Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə45/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   41   42   43   44   45   46   47   48   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
39 
Odadavamlı material istehsalı. 1954-cü ildə F.A.Axundov bu yataqdakı dolomitləri odadavamlı 
material kimi öyrənmək üçün yatağın şimal-qərb cinahında kəşfiyyat işləri aparmış və birinci dərəcəli 
odadavamlı materiala yararlı və o zamanki dövlət standartlarına cavab verən 9.266.337 ton B kateqoriyası 
üzrə və 1.542.431 ton C
1
kateqoriyası üzrə ehtiyat hesablanmışdır. 
Maqnezial əhəng istehsalı. 1950-ci ildə Azərbaycan Tikinti Materialları İnstitutunun əməkdaşı 
T.V.Məlik-Yeqanova Nehrəm dolomitlərini maqnezial əhəng xammalı kimi öyrənmişdir və bu məqsəd üçün 
yararlılığını müəyyən etmişdir. 
Maqnezium metalı istehsalı. Nehrəm dolomit yatağından götürülmüş nünunələr əsasında 
laboratoriyada tədiqaqatlar aparılmışdır. Dolomitdən maqnezium metalı almaq üçün vakuum-termik üsuldan 
istifadə edilmişdir. Burada dolomitin ilkin yanma temperaturu müəyyən edilmişdir. Bir sıra amillərin 
(temperaturun, prosesin davam etmə müddətinin, bərpaedicinin miqdarının) maqnezium metalınının 
ayrılmasına təsiri öyrənilmişdir. Bərpa ediləndən sonra alınan maqnezium yüksək keyfiyyətli (99,98%) olur. 
Nəticədə Nehrəm yatağının dolomitləri maqnezium metalı alınması üçün yararlı xammal hesab edilimişdir. 
Çınqıl istehsalı. 1964-1965-ci illərdə Geologiya İdarəsinin Van geoloji-kəşfiyyat partiyası yatağın 
şimal-qərb cinahında dəqiq kəşfiyyat işləri aparmış və yol tikintisi və çınqıl istehsalına yararlı olan A+C
1
kateqoriyaları və C
2
kateqoriyası üzrə dolomit ehtiyyatları hesablanmışdır. 
2-METİL-4-ALLİLFENOLUN SİNTEZİ VƏ ONUN QLİSİDİL EFİRİNİN ALINMASI 
 
Əliyeva K.Ş. 
Sumqayıt Dövlət Universiteti 
 
Alkenilfenolların geniş istifadə sahələrinə makromolekullar kimyası və texnologiyası aiddir. Onların 
birgə polimerləri müxtəlif səthlərə qarşı yüksək adgeziyaya malik olub strukturlaşma qabiliyyətinə və 
müxtəlif kimyəvi çevrilmələrə məruz qalma xassələrinə malikdir. Bu birgə polimerlər ionu ilə əvəz olunmuş 
qatranlar, boyalar, örtüklər istehsalında da geniş istifadə olunurlar. 
Məruzədə birgə polimerləşmə üçün qiymətli monomer olan 2-metil-4-allilfenolun sintezi və onun 
qlisidil efirinin alınmasının nəticələri verilir. 2-metil-4-allilfenol 2-metil-4-propilfenolun dehidrogenləşmə 
reaksiyası ilə alınmış, təcrübələr tərpənməz laylı xrom-nikel-alüminium oksid sistemi olan reaktorda su 
buxarı və benzol iştirakında aparılmışdır. Alınan məhsulların analizi xromatoqrafik və spektral üsullarla 
həyata keçirilmişdir. 520
o
C temperaturda alınan 2-metil-4-allilfenolun çevrilmiş 2-metil-4-propilfenola görə 
hesablanmış çıxımı 81.0% olmuşdur. Növbəti mərhələdə 2-metil-4-allilfenolun qlisidil efiri sintez edilmişdir. 
Bu məqsədlə məlum üsullardan istifadə edilmiş və bəzi təkmilləşdirmələr aparılmışdır. 2-metil-4-allilfenolun 
qlisidil efirini almaq üçün onun epixlorhidrinlə qarşılıqlı təsiri 60-90
o
C temperaturda qələvilər iştirakı ilə 
həyata keçirilmişdir. Bu zaman əsas reaksiya aşağıdakı tənliyə əsaslanır. 
Proses zamanı əmələ gələn suyun epixlorhidrinlə azeotrop qarışıq şəklində ayrılmasını asanlaşdırmaq 
üçün epixlorhidrinin miqdarı artıqlaması ilə götürülmüşdür. Bu məqsədlə digər üsullardan da istifadə 
olunmuşdur. Digər tərəfdən müəyyən edilmişdir ki, temperaturun 60
o
C-dən 90
o
C-yə qaldırılması reaksiya 
zonasından suyun epixlorhidrinlə azeotrop qarışıq şəklində ayrılmasını asanlaşdırır. Aromatik 
karbohidrogenlər mühitində bu reaksiyanın aparılması da bu əməliyyatı təkmilləşdirə bilər. Müəyyən 
edilmişdir ki, 75
o
C temperaturda alınan qlisidil efirinin çevrilmiş 2-metil-4-allilfenola görə çıxımını 82.0%-ə 
çatdırır. Temperaturun sonrakı artımı yan çevrilmələrin sürətini artırır. Bu zaman oksigen körpüsünün 
qırılması ilə baş verən çevrilmələrin, xüsusən də oliqomerləşmə reaksiyasının sürətlənməsi hesabına 
məqsədli reaksiyanın payı azalır və 2-metil-4-allilfenolun qlisidil efirinin çıxımı aşağı düşür. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə