin müəyyən mərhələləri öyrənilmişdir. Onu qeyd etmək lazımdır ki, 
mordenitin müxtəlif kation formalarında suyun İQ udulma spektrləri, klinoptiolitin kation formalarının İQ-
spektrləri ilə çox oxşardır. Bu oxşarlıq onunla əlaqədardır ki, hər iki seolitdə kationun təbiətindən asılı 
olmayaraq deformasion udulma zolağı intervalında bir udulma zolağı müşahidə olunur. Yalnız H-forma, 
mordenit istisna təşkil edir. Hidroksonium ionuna aid 1680 sm
-1
udulma zolağı alınır. Hər iki seolitdə OH
-
valent udulma intervalında suya aid geniş udulma zolağı alınır.Sintetik Na-mordenitin İQ-spektrində suyun 
deformasion udulma zolağı intervalında 1640 sm
-1
suya aid nazik udulma zolağı alınır (şəkil 1). 
100-200

temperatur intervalında sorulmadan sonra 1610 və 1650 sm
-1
iki udulma zolağı müşahidə 
olunur. OH
-
valent udulma sahəsində 3620 sm
-1
geniş asimmetrik udulma zolağı alınır. Eyni zamanda 
həyəcanlanmamış OH
-
-qrupuna aid 3740 sm
-1
udulma zolağı alınır. 300

temperaturda sorulmadan sonra 
1620 sm
-1
udulma zolağı 1585 sm
-1
udulma zolağına qədər yerini dəyişir. Eyni zamanda molekulyar suya aid 
olan 1650 sm
-1
udulma zolağının intensivliyi azalır. 500

temperaturda sorulmadan sonra bu udulma zolağı 
spektrdən tamamilə itir. Eyni zamanda 3000-3800 sm
-1
intervalında hidroksil qrupuna aid zəif udulma zolağı 
alınır. Hidroksil qrupları yəqin ki, kation çatışmamazlığı nəticəsində əmələ gəlir.
Rehidratlaşma prosesindən sonra Na-mordenitin başlanğıc spektri dəyişməz qalır. Deformasion 
udulma intervalında aşağı tezlikli udulma zolağının təbiətini aydınlaşdırmaq üçün Na-mordenitdə 
deyterilləşmə prosesi aparılmışdır (şəkil 2.). Bu zaman 1650 sm
-1
udulma zolağı spektrdən itir, 1615sm
-1
udulma zolağı dəyişməz qalır. Təbii Na-mordenitin spektri sintetik Na-mordenitin spektrindən onunla 
fərqlənir ki, birincidə deformasiya udulma intervalında suyun deformasion udulma zolağı daha enli alınır. Bu 
onunla əlaqədardır ki, təbii Na-mordenit sintetik Na-mordenitdən fərqli olaraq təmiz natrium seoliti deyil, 
bunu kimyəvi analizin nəticələri də göstərir. 
Şəkil 1. Sintetik Na-mordenitin dehidratlaşma (a) və rehidratlaşmadan (b) sonra İQ- spektrləri 
a) 1-ilkin nümunə, 2-100, 3-300, 4-500, 5-600

temperaturda sorulmadan sonra; b) 1-200

temperaturda 
sorulmadan sonra rehidratlaşma; 2-200

temperaturda sorulmadan sonra iki saat D
2
O ilə qarşılıqlı təsirindən 
sonra; 3-2-dən sonra 20

temperaturda sorulma; 4-500temperaturdan sonra rehidratlaşma zamanı;5-600

temperaturdan sonra rehidratlaşma 
Şəkil 2. Na-mordenitin müxtəlif temperaturlarda sorulmadan sonra İQ-udulma spektrləri: 
1. İlkin nümunə. 2-200, 3-400,4-500

temperaturda sorulmadan sonra;5-500

temperaturda sorulmadan 
sonra, rehidratlaşma 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə