Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə20/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   16   17   18   19   20   21   22   23   ...   579
magistr2021 3 2

C
3
-C
4
 KARBOHİDROGENLƏRİNİN KATALİTİK ÇEVRİLMƏ PROSESİNİN REAKSİYA 
APARATININ SEÇİLİB ƏSASLANDIRILMASI 
 
Cəbrayılzadə M.A. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
murvet.cebrayilzade@mail.ru
 
Ölkəmizdə və eyni zamanda dünyada neft-zavod karbohidrogen qazlarının kompleks emalı və 
heterogen çox komponentli katalizatorların iştirakı ilə çevrilməsi prosesi bu günün aktual məsələlərindən 
biridir. Son illərdə ARDNŞ-də və bəzi elmi tədqiqat işlərinin həyata keçirilməsinə baxmayaraq, bu vaxta 
qədər bu məsələ öz həllini tapmamışdır. Neft-zavod karbohidrogen qazlarının emal proseslərinin pərakəndə 
xarakterli olması və sistematik tədqiqatların aparılmaması bu nöqsanların aradan qaldırılmamasının əsas 
səbəblərindən biridir.
Bizim tərəfimizdən aparılmış elmi-tədqiqat işlərinin əsas məqsədi sintez olunmuş heterogen 
katalizatorların iştirakı ilə propilenin çevrilməsi prosesini müxtəlif tipli reaktorlarda aparmaq və reaksiya 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
17 
aparatının seçilməsindən ibarətdir. Propilenin çevrilməsi prosesini həyata keçirmək üçün Mn, Cr, Mn oksid 
elementlərindən istifadə edərək katalizator hazırlanmışdır.
İlk təcrübələr tərpənməz laylı stasionar reaktorda aparılmışdır. Propilenin çevrilməsi prosesi müxtəlif 
temperaturlar intervalında 450-550

, kontakt müddəti 0,5-3,0 san,atmosfer təzyiqində, katalizatorun həcmi 
isə 5 götürülmüşdür. 
Stasionar şəraitdə 450 

propilenin çevrilmə dərəcəsi 46%, 
C
1
- çıxımı 8,5, selektivlik 18,8% 
olmuşdur. Eyni temperaturda 
C
4
- çıxımı 18,2%, selektivlik isə 40,3 % olmuşdur. 
C
5
- üçün olunan nəticələr 
kəskin aşağı düşür. Sonrakı təcrübələr 500 

temperaturda aparılıb. Bu şəraitdə çevrilmə dərəcəsi 59%-ə 
yaxın olmuşdur. 500 

temperaturda 
C
1
- in çıxımı 9%, selektivlik 15,4% olmuşdur. Alınmış məhsulların 
kütlələri çoxaldıqca yəni (
C
1
-dən 
C
6
-ya) kimi çıxım 19,4%, selektivlik 33,4% olmuşdur. 
Qeyd etmək lazımdır ki, proses 550 

aparıldıqda çevrilmə dərəcəsi 61%-ə çatır. Bu halda çıxım və 
selektivlik aşağı düşür. Propilenin çevrilməsi prosesi "qaynar" laylı və birbaşa axınlı reaktorlarda aparılmış 
və alınan nəticələr müqayisə edilmişdir. Bu zaman propilenin çevrilmə prosesinin aparılma şəraiti stasionar 
reaktorda aparılmış tədqiqatların şəraiti eyni olmuşdur. Lakin "qaynar" laylı reaktorda aparılan təcrübələr 
450-550 

temperatur intervalında olmuşdur. İlk təcrübə 450

-də aparılmışdır. Bu halda çevrilmə dərəcəsi 
56% olmuşdur. Həmin temperaturda 
C
2
ve 
C
4
-ün çıxımları 20%-dən yüksək olmuşdur. 
C
5
-in çıxımı əvvəl 
artır,sonra isə aşağı düşür və 3,4% təşkil edir. 475

temperaturda propilenin çevrilmə dərəcəsi yüksəlir və 
68% təşkil edir. Bu temperaturda alınan məhsulların molekul kütləsi artdıqca çıxım hər hansı 
qanunauyğunluğa tabe olmur.
Belə ki, 450

C
5
-in çıxımı 3,4%, 475 

isə 16,8% olmuşdur. 500 

temperaturda propilenin 
çevrilmə dərəcəsi 70% olmuşdur. Təcrübə eyni qayda və eyni şəraitdə 425-475 

temperatur intervalında 
birbaşa axınlı reaktorda aparılmışdır. İlk təcrübələr 425 

temperaturda aparılmışdır. Bu halda propilenin 
çevrilmə dərəcəsi 60%olmuşdur. Maksimum çıxım 450 

baş verir. Ən yüksək çıxım 
C
2
-yə məxsusdur və 
20% təşkil edir. Məlum olmuşdur ki, temperaturun artması ilə alınan 
C
2
,
C
5
və 
C
6
məhsullarının çıxımı 
enir,
C
1
isə əksinə artır. 450 

temperaturda alınan məhsullardan 
C
4
- ün çıxımı daha yüksək olmuşdur-22%, 
ən aşağı çıxım 
C
6
-ya məxsusdur-5%. 475 

temperaturda isə 
C
2
-nin qiyməti daha çox-18%, minimum 
çıxım yenə 
C
6
-ya uyğundur,yəni 10,2%.
Aparılmış tədqiqatlar nəticəsində məlum olmuşdur ki, ən yaxşı nəticə "qaynar" laylı reaktorda 
alınmışdır, ona görə də üstünlük "qaynar" laylı reaktora verilmişdir. Bütün əlavə məlumatlar çıxış zamanında 
təqdim ediləcək. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə