|
![](/i/favi32.png) Ministry of education of azerbaijan republic sumgayit state universityMagistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci ilmagistr2021 3 2Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
280
istifadə edildikdə çox miqdarda çirkab su əmələ gəlir, mineral və üzvi maddələrlə zənginləşir, həm həll
olunur, həm də dayandırılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bir çox şəhərlərdə
çirkab suların ümumi miqdarı bir nəfər üçün gün ərzində 600 litrə çatır. Bu vəziyyət hal – hazırda da
artmaqda davam edir. Nəticədə bir sıra çaylarda həll olunan üzvi maddələrin ümumi tərkibi təbii fona
nisbətdə 400% artırmaqdadır.
Ümumiyyətlə, yeraltı suların səviyyəsinin qalxması bütün şəhərdə müşahidə edilir. Lakin ərazidə
yayılmış süxurların zəif sukeçiriciliyə malik olmasına görə müxtəlif amillərin təsirindən yeraltı laylara
süzülən suların ərazidən çətin kənarlaşması bu problemi xüsusilə böyük şəhərlər üçün kəskin etməkdədir.
Böyük şəhərlərdə və ümumiyyətlə şəhər ərtafı ərazilərdə həmçinin regionlarda yeraltı suların
səviyyəsinin qalxması və əraziləri su basması – mikroiqlimin dəyişməsi, bina və tikililərdə nəmliyin artması,
sanitar şəraitin vəziyyətinin pisləşməsi , ağcaqanad və digər həşəratların artması və nəticədə əhalinin
müxtəlif növ xəstəliklərə yoluxması deməkdir. Subasma bir sıra iri sənayə müəssisələrində istehsalın
dayanmasına, torpaqların dövriyyədən çıxmasına, həmçinin istirahət zonalarının məhvinə səbəb olmuşdur.
Kommunal çirklənmənin əsas səbəbi, qeyd edildiyi kimi, bir çox şəhərlərdə və ümumiyyətlə yaşayış
məntəqələrində kanalizasiya şəbəkələrinin sutəmizləyici qurğularla kifayət qədər təmin olunmamasından
qaynaqlanır. Tullantı suları da birbaşa çaylara, dənizə, çökəkliklərə, həmçinin bu məqsədlə qazılmış şambo
və çalalara axıdılır.
Sənayenin əsas sahələrinin axıntı ( tullantı) sularında ən çox yayılmış maddələr içərisində suyun
ümumi kimyəvi tərkibinin makrokomponentləri, qazlar və üzvi maddələr iştirak edir. Xüsusilə böyük
şəhərlərdə avtomobil nəqliyyatı da hazırda yeraltı suların çirklənməsi üçün kifayət qədər böyük mənbədir.
Fikrimcə bütövlükdə ətraf mühitin və qismən yeraltı hidrosferin iri şəhərlərdəki sənaye sahələri tərəfindən
çirklənməsi yaşayış mühitini tənəzzülə uğratmaqla və əhalinin sağlamlığına zərər vurmaqla , daha kəskin
ekoloji problem olmaqda davam edir.
Xüsusilə neft emalı ilə məşğul olan şəhərlərdə neft emalı sahələri ekoloji vəziyyətə zərərli təsir
göstərməkdədir. Onlar nəinki su hövzələrinin, həmçinin yeraltı suların, eləcə də havanın çirklənmə mənbəyi
hesab olunur. Müəssisələrin axıntı suları ilə su obyektlərinə sulfatlar, xloridlər, fosfor, dəmir, ağır metallar və
bir çox kimyəvi maddələr daxil olur. Həmçinin tikinti materialları sənayesində, sellüloz – kağız sənayesinin
müəssisələri üçün axıntı suların istifadəsi problemi böyük əhəmiyyətə malikdir. Yeraltı suların kommunal və
sənaye axıntı suları ilə çirklənməsi zamanı kimyəvi çirklənmə il yanaşı olaraq istilik çirklənməsi də baş verir.
Bu da öz nğvbəsində yeraltı suların temperaturunun yüksəlməsi ilə təzahür edir. Yaranmış temperatur
anomaliyası torpaqların və aerasiya zonası süxurlarının və onların istilik rejiminin pozulmasına səbəb olur,
bu da bitki və heyvanat aləmində öz təsirini göstərir.
Ümumiyyətlə hidrogeoekologiyanın əsas məqsədi odur ki, yeraltı sulardan səmərəli istifadə edilməli
və onların ətraf mühitə zərərli təsirinin qarşısının alınması və minimuma endirilməsinə nail olunmalıdır.
Yeraltı suların çirklənməsinin qarşısının alınmasının bir neçə üsulu vardır : 1) sənaye su təchizatı ilə
bağlı olan sistemlərin və kanalizasiyanın yaradılması ; 2) axınsız texnologiya və ya çirkab suların minimal
miqdarı ilə istehsalatın tətbiq edilməsi; 3) çirkab suların təmizlənməsinin təkmilləşdirilməsi ; 4) çirkab suları
kommunikasiyasının izolya edilməsi; 5) müəssisələrdə qaz – tüstü tullantılarının ləğv edilməsi və ya
təmizlənməsi ; 6) kənd təsərrüfatı sahələrində gübrələrin və zəhərli ximikatların nəzarətli və
məhdudlaşdırılmış istifadə olunması ; 7) iqtisadi cəhətdən bəraət qazanmış təmizləmə və ləğvetmə üsulları
olmayan, xüsusilə də zərərli hesab olunan çirkab sularının etibarlı basdırılması ; 8) qrunt sularının yayıldığı
ərazilərdə ciddi təsərrüfat və tikinti fəaliyyəti qaydaları ilə mühafizə sahələrinin yaradılması.
Dostları ilə paylaş: |
|
|