Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə64/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   60   61   62   63   64   65   66   67   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
56 
təlim prosesində olduğu kimi təhsilverənin əsas fəaliyyəti təhsilalan tərəfindən tədris materiallarının 
öyrənilməsinin təşkili və idarə olunması ilə bağlıdır. Əgər biz təhsilverənlərə ən müasir təlim üsulları ilə 
fənni öyrətmək və ona maraq oyatmaqı qarşıya məqsəd qoymuşuqsa, ilk öncə təhsil alanlara öyrənməyin 
yollarını öyrətməliyik. Belə ki, mövzuya əsasən dəqiq obyekt haqqında və ya onun xarakteristikasını özündə 
əks etdirən məlumatları araşdırma bacarığını və başa düşülməsini öyrətmək təhsilverənlərin istiqamətverici 
bacarıqları ilə şərtlənir.
Modul təlimi təhsilverənlərin peşəkarlığının artırılmasına stimul yaradır. Bunun üçün onlar ixtisasını 
yaxşı bilməli, öz üzərində daim işləməli, İKT bacarıqları olmalı və metodiki fəaliyyətini genişləndirməlidir. 
Modul təlim texnologiyası zamanın tələbidir və tətbiqi vacibdir, çünki tədris-təqvim planına qrafikinə uyğun 
olaraq dərs cədvəlinin tərtibi, korreksiya edilməsi və hətta qısa müddətdə dəyişdirilməsi rahatdır. Modulun 
qısa müddət ərzində tədrisini bitirmək mümkündür. Qiymətləndirmə, yoxlama və s. materiallarının web-
texnologiyalar vasitəsi ilə hazırlanması və onlayn formada aparılması daha effektivdir. İKT ilə işləmək 
həvəsi və bacarığı təhsilalanlarda təlim prosesinə marağı artırır, bununla da onlarda birgə işləmək, yeniliklərə 
meyilli olmaq və əməkdaşlıq səviyyələri formalaşır.
ETİLASETOASETATIN AZOTÖRƏMƏLƏRİNİN MİSLƏ KOMPLEKS
ƏMƏLƏ GƏTİRMƏSİ 
 
Həmidova S.M. 
Sumqayıt Dövlət Universiteti 
Təbii və sənaye obyektlərinin tərkibinin mürəkkəb olması yeni seçici, həssas, ekspres və dəqiq analiz 
üsullarının yaradılmasını tələb edir. Bu qeyd edilən göstəricilərlə yanaşı analizin iqtisadi səmərəliliyi mühüm 
rol oynayır. Bu məqsədlə kimyada müxtəlif fiziki kimyəvi analiz üsullarından istifadə edilir və şübhəsiz ki, 
tətbiq olunan üsulların hər birinin özünəməxsus üstünlük və çətinlikləri var. Son zamanlar ədəbiyyat 
məlumatlarının təhlili göstərir ki, misin təyini üçün obyektlərdə komponentlərin miqdarını 10
-4
%-ə qədər 
təyin etmək imkanına malik fotometrik analiz üsulu geniş tətbiq edilir.
Tədqiqatçılar göstərir ki, mis (II) pilləli hidroliz sabitləri müvafiq olaraq Cu(OH)
+
lgK
1
= 6.43; 
Cu(OH)
2
lgK
2
= 13.68; Cu
2
(OH)
3+
lgK
3
= 6.82; Cu
2
(OH)
2
2+
lgK
4
= 17.60-ə bərabərdir. Assortimentdə isə 
misin (II) pilləli hidroliz sabitləri uyğun olaraq Cu(OH)
+
lgK
1
= 7.50; Cu(Оh)
2
lgК
2
=7.00; Cu
2
(ОH)
3+
lgК
3
=12.70; Cu
2
(ОH)
2
2+
lgК
4
=13.80-ə bərabər olduğu göstərilir. Misin (II) hidroksid şəklində tam çökməsi 
pH 8-10 intervalında baş verir. lgК
1

lgК
2
olması misin hidroksid şəklində ilkin çökmə pH-nın 5.5 olması 
ilə izah edilir. Misin (II) məhlulda hidrolizini aşağıdakı sxemlə istifadə etmək olar: 
Cu
2+
+ nH
2
О = Cu(ОH)
2
2-n
+ nH
+
(nн=1, 2) 
Ümumiyyətlə, assortimentdə misin spektrofotometrik üsulla təyini üçün oksigen, azot, azot və oksigen 
saxlayan reagentlər nəzəri və təcrübi əhəmiyyət kəsb edən reagentlər hesab edilir.
Yuxarıda göstərildiyi kimi, bəzi təyinat reaksiyalarının həssaslığı verilsə də, digərlərinin həssaslığı 
haqında məlumat verilmir. Bunlar isə reaksiyaların həssaslıqlarının təhlilinin aparılmasında çətinliklər 
yaradır. Ona görə də, bu məlumatları təhlil edərkən analitik reaksiyanın həssaslığının kriteriyası kimi molyar 
udma əmsalının qiymətinə istinad ediləcək.
Metalların duzlarının məhlullarını hazırlamaq üçün onların kimyəvi təmiz duzlardan (NaNO
3
, KCl, 
Mg(CH
3
COO)
2

4H
2
О, Ca(NO
3
)
2
, Ba(NO
3
)
2
, ZnSO
4
, MnCl
2

4H
2
O, NiSO
4
, CuSO
4

5H
2
O, Co(NO
3
)
2

6H
2
O, 
AlCl
3
, (NH
4
)
2
MoO
4
, Na
2
WO
4

2H
2
O) istifadə edilmişdir. Cu (II), Fe(III) metallarının məhlulları analiz üçün 
təmiz metallardan məlum üsulla hazırlanır. Na(I), K(I), Mg(II), Ca(II), Ba(II), Zn(II), Mn(II), Ni(II), Co(II), 
Cu(II), Fe(III) məhlullarının qatılıqları atom-absorbsion analiz üsulu, Al(III), Mo(VI), W(VI), məhlullarının 
qatılıqları isə spektrofotometrik üsulla dəqiqləşdirilmiş və standartlarla müqayisə edilmişdir. 
Müəyyən edilmişdir ki, etilasetoasetatın orto- aminofenollarla alınmış azotörəmələri mislə (II) rəngli 
kompleks birləşmələr əmələ gətirir və həmin birləşmələrin optimal pH-ı, maksimum işıqudması, molyar 
udma əmsalı, xüsusi elektrik keçiriciliyi, tərkibi, Ber qanununa tabeçilik intervalı təyin edilmişdir.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə