Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə47/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   43   44   45   46   47   48   49   50   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
41 
artması ilə sürət sabiti diffuziya əmsalından daha tez artır: diffuziyanın məhdudlaşdırıcı rolu daha qabarıq 
olur, buna görə effektivlik əmsalı azalır. Sabit temperaturda effektivlik əmsalının azalması reaksiya 
qarışığının özlülüyünün artması ilə izah edilə bilər. Özlülük birbaşa diffuziya əmsalı ilə əlaqəli olduğundan, 
onun artması özlülük əmsalının azalmasına gətirib çıxarır. 
PENTİLAMİNİN MALEİN KOMPLEKSİNİN SİNTEZİ VƏ BAKTERİSİD
XASSƏLƏRİNİN TƏDQİQİ 
 
Əliyeva X.X. 
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu 
E-mail: 
xanimaliyeva1378@gmail.com
 
Neft-qaz sənayesində hasilatın və emal həcminin artması mövcud olan korroziya problemini daha da 
kəskinləşdirmişdir. Metalların korroziyadan mühafizə üsullarından ən effektlisi və iqtisadi cəhətdən 
səmərəlisi inhibitor-bakterisidlərin tətbiqidir. Respublikamızda korroziyadan mühafizə inhibitorlarına tələbat 
yüksək olduğu halda, hələ də sənaye miqyasında inhibitor istehsalı tam təşkil olunmamışdır [1-3]. 
Aktuallığa əsasən, tezisdə qarşıya qoyulan əsas məqsəd - müasir tələblərə cavab verən, yüksək effektli 
və çoxfunksiyalı təsirə malik korroziya inhibitorlarının sintezi, xassələrinin öyrənilməsi və tətbiq sahəsinin 
araşdırılmasıdır. 
Təqdim olunan məruzə pentilaminin (C
5
H
11
NH
2
) malein turşusu (C
4
H
4
O
4
) iştirakı ilə alınan kompleks 
duzunun (N-3) sintezinə və bakterisid xassələrinin araşdırılmasına həsr olunmuşdur. Biz reaksiyaları otaq 
temperaturunda (reaksiya ekzotermikdir) maddələrin 1:1 mol nisbətində apararaq kompleksi sintez etmişik. 
Apardığımız reaksiya aşağıdakı sxem üzrə baş vermişdir. 
 
Sintez olunmuş kompleksin sulfatreduksiyaedici bakteriyaların (SRB-nin) həyat fəaliyyətinə təsiri 
aşağıdakı qaydada öyrənilmişdir.Təcrübədə SRB-nin 
"Desulfovibrio desulfuricans"
növündən və 1143 
ştamından istifadə olunmuşdur. SRB-lər sulfatları hidrogen sulfidə kimi reduksiya edən obliqant anaerob 
bakteriyalardır. SRB-lərin inkişafı üçün daha münasib olan qidalı mühit Postqeyt B mühitidir. Mühitin pH-ı 
7.0-7.5 arasında olmalıdır. [4].Sintez olunmuş kompleksin SRB-nin həyat fəaliyyətinə bakterisid təsirinin 
nəticələri şəkildə təsvir olunmuşdur. 
Şəkil. Pentilaminin malein kompleksinin bakterisid təsirinin təsviri. 
1
10
100
1000
10000
100000
1000000
10000000
100000000

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə