Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə30/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   26   27   28   29   30   31   32   33   ...   579
magistr2021 3 2

 
 
BUTİL KAUÇUKUN ÜÇBROM SİRKƏ TURŞUSU İLƏ MODİFİKASİYASI 
 
Əhmədova A.B. 
Sumqayıt Dövlət Universiteti 
Elastomerlər içərisində butilkauçuk sənayenin müxtəlif sahələrində geniş istifadə olunan çox qiymətli 
xassələri ilə fərqlənən elastomerdir.Qeyd etmək lazımdır ki, butilkauçuk bir çox keyfiyyətli xassələri ilə 
bərabər çatışmayan cəhətlərə də malikdir. Belə ki, onun vulkanlaşma və yapışma qabiliyyətinin aşağı olması 
və eləcə də təbii və sintetik polimerlərlə pis qarışması bu birgə polimerin tətbiq sahələrini xeyli 
məhdudlaşdırır. Qeyd edilən çatışmayan xassələri aradan qaldırmaq və butilkauçukun fiziki-mexaniki 
xassələrini yaxşılaşdırmaq məqsədilə onu tərkibində müxtəlif funksional qrupları olan kiçik molekullu 
birləşmələrlə modifikasiya edirlər.Modifikasiya reaksiyası bir saat müddətində müxtəlif temperaturlarda 
benzolda aparılmışdır. İnisiator kimi diazoizoyağ turşusunun dinitrilindən və benzoil peroksiddən istifadə 
edilmişdir. Üçbromsirkə turşusunun reaksiyaya girməyən miqdarı polyaroqrafik və potensiometrik üsulların 
köməyi ilə təyin olunmuşdur. Reaksiya qarışığından hər 10 dəqiqədən bir analiz götürərək reaksiyaya 
girməyən üçbromsirkə turşusunun miqdarı təyin edilmişdir. 
Üçbromlusirkə turşusu ilə modifikasiya olunmuş butilkauçuk nümunələrinin analizi göstərmişdir ki
modifikasiya zamanı butilkauçukda ikiqat rabitənin miqdarı 25-30% azalır və polimerin tərkibində bromun 
miqdarı 1.8-2.0% təşkil edir.Müəyyən edilmişdir ki, modifikasiya prosesi zamanı üçbromsirkə turşusu yalnız 
butilkauçukun izopren hissəsinə birləşir və vaxtdan asılı olaraq modifikasiya olunmuş nümunələrdə bromun 
miqdarı 40 dəqiqəyə qədər artır. Sonrakı vaxtda isə modifikasiya olunmuş butilkauçukun tərkibində bromun 
miqdarı sabit qalır. 
Butilkauçukun üçbromsirkə turşusu ilə modifikasiya reaksiyasının sxemi aşağıdakı kimi verilmişdir: 
C CH
2
CH
2
C= CH CH
2
C CH
2
CH
3
CH
3
CH
3
CH
3
CH
3
t, inisiator
+ CBr
3
COOH
C CH
2
CH
2
C CH CH
2
C CH
2
CH
3
CH
3
CH
3
CH
3
CH
3
CBr
2
COOH
CBr
2
COOH
R
+ n HBr
n
n
n
n
Modifikasiya olunmuş butilkauçuk nümunələri əsasında kompozisiyalar hazırlanmış və onların fiziki-
mexaniki xassələri öyrənilmişdir. Prosesdə doldurucu kimi PM-100 V markalı dudadan istifadə olunmuşdur. 
Rezin qarışığı 75-85
o
C-də vərdənələrdə hazırlanmışdır. Aparılan araşdırmalar göstərmişdir ki, modifikasiya 
olunmuş butilkauçuk nümumələrinin metal oksidi ilə vulkanlaşması asanlaşır, onun müxtəlif materiallara 
yapışqanlıq qabiliyyəti artır və eləcə də müxtəlif polimerlərlə qarışması, birgə vulkanlaşması sürətlənir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə