Ministry of education of azerbaijan republic sumgayit state university


NEHRƏM DOLOMİT YATAĞININ MİNERAL XAMMAL EHTİYATLARININ İSTİFADƏ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə44/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   40   41   42   43   44   45   46   47   ...   579
magistr2021 3 2

NEHRƏM DOLOMİT YATAĞININ MİNERAL XAMMAL EHTİYATLARININ İSTİFADƏ 
SAHƏLƏRİ 
 
Əliyev G.H. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
Guleyman98@gmail.com
 
 
Dünya avtomobil, aviasiya və kosmik sənayesində daha yüngül və dözümlü olan maqneziuma olan 
tələbatı nəzərə alaraq, respublikamızın hüdudlarında geniş yayılmış, lakin bu günə kimi istifadəsiz qalmış 
dolomit yataqları maqnezium və digər məmulatların xammal mənbəyi kimi böyük maraq kəsb edirlər. 
Dolomitlərin tərkibində MgO tutumu 20-21%-ə çatır. 
Nehrəm dolomit yatağının səmərəli işlənməsi yalnız bu yatağın xammalından kompleks istifadə 
etməklə mümkündür. Ən böyük iqtisadi səmərə dolomitin soda, odadavamlı məmulatlar, yol, inşaat çınqılı 
üçün karxanaların kooperasiyası zamanı mümkündür.
Soda istehsalı. Nehrəm dolomit yatağında 1966-cı ildə susuzlaşdırılmış soda istehsal etmək üçün
kəşfiyyat işlərinə başlanmışdır. 1972-1973-cü illərdə N.E.Quxman və Q.M.Qədimova tərəfindən 1966-1967-
ci illərdə öyrənilmiş səhədə ilkin kəşfiyyat işləri aparılmış və nəticədə C

kateqoriyası üzrə 126 mln. ton və 
C

kateqoriyası üzrə isə 104 mln. ton ehtiyyat hesablanmışdır.
Şüşə istehsalı. 1981-1983-cü illərdə Nehrəm dolomit yatağında Sumqayıt və Naxçıvan şüşə 
zavodlarının dolomit xammalı ilə təmin etmək üçün yatağın cənub-şərq hissəsində əlavə geoloji-kəşfiyyat 
işləri aparılmışdır. Kəşfiyyat işləri nəticəsində şüşə istehsalı və dekorativ çınqıl istehsalı üçün B+C

kateqoriyaları üzrə ehtiyyat hesablanmış və təsdiq edilmişdi.
Nehrəm dolomitləri DÜST23672-79 “Şüşə sənayesi üçün tikə dolomitlər ”-in tələblərinə tam olaraq 
cavab verib, ancaq F
2
O

–ün göstəricisindən başqa. Dolomitlər Bakı Şüşə qablar zavodunda texnoloji 
sınaqdan keçirilmiş və şüşə qabların istehsalı üçün yararlılığı müəyyən edilmişdir. Yeganə fərq onda idi ki, 
dolomitlərin tərkibindəki dəmir oksidin miqdarının normadan artıq olması qabların rənginin nisbətən tünd 
olmasına səbəb olur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə