Ministry of education of azerbaijan republic sumgayit state university


ED-20 MARKALI EPOKSİD QƏTRANI VƏ EPOKSİNİTRİL MONOMERLƏRİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə53/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   49   50   51   52   53   54   55   56   ...   579
magistr2021 3 2

ED-20 MARKALI EPOKSİD QƏTRANI VƏ EPOKSİNİTRİL MONOMERLƏRİ 
ƏSASINDA KOMPOZİSİYA MATERİALLARININ ALINMASI 
 
Əmiraslanova Z.R. 
Sumqayıt Dövlət Universiteti 
 
Epoksid oliqomerləri fenol-formaldehidin oliqomeri ilə müqayisədə yeni növ oliqomer olub
tərkibində olan epoksi qrupu ilə xarakterizə olunur. 
Bu növ qatranlar bir sıra fiziki-mexaniki üstünlükləri ilə geniş tətbiq sahəsi tapmışlar. Onlar əsasında 
yüksək dərəcədə möhkəmliyə malik konstruksiya materiallarının hazırlanmasında, raket texnikasında, 
adgeziya xüsusiyyəti yüksək olan lak-boya materiallarının hazırlanmasında istifadə olunur. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
46 
Lakin onların aqressiv mühitin, şaxtanın təsirinə qarşı davamsız olması onlardan geniş istifadə etməyə 
imkan vermir. Bu məqsədlə onların tərkibində müxtəlif növ epoksi nitril monomerləri ilə bu növ qətranlar 
əsasında kompozisiya materialları alınır və onun fiziki-mexaniki göstəricilərini öyrənmək qarşımızda duran 
məqsədlərdən biridir. 
Bundan ötrü epoksidian qətranından, bərkidici kimi polietilenpoliamindən və sintez etdiyimiz 
epoksinitril monomerləri əsasında kompozisiya materialı hazırlanır. Kompozisiyanı hazırladıqda, 
komponentlərdən aşağıdakı nisbətdə istifadə olunur: 
Epoksid qətranı 
100 çəki hissə 
PEPA 
12-15 çəki hissə 
Epitionitril
5-15 çəki hissə 
Beləliklə, aydın olur ki, ED-20 markalı qətrana 15 çəki payı N-allil-N-(β-sianetil)-N-(2,3-
epoksipropil)amin qatdıqda və onu sonradan polietilenpoliaminlə modifikasiya etdikdə qətranın dartılmaya 
qarşı davamlılığı və adgeziyası xeyli yaxşılaşır. 
Tərkibində müxtəlif növ funksional qruplar saxlayan epoksid birləşmələri, ED-20 markalı epoksid 
qətranları üçün yaxşı modifikator rolunu oynayır (Cədvəl). 
Bu birləşmələri qatrana qatdıqda onların adgeziyası dartılmaya qarşı müqaviməti yaxşılaşır, şaxtaya 
aqressiv mühitin təsirinə qarşı davamlılığı artır. 
Bununla əlaqədar olaraq bizim üçün sintez etdiyimiz bəzi epoksinitrillərin modifikasiya xassələrini 
yoxlamaq maraqlı idi. 
Cədvəl. Kompozisiya materiallarının fiziki-mexaniki xassələri 
Modifikator 
Modifikatorun 
qətranın çəki 
nisbəti 100 k.v. 
Dartılmaya 
görə 
davamlılıq, 
kq/sm

Adgeziya 
möhkəmliyi, 
kq∙S/sm

Brinerə görə 
bərklik 
kq/mm


540 
103 
13 
10 
640 
130 
14 
15 
750 
155 
11.8 

420 
122 
13.25 
10 
430 
115 
13.6 
15 
480 
90 
13.17 

310 
90 
13.11 
10 
412 
110 
13.22 
15 
425 
132 
13.40 
Modifikasiya olunmamış qatran 




10 



15 
410 
82 
13.33 
Bundan ötrü 80
o
C-dək qızdırılmış ED-20 markalı qətrana qarışdırmaq şərtilə azacıq hissələrlə 5; 10; 
15 çəki hissəsi ilə epoksinitril və 12 çəki hissəsi ilə bərkidici kimi polietilenpoliamin əlavə edilir. 
Qarışıqdan hava qabarcıqlarını çıxartmaqdan ötrü onu 20-30
o
C temperatur şəraitində 
vakuumlaşdırırıq. Əmələ gələn kompozisiya açıq-sarı rəngli şəffaf kütlədir. Sonra alınan reaksiya kütləsi 
formaya tökülür 16 saat ərzində otaq temperaturunda bərkidilir, daha sonra isə 60; 80; 120
o
C temperaturda 
iki saat ərzində termiki emala uğradılır. 
Bu yolla alınan kompozisiyanın və modifikasiya olunmamış ED-20 markalı qətranın fiziki-kimyəvi 
xassələri cədvəldə verilmişdir.
100 çəki hissəsi epoksidian qatranını qarışdırmaq şərti ilə 5; 10; 15 çəki hissəsi miqdarında N-metil, 
N-butil və N-allil radikalı saxlayan siantərkibli episulfidlər istifadə olunur. Alınan qarışığın tərkibindən hava 
qabarcığını 15 çəki hissəsi qədər polietilenpoliamin əlavə edirik. Nəticədə açıq-sarı rəngli kütlə alınır. Alınan 
kütlə formalara doldurulur, 16 saat otaq temperaturunda saxladıqdan sonra 60; 80; 120
o
C temperaturda 
termiki emala uğradılır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə