Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il
281
səthinin mexaniki pozulması, münbit məhsuldar torpaq qatının itirilməsinə gətirir. Bu torpaqlar neftli
tullantılarla həm eninə, həm də dərinliyə doğru müxtəlif dərəcədə çirkləniblər.
Neft tullantəlarının bir hissəsi torpaqğın üst qatında qalır, bir hissəsi isə torpağın müxtəlif dərinliyinə
keçir. Bu isə torpağın münbitliyini çox azldır.
Abşeron yarımadasının 21,3 min hektar sahəsi rekultivasiyaya ehtiyacı olan torpaqlardır ki, bunun da
10,1 min hektarı neft və neftli axar sularla çirklənmiş torpaqların payına düşür.
Yarımadanın torpaqları neftlə çirklənmiş yüngül və orta gillicəli boz-qonur torpaqladır. Çirklənməyə
səbəb olan neft tullantılarının miqdarı çox cirklənmiş ərazilərdə 20,0%, orta dərəcədə çirklənmiş ərazilərdə
18,0-16,4%, , zəif çirklənmiş ərazilərdə isə 13,0-10,6 % təşkil edir.
Neftlə çirklənmiş torpaqların rekultivasiyası
neftin tərkibindən, çirklənmə müddətindən, torpağın
fiziki-kimyəvi və
su-fiziki xassələrindən, landşaft və iqlim şəraitindən və s. asılıdır.
5-10 %-dən artıq neftlə çirklənmiş sahələrdə əsaslı rekultivasiya tədbirləri həyata keçirilməmişdən
əvvəl, qalıq neft məhsullarının sahədən çıxarılması ilə bağlı işlər yerinə yetirilməlidir.
Çirklənmə dərəcəsi 10-20 % olan sahədə kanallar (kollektorlar) çəkilir, kanal arası
sahələrdə şaquli
vurulmuş borulardan torpağa yüksək yuyucu qabiliyyətinə malik maddələr yeridilir.
Neft və neft məhsulları ilə çirklənmiş torpaqların sağlamlaşdırılması üçün müasir dövrdə mexaniki,
bioloji, kimyəvi, termik və biotexnoloji üsullar tətbiq olunur.
Mexaniki rekultivasiya. Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq
yuma sexinə
daşınılır. Sexdə torpağın yuyulması üçün vidroələklərdən, hidrosiklonlardan,
buxar qurğusundan,
nasoslardan istifadə olunur. bu proses müxtəlif mərhələlərdə gedir. Təmizlənmiş torpaq sexdən sahəyə
qaytarılır yayılır.
Bioloji rekultivasiya. Torpaqda neftlə çirklənmə 5-7%-dən artıq olduqda
mexaniki rekultivasiya
işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin həyata keçirilməsi məsləhət görülür.
Kimyəvi rekultivasiya. Neftlə çirklənmiş torpaqların kimyəvi rekultivasiyasına torpağa yüksək aktivli
absorventlərin, əhəngin, natrisulfatın, dəmir oksidin, üzvi və mineral gübrələrin və gipsin verilməsilə
əlaqədar aparılan işlər daxil edilir. Bu yolla torpaq qatının neftdən təmizlənilməsi
tədbirlərinin səmərəsi
reagentlərin və ekotoksikanların reaksiya xüsusiyyətlərindən çox asılıdır.
Dostları ilə paylaş: