Ministry of education of azerbaijan republic sumgayit state university



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə16/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   12   13   14   15   16   17   18   19   ...   579
magistr2021 3 2

 
 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
13 
ALÇAQ ALKANLARIN AROMATLAŞMA KATALİZATORLARI 
 
Bağırlı F.Z. 
Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
fatima.baghirova27@gmail.com
 
 
Hal-hazırda aromatik karbohidrogenlərin iritonnajlı istehsalı ölkədə neft-kimyanın vəziyyəti və 
iqtisadi effektivliyinə əhəmiyyətli təsir göstərir. Bu, neft emalında əsas məhsul kimi benzolun külli miqdarda 
istifadə olunması ilə əlaqədardır. Həmçinin neftin qiymətinin qeyri-stabilliyi aromatik karbohidrogenlərin 
istehsalına çox pis təsir göstərir. 
Yaxın gələcəkdə üzvi birləşmələrin istehsalı üçün əsas xammal mənbələrindən biri təbii qaz hesab 
edilir ki, onun da dünya üzrə kəşf edilmiş ehtiyatları 144,1 trln. m
3
qiymətləndirilir [1]. Təbii qazın 90%-dən 
çoxu metandan ibarətdir ki, bu da yüksək inertliyi ilə xarakterizə olunur, buna görə də metanın maye 
karbohidrogenlərə birbaşa çevrilməsi məhduddur. Praktiki olaraq sənayedə bütün mövcud olan təbii qazın 
kimyəvi məhsullara konversiyası yolları mürəkkəb və kapital tutumlu proseslərə əsaslanır. Beləliklə, alınmış 
məhsulların maya dəyəri neft analoqlarına nisbətən olduqca yüksəkdir.
Təbii və səmt qazları komponentlərinin maye üzvi birləşmələrə kimyəvi çevrilmələrini bir mərhələdə 
həyata keçirmək bifunksional katalizatorlar olmadan mümkün deyil. Onların da əsas komponentləri yüksək 
dehidrogenləşmə qabiliyyətinə malik olan az miqdarda metallar ilə modifikasiya edilmiş pentasil tipli seolit 
hesab edilir. Həmçinin seolit katalizatorları hesabına xammalın nəmlikdən və kükürdtərkibli birləşmələrdən 
təmizlənməsi tələb olunmur. 
Alçaq alkanların aromatlaşması üçün müxtəlif metallarla modifikasiya edilmiş pentasil tipli seolit 
katalizatorlarından istifadə olunur, həmçinin müxtəlif tip daşıyıcılar (məsələn, alüminium oksid) üzərinə 
hopdurulmuş metal katalizatorları tətbiq olunur. Seolit katalizatorlarının modifikasiyası üçün Zn, Sn, Pb, Mo, 
Ga, Pt kimi metallardan istifadə olunur. 
Bundan başqa, təbii qazın aromatlaşması prosesində sirkonium və molibden nanotozları ilə 
modifikasiya edilmiş ЦВМ tipli seolitin istifadə olunması barədə məlumatlar mövcuddur [2]. İlkin xammal 
kimi tərkibində (% küt.) metan – 84.1; etan – 4.5; propan – 6.7; butanlar – 4.2; pentanlar – 0.5 olan təbii 
qazdan istifadə edilmişdir. Təbii qazın aromatik karbohidrogenlərə konversiyası kvars reaktorda atmosfer 
təzyiqində 600-750
o
C temperatur intervalında xammalın verilməsinin 1000 saat
-1
həcmi sürətində 
aparılmışdır. 
Tədqiqatlar göstərir ki, 700-750
o
C temperaturda 81-83% selektivliklə təbii qazın konversiyası və 
aromatik karbohidrogenlərin çıxımı, uyğun olaraq, 32.7-41.0% (küt.) və 27.3-33.5% (küt.) təşkil etmişdir. 
Tərkibində 1.5 və 6.0% (küt.) miqdarında sirkonium və molibden nanotozları olan seolit katalizatoru 
nisbətən daha yüksək aktivliyə və selektivliyə malikdir. Sirkoniumun miqdarının 2.0% (küt.)-dən yuxarı 
yüksəlməsi təbii qazın çevrilmə dərəcəsi və aromatik karbohidrogenlərin çıxımını xeyli azaldır. 
İşdə [1] molibden ilə modifikasiya edilmiş pentasil nəzərdən keçirilmişdir. İlkin xammal kimi 
aşağıdakıtərkibdə təbii qazdan istifadə edilmişdir: metan – 80.5; etan – 6.8; propan – 7.9; butanlar – 4.8% 
(küt.). 750
o
C reaksiya temperaturunda və metanın 500 saat
-1
həcmi verilmə sürətində mövcud katalizator 
üzərində konversiya və benzolun çıxımının maksimal qiyməti əldə edilmişdir, bu da 4.8% təşkil etmişdir. 
Maye məhsullarda naftalinin miqdarı benzolun miqdarından yüksəkdir və 6.5% təşkil edir. 
Metanın maksimal konversiyası və aromatik karbohidrogenlərin nisbətən yüksək miqdarı tərkibində 
4% molibden olan seolit üzərində alınmışdır. Seolit üzərində molibdenin miqdarının sonradan 6%-dən yuxarı 
artımı katalitik aktivliyin tam itməsinə gətirib çıxarır. Metanın həcmi verilmə sürətinin yüksəlməsi yalnız 
aromatik karbohidrogenlərin çıxımının azalmasına gətirib çıxarır. 
İşin [3] müəllifləri tərəfindən Zn-tərkibli pentasili qalay və qurğuşun əlavələri ilə modifikasiya etmək 
təklif edilmişdir. 
Mövcud işdə Zn-tərkibli pentasilin modifikasiya edilməsi yolu ilə sıxılmış karbohidrogen qazlarının 
aromatlaşması zamanı metan və naften karbohidrogenlərinin çıxımının azalması imkanlarının tədqiqat 
nəticələri alınmışdır. Müəlliflər tərkibində 5% (küt.) sink olan H-ZSM-5 tipli pentasildən istifadə etmişdir. 
Xammal propan və butan qış yanacağı qarışığı hesab edilir (tərkibi, % həcm: metan – 1.5; etan – 3.8; propan 
– 67.7; i-butan – 10.7; n-butan – 16.3). Mövcud pentasil qurğuşun və qalay əlavələri ilə modifikasiya 
edilmişdir. Seolit sink nitrat və qurğuşun və ya qalay xloridin sulu məhlulları ilə hopdurulmuş, sonra 
katalizator 120-150
o
C-də qurudulmuş və hava axınında 550
o
C-də közərdilmişdir. Təcrübələr atmosfer 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə