Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
278
yığım zamanı havaların yağmurlu keçməsi, oktyabr, noyabr aylarında yağıntının
normadan bir neçə dəfə
artıq olması səbəbindən məhsuldarlıq az olmuş, istənilən nəticə əldə olunmamışdır. Su mənbələri Göyçay
çayı,Türyançayın qolu olan Qarasu çayı və Yuxarı Şirvan kanalıdır. Baş Şirvan kollektoru Ucar rayonunun
cənubundan keçir. Ərazidə Tuqay meşələri var. Heyvanları - canavar, çaqqal, tülkü, tarlasiçanı, qumsiçanı,
bataqlıq qunduzu, quşları turac, qırqovul və sairdir.
Ucar rayonu barədə “Aqrar Tədqiqatlar Mərkəzinin” təqdim etdiyi statistikaya əsasən 2008-ci ildə 194
ha ərazidə dən üçün qarğıdalı bitkisi becərilib və 879 ton məhsul əldə edilib.Buğda üzrə isə 4006 ha ərazidə
8982 ton məhsul olub.
Mövcud qida sistemləri sanki bir yol ayrıcındadır. Qida istehsalını və istehlak qaydalarını
müasir
dövrə uyğun şəkildə dəyişdirməyə çox ehtiyac var. Fermerlərin iqlim dəyişikliyindən artan çətinliklərə
uyğunlaşmağı çətin prosesdir.Lakin,aqroekologiya uyğunlaşmanı sürətləndirəcək bir həll yolu təqdim
edir.Fermerlərin ənənəvi bilikləri ilə yeni texnologiyalardan istifadənin harmoniyası kənd təsərrüfatı üçün
müsbət haldır.Aqroekologiya iqlim dəyişmələri nəticəsində fermerlərə dəyən zərərləri və məhsulun ərsəyə
gəlməsinə tələb olunan maliyyə yükünü azaltmağa töhfə verə bilər.
Ölkə ərazisinin yalnız 54,9 %-i kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti 2915,4 min
hektarı daimi bitkilər (bağlar, üzümlüklər, tingliklər, çay plantasiyaları) otlaqlar və biçənəklər altında olan
torpaqlardır. Cəmi 1,8 milyon hektar sahə şum altında istifadə olunur. Respublika ərazisinin 18%-i
dəniz
səviyyəsindən aşağıda yerləşir. Ərazinin 39 %-ni düzənlik və ovalıqlar, 11,4%-ni meşə ilə örtülü sahələr
təşkil edir.
Ölkəmizdə torpağın əsas muhafizə problemləri eroziya, şorlaşma,
cirklənmə, bərkiməyə qarşı
mubarizə ilə bağlıdır.
Keçən əsrin 70-80-ci illərində akademik V.R. Volobuyev tərəfindən “torpaq ekologiyası” təlimi
hazırlanmışdı. Torpağın onu əhatə edən mühitlə qarşılıqlı əlaqəsini tədqiq edən“torpaq ekologiyası” təliminə
görə torpaq örtüyü mühit amillərinin (iqlim, relyef, torpaq əmələgətirən süxurlar,canlı aləm, zaman, insan
amili) təsiri altında formalaşdığından,
bu amillərin, o cümlədən antropogen amilintəsirinin güclənməsi torpaq
örtüyündə dəyişikliklərə gətirib çıxardırdı. Bu isə öz növbə-sində torpağın atribut xassəsi olan münbitliyin
dəyişməsi ilə nəticələnirdi. Buradan belə nəticə çıxırdı ki, müsbət və mənfi təsirindən asılı olmayaraq,
istənilən antropogen amil torpağın atribut xassəsi olan onun münbitliyində dəyişikliklər törədir.
Antropogen amillərin təsiri altında torpaq örtüyündə baş vermiş dəyişikliklərin uçota alınması,
qiymətləndirilməsi və neqativ proseslərin qarşısının alınmasından ötrü tədbirlər sisteminin hazırlanması
elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. Burada söhbət ilk növbədə torpağın ekologiyasını formalaşdıran
mühit amillərinin optimallaşdırılmasından və insanın təsərrüfat fəaliyyəti nəticəsində korlanmış ətraf mühitin
sağlamlaşdırılmasından gedir.Bununla bağlı olaraq XX əsrin 90-cı illərində akademik Q.Ş. Məmmədov
tərəfindən ilk dəfə olaraq “torpaqları ekoloji qiymətləndirilməsi”nin elmi-nəzəri və metodiki prinsipləri irəli
sürülmüş və ətraflı əsaslandırılmışdır. Belə bir yanaşmanın irəli sürülməsi nəzəri xarakter daşıyan “torpaq
ekologiyası” təliminin istehsalatın və praktiki ekologiyanın ehtiyaclarına uyğunlaşdırılması idi Sürətlə artan
dünya əhalisinin sayı təbii ehtiyatlara böyük təsir göstərir və artan əhalini təmin
etmək üçün daha səmərəli və
davamlı kənd təsərrüfatı istehsal sistemlərinin inkişafına təcili ehtiyac duyulur. Bu, təbii ehtiyatların çox
fərqli ola biləcək fiziki və bioloji potensialının ilkin qiymətləndirilməsinə əsaslanmalıdır. Aqroekoloji
zonalaşma (AEZ) yanaşması bu potensialın faydalı ilkin qiymətləndirməsini təqdim edir və təmsilçiliyin
regional davamlı inkişaf planlaşdırması üçün uyğun biocoğrafi miqyasda saxlanılmasını təmin edir.
İstehsalın intensivləşdirilməsi səyləri müəyyən AEZ-də sosial-iqtisadi şərtlərə uyğun metodlara və gələcək
üçün qida, yem və yanacaq ehtiyaclarını ödəmək üçün qoruma baxımından səmərəli və davamlı
istehsal
sistemlərinin təşviq edilməsinə diqqət yetirməlidir.
Qlobal qida sistemi ətraf mühit, sosial və sağlamlıq
problemləri ilə qarşı-qarşıyadır. Təbiət və ekoloji prinsiplər minilliklər boyu ailə fermerləri tərəfindən tətbiq
edilərkən, kənd təsərrüfatı son əsrdə sintetik gübrələrdən istifadə nəticəsində korlandı.Torpaq deqradasiyanın
aşağıdakı növləri vardır:
1.Fiziki (torpağın hidrofiziki xassələrinin pozulması, torpaq qatının dağılması);
2.Kimyəvi (torpaqların kimyəvi xassələrinin pozulması, qida maddələri ehtiyatının tükənməsi, təkrar
şorlaşma, toksiki maddələrlə çirklənmə);
3.Bioloji (canlı orqanizmlərin növ tərkibinin azalması, torpağın mikroflora və mikrofaunası arasındakı
balansın pozulması).
Deqradasiyanın əsas forması meşəsizləşmə, səhralaşma, duzlaşma və torpaqların eroziyaya
uğramasıdır. Kənd təsərrüfatının stabil inkişafının təmin edilməməsi, səmərəsiz suvarma və digər aqrotexniki