Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə14/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   10   11   12   13   14   15   16   17   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
11 
Mineral sularda qazlardan karbon qazı, hidrogen sulfid, azot, metan, hidrogen, eləcə də radioaktiv 
mənşəli qazlar - helium, argon, radon müəyyən edilmişdir. Qazlar insan orqanizmindəki fizioloji prosesləri 
aktivləşdirir. Radon tərkibli sular iltihab əleyhinə təsir göstərir, hüceyrə membranlarının keçiriciliyini 
azaldır, tiroid vəzinin funksiyasını azaldır. Karbon qazı, hidrogen sulfid, radon tərkibli sular həzm 
orqanlarının funksiyalarını stimullaşdırır. Cədvəl 1-də əsas kimyəvi elementlərin xüsusiyyətləri təqdim 
olunur.

Cədvəl 1. Əsas kimyəvi elementlərin xüsusiyyətləri
 
Kimyəvi element 
Xüsusiyyətləri 
Kalsium 
Ürək əzələsinin yığılma sürətini gücləndirə bilir, immuniteti artırır, iltihab 
əleyhinə təsir göstərir, bədəni susuzlaşdırır, sümüklərin böyüməsinə təsir edir, 
möhkəmliyini artırır 
Maqnezium 
Qanda xolesterinin səviyyəsini azaldır, sinir sisteminə faydalı təsir göstərir, baş 
ağrısı və migrenlərdə kömək edir, ürək və tənəffüs orqanlarının fəaliyyətini 
dəstəkləyir 
Xlorid 
Suya duzlu dad verir. Mədənin sekressiyasını stimullaşdırır. Xlor böyrəklərin 
ifrazat funksiyasına təsir göstərir. 
Sulfat 
Öd yollarının ödqovucu funksiyasını artırır. 
Hidrokarbonat 
mədənin sekressiya fəaliyyətini stimullaşdırır 
Kalium, natrium 
bədənin toxuması və toxumaarası mayelərində lazımi təzyiqi tənzimləyir. 
Kalium ürək və mərkəzi sinir sistemindəki dəyişikliklərə təsir göstərir 
Dəmir 
dəmir hemoglobinin strukturuna daxil olur: onun çatışmamazlığı anemiyaya 
gətirib çıxarır. 
Bor 
Piylənməyə səbəb olur, bununla əlaqədar borlu suların içilməsi piylənməyə 
meylli olan insanlara tövsiyə edilmir. 
Mineral suların tərkibində həyati vacib mikroelementlərdən sink, selen, mis, alüminium, litium, 
berilyum, nikel, kobalt və digərləri də mövcuddur. 
Mineral suların tərkibindəki müxtəlif fizioloji cəhətdən əhəmiyyətli komponentlərin geniş çeşidi, bu 
məhsulların həzm orqanlarının, ürək-damar və sinir sisteminin müxtəlif xəstəliklərində, maddələr mübadiləsi 
proseslərin pozuntularında istifadə edilməsinə imkan verir.
Müalicəvi süfrə suları masa içkisi kimi də istifadə edilə bilər, bir şərtlə ki, su-duz mübadiləsində 
yarana biləcək pozulmalar səbəbindən ehtiyatlı olmaq mütləqdir. Süfrə mineral sularını funksional 
maddələrin aşağı tərkibi səbəbindən funksional içkilərə aid etmək mümkün deyil, lakin bəziləri qaraciyər, 
böyrək və s. orqanlara faydalı təsir göstərmək, su duz mübadiləsini yaxşılaşdırmaq xüsusiyyətinə malikdirlər. 
Mineral suların keyfiyyətini formalaşdıran amillərə xammal və istehsal prosesləri daxildir. Əsas 
amil xammal, xüsusən təbii mənbəyin yerləşdiyi yerdir. Fərqli mineral suların təbii mənbələri müxtəlif 
dərinliklərdə yerləşir. 
Mineral su istehsalı əməliyyatları: mədən (yumşaldılma), daşınma, emal edilmə (filtrləmə), 
soyudulma, distrilizasiya, karbon qazı ilə doydurulma, qablaşdırılma (tökülmə) mərhələləri ilə aparılır. Bu 
ardıcıllıq çox aydın şəkildə mineral süfrə sularının istehsal prosesləri izah edir.
Filtrasiya böyük və xırda dispers qum və qatışıqları təmizləmək üçün asbest-selüloz və keramik 
filtrlər vasitəsilə aparılır. Soyutma prosesi 4 - 10°S temperatura qədər aparılır. İlk öncə yüksək istilikli 
termal suları əvvəlcə 20°S-yə və sonra 40°S-ə qədər soyudurlar. 
Soyudulma mineral suların daha yaxşı karbon qazı ilə doydurulması və mikrobioloji proseslərin 
qarşısının alınması üçün lazımdır. Lakin, aşağı temperaturda, mineral duzların həll olması azalır və çöküntü 
əmələ gələ bilir. Nəticədə, suyun minerallaşması, onun müalicəvi dəyəri azalır. 
Mineral suların zərərsizləşdirilməsi mikrofloranı qeyri-reagent və ya reagent metodla məhv etməyə 
əsaslanır. Birinci üsulda, mineral sular ultrabənövşəyi şüalarla, ikinci üsulda - gümüş sulfat və ya natrium 
hipoklorid məhlulu ilə emal olunur. Tərkibində 10 mq/l-dən 60 mq/l-dək dəmir olan mineral suları emal 
edərkən içərisinə askorbin və ya limon turşusu əlavə olunur ki, bu dəmirin butılkada şöküntü əmələ 
gətirməsinin qarşısını alır.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə