Ministry of education of azerbaijan republic sumgayit state university


NEFT YATAQLARININ İSTİSMAR ÜSULLARI



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə28/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   24   25   26   27   28   29   30   31   ...   579
magistr2021 3 2

 
NEFT YATAQLARININ İSTİSMAR ÜSULLARI 
 
Əhmədov F.F. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
farid_ahmadov_9898@mail.ru
 
 
Neft yataqlarının istismar mərhələsini aşağıdakı kimi qruplaşdırmaq olar: 
1. İstismar quyusu qazıldıqdan sonra layın təbii enerjisi hesabına neftvermə - fontan
2. Layın təbii enerjisinin müəyyən qədər azaldığı hallarda havanın və yaxud qazın hesabıan neftvermə 
- kompressor; 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
24 
3. Layın təbii enerjisinin kəskin azaldığı və öz ağırlıq çəkisi altında quyu dibinə gəldiyi hallarda 
neftvermə - dərinlik nasosları. 
Neft yataqlarını təşkil edən kollektor süxurlar nefti özünə çəkir və islanma hadisəsi baş verir. Süxurlar 
neftlə islanır və süxurun daxilinə süzülür. Süxurda saxlanılan neft lay təzyiqinin yeksək olduğu hallarda belə 
quyu dibinə sıxışdırıla bilmir. Bu səbəbdən layın neftvermə əmsalı 0,1 – 0,7 arasında dəyişir. Burada qalan 
digər hissə neft isə süxurlarda qalan özlülüyü yüksək olan neftlərdir. Neft yataqlarının ehtiyatlarının böyük 
diapozonda olduğu nəzərə alsaq qalıq neftin əldə olunmasının cacibliyini anlamaq olar.
Qaz yataqlarının istismarı zamanı layın qazvermə əmsalı 0 – a bərabər ola bilir. Belə ki, qaz neft kimi 
islatma xassəsinə malik olmadığı üçün süxurlarda qala bilmir və qaz papağına doğru qalxdığı üçün birbaşa 
quyu dibinə hərəkət edə bilir.
Neftvermə əmsalı laydan çıxarılan neftin layın geoloji ehtiyatına olan nisbətidir: K = V/V
g
Burada: V – laydan çıxarılan neftin həcmi, m
3
; V
g
– layın geoloji ehtiyatı, m
3

Neft yataqlarının yuxarıda göstərilən üç üsuldan heç biri ilə istismarı mümkün olmadıqda qalıq neftin 
karyer və yaxud yeraltı üsulla istismarı aparılır. Açıq mədən üsulu ilə qalıq neftin çıxarılması iki əsas 
əməliyyatdan ibarətdir: tərkibində neft olan süxurların çıxarılması və neftin alınması üçün emal müəssisəsinə 
daşınması. Bu işlənmə metodu ilə yatağın kapitalı və istismar xərcləri nisbətən azdır və karbohidrogenlərin 
süxurdan çıxarılması üçün əlavə işlərdən sonra yüksək neft çıxımı əldə olunur (65 ilə 85% arasında). İstismar 
üçün qazma maşınları, ekskovatorlar, buldozerlər və s. istifadə olunur. 
Neftli süxurlara malik olan ən böyük yataq Atabaska yatağıdır (Kanada). Burada qum layının qalınlığı 
90 m dir, yatım dərinliyi 600 m – dir. Süxurların bitumla doyması 2 – 18 % arasında dəyişir. Neftlə doymuş 
qumların tərkibi aşağıdakı kimidir: silikat qətranları – 24 %, asfaltenlər – 19 %, kükürd – 5 %, azot – 10 %, 
koks – 19 %. Bitumun sıxlığı 1020 kq/m
3
, ehtiyatları 128 mlrd ton, neftli qumların çıxarılması çoxçalovlu 
ekskavator ilə həyata keçirilir. Sonra çıxarılan neftli qumlar konveyer vasitəsi ilə karyer yaxınlığında 
yerləşən istehsal zavoduna nəql olunur. Karyerin son konturu texniki – istisadi əsaslandırma ilə müəyyən 
olunur. Layın dərində olan hissələrinin açıq üsulla istismarı iqtisadi səmrəli olmur. Çünki çıxarılan 
məhsuldar mədən kütləsi ilə çıxarılan ümumi mədən kütləsinin fərqi yüksək olur. Belə olan halda açılış 
əmsalı yüksək olur. Belə yataqların istismarı yeraltı üsulla aparılır. Neftli qumlu süxurların bərkliyi az 
olduğu üçün onların qoparılması birbaşa – konbaynla aparıla bilər. Belə olan halda konbayn və konveyer 
kompleks şəkildə istifadə olunur. Hər ikisi fasiləsiz mədən avadanlığıdır. Yatağın açılması mailliyi yüksək 
olan şaxta lüləsi ilə aparılmışdırsa konveyer lenti xırdalanmış neftli süxurları birbaşa yer səthinə çıxara bilər 
və mədənin məhsuldarlığı artar. Yox əgər şaqüli şaxta lüləsi ilə açılmışdırsa olda şaxta ətrafı sahəyə lentli 
konveyerlə səthə isə qaldırıcı avadanlıqla çıxarıla bilər. Konbayn vasitəsi ilə çıxarılan süxuru nəql eləyən 
konveyerlər aralıq və magistral olmaqla fərqlənirlər.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə