Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə36/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   32   33   34   35   36   37   38   39   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
31 
Kimyanın sinergetik öyrədilməsində istifadə olunan metodların bir - birindən fərqlənməsinə 
baxmayaraq, hər üçü bütövlükdə prosesin dinamikasını və məqsədini təşkil edir. 
Sinergetik tədrisdə ümumiməntiqi metodlar 
Son illər kimyanın quruluşunda olan dəyişiklər təkcə onun məzmununa deyil, eyni zamanda məntiqin 
dərk edilməsinə də təsir etmişdir. Ona görə də, kimyanın sinergetik tədrisinin ənənəvi metodlarına yenidən 
baxılması, xüsusilə induktiv və deduktiv metodların təlim prosesinə tətbiqi mümkünlüyünün araşdırılması 
günün aktual məsələlərindən biridir. 
İnduktiv və deduktiv məntiqi idrakın metodlarının kimyanın sinergetik tədrisində tətbiq edilməsi onun 
məzmunundan irəli gəlmişdir. Orta məktəb və ali məktəb kimya kursunun yeniləşdirilməsi, kimyanın nəzəri 
əsaslarını təşkil edən atomu quruluşu haqqında nəzəriyyənin, kimyəvi rabitələrin quruluşuna yenidən 
baxılması, valentlik nəzəriyyəsinin klassik mənasını itirməsi və elementlərin dövri sisteminə atomların 
elektron quruluşu ilə izah edilməsində induktiv və deduktiv metodların böyük rolu olmuşdur. Araşdırmalar 
nəticəsində müəyyən edilmişdir ki, kimyəvi anlayışların sinergetik tədrisində induktiv yoldan istifadə 
edilməsi, şagirdlərə məntiqi elmi fikrin inkişafına müsbət təsir edir. 
Bir sıra mühüm fərqlərinə baxmayaraq, eyni bir prinsipdən - təkcə ümuminin vəhdətindən çıxış edən 
induktiv və deduktiv metodların fərqi, əslində təkcəninmi, yoxsa ümumininmi mütləqləşdirilməsindən 
ibarətdir. İnduktiv təkcəni, deduktivizm isə ümumininmi mütləqləşdirir. Əslində bunların hər ikisi bir - biri 
ilə dialektik vəhdətdədir. Alınan təcrübi nəticələrinin ümumi qanun və prinsiplərinə uyğun olaraq analiz 
edilməsi deduktiv metodla araşdırılır. Proqnozlaşma deduktiv metodla yerinə yetirilir. Deduktiv metodun 
kimyanın sinergetik tədrisində geniş istifadə edilməsi induktiv metodun sıxışdırılmasına fikrimizcə yol 
verilməməlidir. Əksinə kimyəvi anlayışlar əvvəlcə induktiv metodla, sonra isə deduktiv metodla 
araşdırıldıqda daha gözəl nəticə əldə etmək olur. 
Kimyanın sinergetik tədrisində analogiya metodundan geniş istifadə edilir. Analogiya adından məlum 
olduğu kimi üzərində tədqiqat apardığımız kimyəvi anlayış, özünə oxşar və fərqli olan bir və ya bir neçə 
anlayışlarla müqayisə edilərək onların yeni xassələrinin üzə çıxarılması mümkünlüyüdür. Müasir kimya 
tədrisində analogiyanın tətbiq edilməsi aşağıdakı kimi izah edilir: 
1. Kimyanın sinergetik tədrisində istifadə olunan müasir kimya biliklərinin çox hissəsi hissi 
analogiyaya aidliyi ilə çox da seçilmir. 
2. Analogiyada nəticələrin formalaşması prosesi şagirdlərdə abstrakt, yaradıcı düşüncəyə əsaslanır. 
3. Müasir elmi biliklər əsasən, surətə, obraz anlayışına, onun məntiqi quruluşuna əsasən formalaşır. 
4. Kimyəvi anlayışların proses və mexanizmlərə aid olan hissəsi analoji olaraq onların arasındakı 
qarşılıqlı əlaqələrə əsaslanır. 
Kimyanın sinergetik yolla öyrədilməsi prosesində analogiyaya görə kimyəvi nəticələrin əldə olunması 
əsasən məlumatların əslinin modelə köçürülməsi və yaxud, məlumatların modeldən orijinala keçirilməsi 
əsasında aparılır. Kimyanın sinergetik tədrisində analogiyanın təcrübi nəticələrin müqayisəsində tətbiq 
edilməsi, yalnız bir neçə təcrübələrin nəticələrinin ümumiləşdirilməsində yerinə yetirilir. Məsələn, qələvi 
metalların su ilə qarşılıqlı təsirini analoji olaraq belə müqayisə etmək olur. Litium metalının su ilə qarşılıqlı 
təsirindən qələvi və hidrogen alınır. Belə bir təcrübəni şagirdlərnatriumla daaparanda həmin əqli nəticəyə 
gəlirlər. Əgər biz təcrübəni bütün qələvi metalların hamısı ilə aparmağı təklif ediriksə, şagirdlər bir - bir 
metalların su ilə reaksiyasını aparıb, fərdi araşdırmalarda ümumiləşdirilmiş əqli nəticələrin analogiyası alınır. 
Burada şagirdlər əvvəlcədən prosesin proqnozlaşdırılmasını müəyyən edirlər. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə