|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
276
Peyk uçuş istiqaməti boyunca Yer kürəsini şaquli şəkildə, nadirə doğru skanerləyir. Cihaz Yerin
səthində 185 km enində bir zolağı əhatə edir. Çəkiliş dörd spektral zonada, (mkm) aparılır: 1. 0,50 – 0,60
(yaşıl); 2. 0,60 – 0,70 ( qırmızı); 3. 0,70 - 0,80 (yaxın infraqırmızı); 4. 0,80 - 1,10 (yaxın infraqırmızı).
Ərazinin ayırdetməsi optik diapazon üçün 80 m, yaxın infraqırmızı diapazon üçün isə 240 m–dir.
Təsvirin miqyası 1:400 000 –dir.
Landsat peyk avadanlığı ilk növbədə Yerin təbii ehtiyatlarını öyrənmək üçün nəzərdə tutulub. Bu
məsələlərə xüsusən kənd təsərrüfatı və meşə təsərrüfatı məsələlərinin həlli, geoloji xəritəçəkmə, faydalı
qazıntı yataqlarının axtarışı və kəşfiyyatı, ərazilərin məkan planlaşdırması aiddir. Bu peyklərdən alınan
məlumatlar həmçinin okeandakı prosesləri öyrənmək üçün də uğurla istifadə olunur. Bu məqsəd üçün əsasən
üç kanalın kompozitlərindən istifadə olunur. Bunlar aşağıdakılardır: 1. R: 0,630 – 0,690 mkm ( 3 –cü kanal );
2. G: 0,525 – 0,605 mkm ( 2 –ci kanal ); 3. B: 0,450 – 0,515 mkm ( 1 –ci kanal ).
Kanalın
nömrələri
Spektral
diapason, mkm
Ümumi baxış
zolağının eni, km
Çəkilişin
dövrü, sut.
Radiometrik
ayırdetmə (bit)
Fəza
ayırdetməsi
3
0,63 – 0,69
185
16
8
30
4
0,75 – 0,90
185
16
8
30
5
1,55 – 1,75
185
16
8
30
6
10,4 – 10,5
185
16
8
120
7
2,09 – 2,.35
185
16
8
30
Qarşıya qoyulmuş vəzifələrdən asılı olaraq, şəkillər spektral kanalların birləşmələrinin fərqli şərhləri
ilə tərtib olunur.
Spektrin görünən diapazonunda yüksək məkan ayırdetməsinə malik olan peyk cihazlarının əksəriyyəti
dəniz tədqiqatları üçün uğurla istifadə edilə bilər. İlk növbədə güclü məkan dəyişkənliyi səbəbindən yüksək
məkan ayırdedilməsinin tələb olunduğu sahil zonasında.
Landsat-3, -4, -5 peykləri yer səthinin çəkilişini təmin edən iki növ skanerlə təchiz edilmişdir. Bu
cihazlar yer səthinin təsvirlərini fərqli məkan və spektral ayırdetmə ilə təmin edir. 1972-ci ildən bəri mövcud
olan MSS məlumatları ( fəza ayırdetməsi 80 m ) və TM məlumatları (fəza ayırdetməsi görünən, yaxın və orta
infraqırmızı 30 m, istilik diapazonunda 120 m ).
Dostları ilə paylaş: |
|
|