Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə52/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   48   49   50   51   52   53   54   55   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
45 
Tutumun iki rezervuara bölünən konstruksiyası da mövcuddur. Bu halda ayrilan karbon qazının artan 
təzyiqinin təsiri altında şirə alt rezervuardan üstdəkinə axır. Rezervuarları ayıran klapan fasilələrlə açılır və 
ağırlıq qüvvəsinin təsiri altında şirə yuxarıdakı rezervuardan sürətlə aşağıdakına axır. Bu halda yaxşı 
qarışdırılma təmin olunduğundan şirənin köçürülməsi üçün xüsusi nasos tələb olunmur.
Digər bir konstruksiyada vinifikator özünü yuxarıya doğru daralmaqla şaquli tutum kimi göstərir. 
Tutumun daxilində qoyulmuş xüsusi ayırıcı tor “papağ”ın - əzintinin üzməsinin qarşısını tamamilə alır. 
Proses başladıqdan bir qədər sonra şirə nasosun köməyilə bu tutumdan başqa - adi tutuma vurulur. Əzinti 
“papağ”ı qabın dibinə gedir. Aşağı açıq lükdə qurulan ventilyator bir neçə saat əzintini qurudur. Sonra şirə 
yenidən vinifikatora qaytarılır. Bu əməliyyat hesabına rəng və aromatik maddələrin çox yaxşı ekstraksiyası 
alınır.
Padovan firması şaquli vinifikatorun yeni konstruksiyasını hazırlamışdır ki, burada ayrılan karbon 
qazının təzyiqi hesabına səmərəli qarışdırılma mümkün olur.
Tutuma quraşdırılan tor onu qıf şəklində 2 arakəsməyə ayırır. Nəticədə əzinti “papağ”ı batırılmış 
vəziyyətdə qalır. İki arakəsməni aşağıdan klapanlı silinrdşəkilli boru birləşdirir. Karbon qazının təzyiqi 
altında klapan açılır və şirənin “papaq”dan keçməsi - dövr etməsi baş verir. Soyutma borunun daxilində 
qurulmuş qurğu ilə aparılır. Proses müddətində vinifikatorda temperatur 28-30
0
C-yə yaxın tənzimlənir. Bəzi 
şərab tipləri üçün daha yüksək temperatur tətbiq olunur. Proses başa çatdıqdan sonra qırmızı şirə buraxılış 
kranından götürülür, şirəsizləşmiş əzinti isə aşağıdakı lükdən şnekli nəqlediciyə yüklənir. Boşaldılma xüsusi 
kürəklərin köməyi ilə yerinə yetirilə bilər.
Şirə filtrdən keçirilir və qıcqırmaya daxil edilir. Şirəsizləşmiş əzinti şnekli nəqledicinin köməyilə 
pnevmatik presə ötürülür. Preslənmədən sonra alınan şirə də filtrdən keçirilir və əvvəlki şirəyə qatılır.
Üfüqi vinifikator özünü şassi üzərində horizontal şəkildə yerləşən konusvari dibli silindrşəkilli tutum 
kimi göstərir. Vinifikator temperatur prosesini tənzimləmək üçün köynəklərə malikdir. 
Mühərriyin köməyilə tutumun fırladılmasına başlanır. Fırlanma zamanı daxili kürəklər əzintini 
qarışdıraraq maye və bərk faza arasında daha yaxşı təmas təmin edir. Nəticədə qıcqırma müddəti qısalır və 
şərabın fenol, o cümlədən rəng maddələri ilə zənginləşməsi yaxşılaşır. Proses müddətində temperatur 28-
30
0
C-yə yaxın tənzimlənir.
Bu tipli vinifikatorlar əzintidə saxlanma müddətini 1,5-2 dəfə qısaldır və ekstraksiya keyfiyyətini 
yaxşılaşdırır. Bundan başqa bu qurğularda ağ üzüm sortları üçün kreomaserasiya aparmaq mümkündür.
Bu halda saxlayıb yetişdirmə 2-4
0
C temperaturda 12-24 saat təşkil edir.
Üfüqi vinifikatordan boşaldılma prosesi şaquli vinifikatorda olduğuna oxşardır.
“Red Xanter” termovinifikatoru. Tezləşdirilmiş üsulla axında qırmızı şərablar istehsal etmək üçün 
termovinifikasiya qurğusu tətbiq olunur. İş prinsipi aşağıdakı kimidir. 
Əzinti deşikli barabana ötürülür və oradan öz axımı ilə ayrılan şirə götürülür. Şirə istilik dəyişdiriciyə 
verilərək 65
0
C-yə qədər qızdırılır ki, bu da rəngli və ətirli maddələrin tamamilə ekstraksiya olunması üçün 
lazımdır. Əzinti şneklə təchiz olunmuş ekstraksiya kalonkasının yuxarı hissəsindən daxil olur. Əks axınla 
qaynar şirə verilərək əzinti emal olunur. Bu təmas hesabına aromatik və rəng komponentlərinin parçalanması 
prosesi gedir. Sonra qaynar şirə ilə qarışdırılmış əzinti reaktora daxil edilir və orada 1 saat saxlanır. Bu 
müddətdən sonra əzinti boru-boruya istilik dəyişdiricidə soyudularaq preslənməyə verilir. İstifadə olunan 
“Red xanter” avadanlığı 1 saat müddətində üzümün qırmızı üsulla emalında olduğu kimi ətir maddələrinin 
tam qiymətli ekstraksiyasına imkan verir.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   48   49   50   51   52   53   54   55   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə