Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə19/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   15   16   17   18   19   20   21   22   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
16 
VİNİL-HEM-DİXLORTSİKLOPROPİL EFİRİNİN SİNTEZİ VƏ MALEİN ANHİDRİDİ 
İLƏ RADİKAL BİRGƏ POLİMERLƏŞMƏSİ 
 
Bayramova M.R. 
Sumqayıt Dövlət Universiteti 
 
Vinilefirlərinin malein anhidridi ilə birgəpolimerləşməsi geniş spektrə malik mühüm bioloji aktiv 
xassələrə malikdir. Bu birgəpolimerlər immun sisteminin aktivləşməsi qabiliyyətinə malik olmaqla yanaşı 
viruslara və şişlərə qarşı aktiv xassələrə də malikdirlər. Bütün bunlar həmin birgə polimerləri çox maraqlı və 
cəlbedici edir və onlardan müxtəlif dərman preparatlarının daşıyıcısı kimi makromolekulyar sistemlərin 
yaradılmasında istifadə oluna bilər. Qələvi mühitində bu birgəpolimerlər yüksək sıxlıqlı mənfi yüklü 
karboksilat qrupları olan polianion kimi olurlar. 
Məruzədə vinil-hem-dixlortsiklopropil efirinin sintezi və malein anhidridi ilə radikal birgə 
polimerləşməsi ilə bağlı aparılmış təcrübələrin gedişi öz əksini tapmışdır. 
Vinil-hem-dixlortsiklopropil efiri aşağıdakı metodika üzrə alınır: 0.5 q-mol divinil efiri, 0.5 q-mol 
xloroform, 100 ml 50%-li NaOH-ın suda məhlulu və 1.2 q (0.003 q-mol) trietilbenzilammonium xlorid 
(TEBAX) qarışığı 4 saat müddətində 20
o
C-də, termometr, soyuducu və qarışdırıcı ilə təchiz olunmuş 
yumrudibli üçboğazlı kolbada qarışdırılır. 
Bundan sonra qarışıq su ilə durulaşdırılır, ayırıcı qıfda üzvi təbəqə ayrılır, su təbəqəsi isə efirlə 
ekstraksiya edilir. NaSO
4
üzərində qurudulduqdan sonra efir hissəsi qovulur, qalan hissə isə vakuumda 
rektifikasiya edilir. 10 mm atmosfer təzyiqində 32-33
o
C-də qovulan fraksiya aşağıdakı göstəricilərə malik 
olur: brutto formulu: C
6
H
5
Cl
2
O; çıxım – 40%; 
d
4
20
=1.2179; 
n
D
20
=1.4625; MR
D
=34.52 (34); element 
analizinin nəticələri: karbon – 39.58 (39.22); hidrogen – 4.17 (3.92); xlor – 46.06 (46.40) (mötərizədə 
hesablanmış rəqəmlər verilir. 
Malein anhidridinin vinil-hem-dixlor əvəzli tsiklopropil efiri ilə radikal birgəpolimerləşməsi 
ampulanın içərisində aparılmışdır. Birgəpolimerləşmənin ampulada aparılması birgəpolimerin sintezinin 
şəraitini müəyyən etmək məqsədi ilə həyata keçirilmişdir. Ampullar reaksiya qarışıqları ilə doldurulur, quru 
buz və aseton qarışığında soyudularaq vakuumlaşdırılır və sonradan quru azot mühitində ampul bağlanılır. 
Ağzı bağlanmış ampul ±0.25
o
C dəqiqliyi ilə lazımi temperatur şəraitində termostata yerləşdirilir. 
Birgəpolimerləşmə qurtardıqdan sonra soyudulmuş ampulların ağzı açılır və çökdürücünün 5 dəfə artıq 
miqdarında çökdürülür. Çökdürücü ilə yuyulmuş birgəpolimer homopolimerdən azad olmaq üçün qaynar 
benzol ilə işlənir. 
İlkin somonomer efirləri malein anhidridindən fərqli olaraq birgəpolimerləşmə şəraitindən asılı olaraq 
oliqomer məhsulları əmələ gəlir. Alınmış birgəpolimerlər sonradan 60
o
C-də sabit kütlədə quruducu vakuum 
şkaflarında qurudulur. 
Monomerlərin malein anhidridi ilə birgəpolimerləşməsi iki üsulla – kütlədə və məhlulda gələcəkdə 
aparılacaqdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə