Ministry of education of azerbaijan republic sumgayit state university


TƏBİİ NEFT TURŞULARININ QARIŞIQ DİEFİRİ – SƏMƏRƏLİ PLASTİFİKATOR KİMİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə18/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   14   15   16   17   18   19   20   21   ...   579
magistr2021 3 2

TƏBİİ NEFT TURŞULARININ QARIŞIQ DİEFİRİ – SƏMƏRƏLİ PLASTİFİKATOR KİMİ 
 
Bağırova M.N. 
Azərbaycan Milli Elmlər Akademiyasının Neft-Kimya Prosesləri İnstitutu 
E-mail: 
minabagirova42@gmail.com
 
Polivinilxlorid (PVX) istehsalının inkişafı ilə əlaqədar olaraq onların elastikliyi üçün yüksək və aşağı 
temperatura davamlı, keyfiyyətli, zəhərli olmayan səmərəli, universal plastifikatorların istehsalatda 
çeşidlərinin az olması və onların praktiki cəhətdən qeyri-səmərəli üsulla alınması kimya sahəsinin aktual 
problemlərindəndir. 
Aktuallığı nəzərə alaraq, tezisdə qarşıya qoyulan məqsəd - müasir tələblərə cavab verən, tərkibində 
fərqli fuksional qruplar saxlayan mürəkkəb efirlərin tullantısız üsulla birbaşa sintezi, xassələrinin 
öyrənilməsi və polivinilxloridə plastifikator kimi tətbiqinin araşdırılmasıdır. 
Plastifikator istehsalı təşkilində yuxarıda göstərilən mövcud tələbat sahəsindəki boşluğu qismən 
doldurmaq və onların çeşidlərinin artırılması məqsədi ilə laboratoriya şəraitində etilenqlikol (EQ), təbii neft 
turşuları (TNT) və kapron turşusu xammal kimi götürülməklə əlverişli üsulla etilenqlikolun qarışıq diefiri
sintez edilmiş, xassələri öyrənilmiş və fiziki-kimyəvi göstəriciləri təyin olunmuşdur. Etilenqlikolun TNT və 
kapron turşusu əsasında qeyri-simmetrik diefiri 80-140
o
C temperatur intervalında, katalizatorun miqdarı 
0,6-1,6 % kütlə (turşuya nəzərən) götürülməklə komponentlərin 2:1,1-1,6 mol nisbətində sintez edilmiş və 
optimal şərait (T,°C=110-120, turşu:spirt – 2:1,3-1,5 mol, ZnO - 0,8-1.5 % kütlə (turşuya nəzərən ) 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
15 
seçilmişdir.
Etilenqlikolun TNT və kapron turşusu əsasında qeyri-simmetrik diefirinin sintezi aşağıda 
göstəriımişdir: 
- qarışdırıcı, termometr, Din-Stark suayırıcısı ilə təchiz olunmuş kolbaya 40,3q (0,65 mol) EQ, 119,5 q (0,5 
mol) TNT, 58 q ( 0,5mol) kapron turşusu, 2,1 q (0,03mol) texniki-ZnO katalizatoru, 154 q (1,8 mol) 
toluol yüklənmiş və reaksiya 3,3 saat davam etdirilmişdir. Efirləşmə prosesi qurtardıqdan sonra reaksiya 
məhsulu katalizatordan təmizlənərək təzyiq altında qovulmuş,fraksiyalara ayrılmış və fiziki-kimyəvi 
göstəriciləri – qovulma temperaturu 190-240
o
C/ 10,64∙10
-4
MPa, turşu ədədi - 0,5-0,7 mq KOH/q, 
sabunlaşma ədədi – 298 mq KOH/q, kin.özlülük -16,280 mm

/san, 20°C, n
D
20
-1,4568, ρ
4
20
- 0,9800 təyin 
edilmiş və çıxım 91,0 % təşkil etmişdir.
Sintez edilmiş efirin İQ-spektri Almaniyanın BRUKER firmasının istehsalı olan “ALPHA” İQ-Furye 
spektrometrində çəkilmişdir. 1740 sm
-1
tezlikli xətlər C=O əlaqəsinin varlığını əks etdirir ki, bu da
mürəkkəb efirin tərkibinin doğruluğuna bir daha zəmanət verir. 
Alınmış mürəkkəb efirin fiziki-kimyəvi göstəriciləri plastifikatorlara məxsus göstəricilərə uyğun 
gəldiyi üçün həmin efirin laboratoriya şəraitində PVX-ya qarışması öyrənilmişdir. 
Maddənin yüksək molekullu birləşmələri özündə həll edə bilməsi onun tam mənada plastifikasiya 
təsirinə malik olmasına, onda plastifikatora məxsus keyfiyyətlərin bütünlükdə mövcud olacağına zəmanət 
vermir. Həmin maddənin polimerə birgəliyə uyğunlaşma qabiliyyətinin olması, onun praktiki olaraq bir 
plastifikator kimi yarayacağının başlıca göstəricisi hesab edilir. Plastifikatorun polimerə qarışmasında 
temperaturun rolu böyükdür. Temperatur qarışma həddini ya azaldır, ya da artırır. Qarışma həddi polimer 
məmulatında “tərləmə” adlanan göstəricinin meydana çıxması ilə xarakterizə olunur. Plastifikatorun 
polimerlə birgəliyə uyğunlaşmaması, adətən, tərləməyə səbəb olur. Tərləməyə təsir edən faktorlardan biri də 
polimer-plastifikator qarışığının nisbətidir. Qarışma həddi, həmçinin efirlərin kimyəvi quruluşundan da 
asılıdır. Plastifikatorun molekul kütləsi böyüdükdə, onun polimerlə molekulyar quruluşa, yəni paçka arası 
quruluşa daxil olması çətinləşir və bu da plastifikatorun polimerdə təsir həddini məhdudlaşdırır. 
Plastifikasiya edilən nümunələrin qırılmaya davamlılıq dərəcəsinin zəifləməsi və nisbi uzunluqların artması 
həmin birləşmələrin plastifikasiya effektinin yüksək olmasını söyləməyə haqq verir [1].
Etilenqlikolun TNT və kapron turşusu əsasında sintez edilən qeyri-simmetrik diefirinin polivinilxlorid 
ilə qarışma həddini təyin etmək məqsədilə efirin miqdarı tədricən 30 kütlə hissədən 70 kütlə hissəyə qədər 
qaldırılır. 100 hissə polivinilxloridə 30-70 kütlə hissə efir, 1 kütlə hissə stabilizator (kalsium stearat) əlavə 
edib qarışdırılmaqla kompozisiyalar hazırlanmışdır. Müqayisə məqsədilə etalon olaraq həmin miqdar 
dioktilftalatla (DOF) və dioktiladipinatla (DOA) kompozisiyalar hazırlanmışdır. Bu kompozisiyalar 65
o
C, 
75
o
C, 85
o
C-də temperaturdan asılı olaraq 3-6 saat müddətində termostatda saxlanılmış və kompozisiyalar 
termostatdan çıxarıldıqdan sonra otaq temperaturuna qədər soyudulmuş, 12 saat müddətində filtr kağızı və 
0,5 kq yük altında saxlanılmış və filtr kağızında ləkə qoymayan kompozisiyalar optimal olaraq 
götürülmüşdür. Tədqiqatların sonunda müəyyən edilmişdir ki, sınaq efirlərinin qarışma həddi 75
o
C-də 6 saat, 
etalon plastifikatorlarınınkı isə 7 saat olmuşdur [2, 3]. 
Sintez edilmiş qarışıq diefirin alınma üsulunun, fiziki-kimyəvi göstəricilərinin və qarışma həddinin (40 
kütlə hissə) sənaye miqyaslı plastifikatorlardan əlverişli olması həmin efirin polimer materiallarında səmərəli 
plastifikator kimi istifadəsinə təminat verir. Təbii neft turşularının qarışıq diefirlərinin perspektivliyini nəzərə 
alaraq gələcəkdə də bu istiqamətdə elmi-tədqiqat işlərinin davamı məqsədəuyğundur. 
Ədəbiyyat 
1. Minsker K.S/ The chemistry of chloride – containg polymers: Degradation stabilization, syntheses. 
New Horizones: Vova Sci. publ., Inc., Commack, USA, 2000, 200 p. 
2. Н.Ф.Садиева, Г.Г.Насибова, С.А.Искендерова, Э.Б.Зейналов, Ш.Н.Асадова.Эффективные 
пластификаторы для поливинилхлорида / / Пластические массы, 2018, № 3- 4, стр. 17-19,
3. N.F.Sədiyeva, N.N.Babanlı, S.A.İsgəndərova, L.M.Əfəndiyeva, G.Q.Nəsibova. ZnO 
katalizatorunun iştirakı ilə dietilenqlikolun qarışıq diefirinin sintezi və tətbiqi / Ümummilli lider Heydər 
Əliyevin anadan olmasının 96-cı il dönümünə həsr olunmuş “Müasir təbiət və iqtisad elmlərinin aktual 
problemləri” beynəlxalq elmi konfransı, I hissə, 02-03 may, 2019, səh. 256 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə