Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə24/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   20   21   22   23   24   25   26   27   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
20 
NEFT QALIĞI VƏ KÖMÜRDƏN KOKS ƏMƏLƏ GƏLMƏSİ MEXANİZMİNİN TƏDQİQİ 
Cəfərzadə Z.Y. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
czarnigar@gmail.com
 
 
Neft qalığından əldə edilən koks neft koksu kimi tanınır. Neft koksu saflaşdırmaqla əldə edilən son 
karbonla zəngin qatı maddədir.Bu maddə uzun zəncirli karbohidrogenləri daha qısa zəncirlərə ayıran 
sonuncu krekinq prosesindən əldə edilir. Bu proses koks kamerasında baş verir. 
 
Krekinqə başlamaq üçün sobaya istilik verilir və reaksiyalar koks kamerasında tamamlanır.Neft koksu 
“Syncrude” kompleksində bitum emalından və sintetik neft istehsalından da əldə edilir. Şəkil 1-də neft 
koksunun müxtəlif ölçüdəki növləri göstərilmişdir. 
Şəkil 1. Neft koksunun müxtəlif növləri 
Koks kömürdən də əldə edilə bilər. Kömürdən koks əmələ gəlməsində iki növ reaksiya mövcuddur: 
1. Krekinq reaksiyaları,hansı ki, bu zaman karbon-karbon arası rabitələr qırılır.Bu reaksiyalar 
kömürdən daha az polimerləşmiş və piroliz temperaturunda daha yüksək faiz maye verəcək komponentlər 
istehsal edir.
Prosesdəki karbon-karbon arası zəncirin qırılması iki radikalın meydana gəlməsinə səbəb 
olur.Bu iki radikal ikinci növ reaksiya ilə təmin olunan hidrogenlə doymuş hala gətirilir. 
2. Aromatikləşmə və kondensasiya reaksiyaları.Doymuş halqaların dehidrogenləşməsi və aromatik 
karbon-karbon arası rabitələrin əmələ gəlməsi ilə aromatik qrupların bir-biri ilə rekombinasiyası vasitəsilə 
hidrogen ayrılır.Sərbəst buraxılmış hidrogen qatı bir karbon qalığının meydana gəlməsinə səbəb olur. Bu ya 
ilkin xammal komponentlərindən,ya da əmələ gələn ara maddələrdən yaranır.Bu proseslər nisbətən aşağı 
təzyiq aralığında (0,5 -20 bar) və nisbətən yüksək temperatur aralığında (430 - 850 ° C) baş verir. 
Tədrici kokslaşma üçün ən çox istifadə olunan xammal neftin atmosfer və vakuum qovulması 
nəticəsində alınan ağır qalıqlarıdır.Bundan başqa asfaltit, liqnit,daş kömür qətranı kimi xammal ehtiyatları 
illərdir istifadə edilmişdir.Yüksək keyfiyyətli iynəvari koks əldə etmək üçün bəzən ağır neftin yüksək 
aromatik qarışıqları işlənir.
Aromatik fraksiyanın molekulyar çəkisi doymuşlardan bir qədər yüksək-600 ilə 
750 arasındadır.Aromatik maddələr 41 ilə 53 arasında orta karbon sayına malikdir.Qətranlar və asfaltitlərlə 
müqayisədə sadə quruluşdadırlar.Onların 3.7%-dən aşağı mikro-karbon qalığı dəyəri koks əmələ gətirmə 
meyillərinin aşağı olduğunu göstərir.Aromatiklərin tərkibində heteroatom miqdarı da azdır.Bunlar 
karbohidrogenlərlə distillə ediləcək qədər özüllü və uçucudur.Qətranlar orta parafin zənciri uzunluğunda
nəzərə çarpacaq dərəcədə aromatik karbon tərkibindən (40-53%) ibarətdir.Qətran fraksiyası malt fazasındakı 
asfalt komponenti üçün dispersant rolunu oynayır. 
Konradson karbon qalığı hər hansı bir xammaldan istehsal ediləcək koks miqdarını təyin edən ən vacib 
xüsusiyyətlərdir.Yüksək bir Konradson karbon qalığı yüksək koks məhsuluna səbəb olur. Bu parameter
xammalın koks əmələ gətirmə meylini ortaya qoyur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə