Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə32/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   28   29   30   31   32   33   34   35   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
27 
SƏNAYE TULLANTILARI İLƏ DOLDURULMUŞ EPOKSİ-DİAN OLİQOMERİ ƏSASLI
ÖRTÜK KOMPOZİSİYASI 
 
Əhmədova T.R.
 
Azərbaycan Dövlət Neft və Sənaye Universitet

E-mail: tutu.ahmedova.97@gmail.com 
Epoksi-dian oliqomerləri bir çox kompleks göstəricilərə (yapışqanlıq, mexaniki, dielektrik və s.) malik 
olduğundan müxtəlif məqsədlər üçün hazırlanan kompozisiya materiallarında əvəz olunmaz 
komponetlərdəndir . Dünya miqyasında istehsal həcminə görə yüksəkmolekullu birləşmələr sırasında altıncı, 
o cümlədən oliqomerlər sırasında ikinci yerdədir.Elə məsul sahələr var ki, orada yalnız epoksi-dian oliqomeri 
əsaslı məmulatlardan istifadə olunur. Epoksi-dian oliqomerlərinin alınma texnologiyası və tətbiqi 
istiqamətində, xüsusilə də onun və onun əsasında alınan kompozitlərin fiziki-mexaniki və istismar
göstəricilərinin daha da yaxşılaşdırmaq məqsədi ilə aparılan elmi-tədqiqat işləri aktual problemlərdən hesab 
olunur. Məlumdur ki, oliqomer əsaslı kompozitlərin istismar göstəricilərinə doldurucuların təbiəti , 
dispersliyi və miqdarı ciddi təsir göstərir. Tədqiqat işində ED-20 markalı, sənaye miqyasında istehsal olunan 
epoksi-dian oliqomerindən əlaqələndirici, müxtəlif təbiətli (üzvi və qeyri-üzvi ) - şabalıd qabığının tozu və 
alunitin emalı prosesinin tullantıları doldurucu kimi, polietilenpoliamindənbərkidici kimi , asetondan isə 
həlledici kimi istifadə edərək, örtük kompozisiyası hazırlanmışdır.
Dövrü ədəbiyyatların araşdırılmasından məlum olmuşdur ki, müxtəlif təbiətli doldurucuların oliqomer 
əsaslı kompozitlərin istismar göstəricilərinə təsiri az öyrənilmiş və ya qənaətbəxş məlumatlar tam deyil. 
Məqsəd doldurucunun təbiətinin, hissəciklərin ölçüsünün və miqdarının kompozitin istismar göstəricilərinə 
təsirini araşdırmaqdır. Doldurucunun kompozit sisteminə əlavə olunması onun özlülüyünü artırır, istər 
termiki, istərsə də kimyəvi üsulla bərkimə prosesində yığılmanın qarşısını alır, kompozisiyanın 
möhkəmliyini və davamlılığını artırır, həmçinin maya dəyərini aşağı salır. Ümumiyyətlə, istifadə olunan 
doldurucunun aktivliyi onun adgeziya enerjisi ilə xarakterizə olunur, yəni oliqomerlə doldurucunun adgeziya 
enerjisi, oliqomerin kogeziya enerjisindən çox olduqca doldurucu bir o qədər aktiv olur. Doldurucuların 
ölçüləri AMEA-nın “Polimer materialları” insitutunda “Fiziki- kimyəvi analiz” laboratoriyasında yeni nəsil 
avadanlıqlar qrupuna aid olan “MASTERSJZER-3000” cihazında ölçüləri 10 nm ilə 3,5 mm intervalında 
olan hissəciklərin ölçüləri müəyyən olunaraq sistemə verilmişdir.Doldurucuların miqdarı isə 5-10 k.h. 
intervalında öyrənilmişdir.Üzvi doldurucu kimi istifadə olunan şabalıd tozunun tərkibində 34-35% liqnin, 8-
10% fenollar, 40% sellüloza, 0,6 % isə digər qarışıqlar var.Qeyri-üzvi doldurucu kimi istifadə olunan boksit 
şlamının tərkibində isə 48,8%-Fe
2
O
3
, 26%- AL
2
O
3,
, 4,98%-SiO
2
, 5%-MgO, 1,62%-SO
3
, 1,35%-CaO, 1,3-
Na
2
O
3
+K
2
O və 11,5% uçucu birləşmələr vardır.Örtük Kompozisiyası komponentlərin qarışdırılması ilə 
hazırlanır.Əvvəlcə oliqomer asetonda həll edilir, sonra uyğun olaraq hesablanmış miqdarda doldurucu əlavə 
edilir,0,5-1,0 saat müddətində qarışdırılır, bərkidici əlavə edilir, əvvəlcədən təmizlənmiş metal nümunələrə 
2-3 lay çəkilir.Sonra otaq temperaturunda 2 sutka, 
140 − 150
0
𝐶
–də 3-4 saat müddətində bərkidilir. 
Hər iki doldurucu ilə doldurulmuş və bərkidilmiş örtük kompozisiyalarının istismar göstəriciləri 
(doldurucunun miqdarından asılı olaraq) tədqiq olunmuşdur. 
Doldurucuların miqdarından asılı olaraq, kompozitlərin istismar göstəriciləri 
№ 
Kopozitlər 
Doldurucuların 
miqdarı, k.h. 
Yağa 
davamlılıq, 

Benzinə 
davamlılıq, 

Dəniz suyuna 
davamlılıq, % 
Lay suyuna 
davamlılıq, 


ED-20 markalı epo-
ksidian oliqomeri, 
Boksit şlamı, 
Aseton, 
Polietilen-poliamin 
2,5 
5,0 
7,5 
10,0 
1,035 
1,042 
1,048 
1,044 
1,021 
1,026 
1,032 
1,028 
0,049 
0,056 
0,060 
0,059 
0,312 
0,348 
0,366 
0,354 

ED-20 markalı epo- 
ksidian oliqomeri, 
Şabalıd qabığının 
tozu, 
Aseton, 
Polietilen-poliamin 
2,5 
5,0 
7,5 
10,0 
1,028 
1,034 
1,046 
1,038 
1,016 
1,024 
1,028 
1,024 
0,042 
0,053 
0,058 
0,056 
0,306 
0,334 
0,362 
0,352 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə