Ministry of education of azerbaijan republic sumgayit state university


NEFTİNİN AROMATİK QRUP KARBOHİDROGENLƏRİNDƏ GEDƏN FOTOKİMYƏVİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə59/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   55   56   57   58   59   60   61   62   ...   579
magistr2021 3 2

NEFTİNİN AROMATİK QRUP KARBOHİDROGENLƏRİNDƏ GEDƏN FOTOKİMYƏVİ 
ÇEVRİLMƏ PROSESLƏRİNİN UB-SPEKTROSKOPİK TƏDQİQİ 
 
Hacıyeva G. A. 
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu 
E-mail: gunayhyeva8@gmail.com 
 
Xam neftlərdə zaman keçdikcə fotoşüaların o təsiri nəticəsində bir sıra fotofiziki və fotokimyəvi 
çevrilmələr gedə bilər ki, bu proseslərin öyrənilməsi neftlərin saxlanılması və onlardan səmərəli surətdə 
istifadə ediməsi baxımından olduqca vacibdir. Tədqiqatların nəticəsində aşkar edilmişdir ki, neftin ilkin emal 
məhsullarında aromatik karbohidrogenlərin miqdarı az olub, kondensasiya dərəcəsi kiçikdir. Onlar daha 
stabil olub, ekoloji təmiz və zərərsizdirlər, böyük xammal mənbəyinə malikdirlər.
Tədqiqat obyekti kimi götürdüyümüz yağlı Balaxanı nefti (YBN) 750-150 m dərinlikdən əldə edilir və 
azparafinli neftlər sırasına daxil olub, tərkibi mono- və bitsiklik naften karbohidrogenləri ilə zəngindir. Onun 
tərkibi parafin-naften (66 %küt.) və aromatik (37.13%küt.) karbohidrogenlərindən ibarətdir, qətranı 8.87 
%küt.-dir. Cədvəl 1-də təbii YBN-i və onun komponentlərinin bəzi xarakteristikaları verilmişdir. 
Cədvəl 1. BN və onun karbohidrogen komponentlərinin bəzi fiziki−kimyəvi göstəriciləri 
№ Adı 
Molekul 
kütləsi 
20
0
C-də 
sıxlıq,kq/m

Özülülük, 
40
0
C-də mm
2
/s
şüasındırma 
əmsalı, n
d
20
Neftə görə 
çıxım, % 
Neft 
284 
887,8 
17.8 
— 
100 

Parafin-naften 
229 
855.1 
18.5 
1.4748 
66 

Iqr.AK 
333 
905.1 
32.1 
1.5028 


IIqr.AK 
525 
946.4 
33.2 
1.5304 
6.46 

IIIqr.AK 
545 
982.7 
35.4 
1.5594 
3.19 

IVqr.AK 
562 
1000.7 
39.7 
1.5975 
9.48 

Qətran 
600 
1001.3 
— 
— 
8.87 
Digər neft məhsulları kimi, mürəkkəb karbohidrogen tərkibinə malik olan YBN-nin elektron udma 
zolaqları bir-birini örtdüyündən onun karbohidrogen tərkibini dəqiq öyrənmək məqsədilə bu neft maye 
adsorbsiyalı xromatoqrafiyasının köməyilə şüasındırma əmsallarına görə karbohidrogen tərkibinə - (I qrup 
AK, II qrup AK, III qrup AK, IVqrup AK, parafin-naften, qətran) ayrılmışdır. Cədvəl 1-də BN 
karbohidrogen komponentlərinin şüasındırma əmsalları verilmişdir. 
İşdə BN karbohidrogen tərkibində gedən fotokimyəvi çevrilmə proseslərinin öyrənilməsi üçün UB-
spektroskopiya metodu tətbiq edilmişdir. BN-nin aromatik qrup karbohidrogenlərinin tərkibimdə olan 
aromatik karbohidrogenlərin UB-spektrlərinin nəticələrinə görə alınan miqdarı cədvəl 2-də göstərilmişdir.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə