Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə34/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   30   31   32   33   34   35   36   37   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
29 
MEYVƏ VƏ TƏRƏVƏZLƏRİN DƏYİŞDİRİLMİŞ QAZ MÜHİTİNDƏ SAXLANMASININ 
ÖYRƏNİLMƏSİ 
 
Əhmədzadə S.N. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
E-mail: 
vaxmedzade@inbox.ru
 
 
Meyvə tərəvəzlərin saxlanmasında tətbiq olunan üsullar arasında daha mütərəqqisi dəyişdirilmiş qaz 
mühitində saxlanmadır.Araşdırmalar göstərir ki, meyvələri və bəzi dəyərli tərəvəz növlərini tərkibinə görə 
adi havadan əsaslı şəkildə fərqlənən qaz mühitində saxlanmada məhsulun temperaturu elə səviyyədə 
nizamlanır ki, aşağı temperatur xəstəlikləri baş verməsin. Həyat fəaliyyəti proseslərinin intensivliyinin 
sonrakı azalmasına qaz mühitində oksigenin miqdarının azalması və karbon qazının yüksəlməsi ilə nail 
olunur.
Qaz mühiti bir neçə üsulla dəyişdirilə bilər: 

Məhsul xüsusi avadanlıqlarla təchiz olunmuş (qaz mübadilə və qaz ballon qurğuları) germetik 
kameralarda saxlandıqda; 

Polimer materiallarda qablanaraq saxlandıqda: polietilen torbalarda, polietilen içlikli qutu və 
konteynerlərdə, həmçinin germetik kisələrdə, hansında ki, meyvənin özünün tənəffüsü hesabına O
2
-nin 
qatılığı azalıb, CO
2
qatılığı yüksəlir və selektiv məsaməli pərdələrdə. Belə üsul ŞQM (şəkli dəyişdirilmiş qaz 
mühiti) adını almışdır. Belə üsulun çatışmazlığı meyvələrin üzərində doymuş su baxarlarının əmələ gəlməsi 
və mühitin qaz tərkibini nizamlamağın mümkün olmamasıdır. 
Müxtəlif qaz mühitləri tətbiq olunsa da onun əsasında miqdarı 79-97% arasında dəyişən azot durur. 
Qaz mühitlərində oksigenin miqdarı 3-16%, karbon qazı 0-11% arasında tərəddüd edir. Qaz tərkibi meyvə və 
tərəvəzin növ və sort xüsusiyyətlərindən, fizioloji vəziyyətindən və saxlanmağa qoyulan anından asılı olaraq 
differensiyallaşdırılmalıdır.
Nizamlanan qaz mühitində məhsul saxlanan kameralar hermetikləşdirilir (havası çıxarılır), normal və 
subnormal qaz mühiti yaratmaq üçün nəzərdə tutulan xüsusi avadanlıqlarla təchiz olunur. 
Normal qaz mühitində oksigen və karbon qazının cəmi miqdarı havadakı oksigenin miqdarına, başqa 
sözlə 21%-ə bərabər olur. Burada oksigenin qatılığı 11-16%, karbon qazınınkı isə 5-10% arasında dəyişir. 
Bütün hallarda azotun qatılığı 79% təşkil edir. 
Subnormal (yarımnormal) qaz mühitində oksigen və karbon qazının qatılığının cəmi oksigenin 
havadakı qatılığından xeyli az olur. Azotun qalığı 92-97%, oksigen 3-5%, karbon qazı 0-5% arasında dəyişir. 
NQM-də saxlanmada havanın temperaturu məhsulun növ və sortundan asılı olaraq 0-4
0
S, nisbi rütubət 
90-95% səviyyəsində tənzimlənir.
NQM saxlanma aşağı temperatur xəstəlikləri adı almış və bir çox meyvə-tərəvəz növ və sortlarının 
yoluxduğu fizioloji və infeksion xəstəliklərə davamlığı artırır, kütlə itkisini azaldır, məhsulun 
konsistensiyası, dadı və ətri daha yaxşı saxlanır. Belə saxlanmanı keçən məhsul otaq temperaturu şəraitində 
uzun müddət qala bilir.
Normal qaz mühiti şəraitində saxlandıqda hüceyrələrə oksigen daxil olması azaldığından həyat 
fəaliyyəti proseslərinin intensivliyi zəifləyir, toxumalarda toplanan karbon qazının miqdarı yüksəldiyindən 
hüceyrələrdən mübadilə məhsullarının ayrılması pisləşir, dekarboksilləşmə prosesi dayanır və bu da 
tənəffüsü ləngidir.
Yarımnormal mühitdə saxladıqda toxumalarda oksigenin miqdarı daha da azalır və karbon qazının 
miqdarı yüksəlir. Bu havada saxlanma ilə müqayisədə az olsa da lakin dekarboksilləşmə prosesini 
dayandırmaq üçün kifayət edir.
NQM-da meyvə-tərəvəz məhsullarının saxlanmasının müxtəlif üsulları fərqləndirilir. Bunlardan biri 
qazlar üçün seçici keçiriciliyə malik polimer materialdan hazırlanan qablarda saxlamadır. Bunlara polietilen 
torbalar, polietilen içlikli qutu və konteynerlər, qutu yaxud adi konteynerə yüklənən 300 kq və daha çox 
məhsul yığılmış hermetik kisələr aiddir. Poiletilen torbalar qalınlığı 40-50 mkm olan qeyri-stabilləşdirilmiş 
pərdədən 1-2 kq meyvə tutumu hesabı ilə hazırlanır. Meyvələr doldurulduqdan sonra torbaların ağzı bağlanır, 
müəyyən müddətdən sonra hermetikləşdirilən torbada vakuum yaradılır, nəticədə pərdə meyvəni sıxır (şəkil 
3.4; 3.5; 3.6). Torbanın daxilində oksigenin qatılığı 6%-ə qədər azalır, karbon qazının qatılığı isə 6%-ə qədər 
yüksəlir. Belə qab növləri ilə hətta adi meyvə soyuducuları kameralarında NQM təşkil etmək olar. Lakin 
məhsul polimer materiallara qablanaraq saxlandıqda daxildə müəyyən tərkibə malik qaz mühitinin ciddi 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə