Ministry of education of azerbaijan republic sumgayit state university


ABŞERON RAYONU ƏRAZİSİNDƏ NEFTLƏ CİRKLƏNMİŞ BOZ-QONUR



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə334/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   330   331   332   333   334   335   336   337   ...   579
magistr2021 3 2

ABŞERON RAYONU ƏRAZİSİNDƏ NEFTLƏ CİRKLƏNMİŞ BOZ-QONUR 
TORPAQLARIN REKULTİVASİYASI 
 
Cabbarov H.E. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
 
Abşeron yarımadası 200 ilə yaxın tarixi olan neftçıxarma rayonudur. Vaxtı ilə müasir neftçıxarma 
texnologiyasının olmaması, ətraf mühitin mühafizəsinin ən sadə tələblərinə belə riayət edilməməsi 
yarımadada çoxlu neft və neft məhsulları ilə çirklənmiş torpaq sahələrinin yaranmasına səbəb olub. Neft 
yataqlarının istismarı zamanı torpaqların münbit qatı deqradasiyaya məruz qalıb. Bunun nəticəsində torpaq 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
281 
səthinin mexaniki pozulması, münbit məhsuldar torpaq qatının itirilməsinə gətirir. Bu torpaqlar neftli 
tullantılarla həm eninə, həm də dərinliyə doğru müxtəlif dərəcədə çirkləniblər. 
Neft tullantəlarının bir hissəsi torpaqğın üst qatında qalır, bir hissəsi isə torpağın müxtəlif dərinliyinə 
keçir. Bu isə torpağın münbitliyini çox azldır.
Abşeron yarımadasının 21,3 min hektar sahəsi rekultivasiyaya ehtiyacı olan torpaqlardır ki, bunun da 
10,1 min hektarı neft və neftli axar sularla çirklənmiş torpaqların payına düşür.
Yarımadanın torpaqları neftlə çirklənmiş yüngül və orta gillicəli boz-qonur torpaqladır. Çirklənməyə 
səbəb olan neft tullantılarının miqdarı çox cirklənmiş ərazilərdə 20,0%, orta dərəcədə çirklənmiş ərazilərdə 
18,0-16,4%, , zəif çirklənmiş ərazilərdə isə 13,0-10,6 % təşkil edir.
Neftlə çirklənmiş torpaqların rekultivasiyası neftin tərkibindən, çirklənmə müddətindən, torpağın 
fiziki-kimyəvi və su-fiziki xassələrindən, landşaft və iqlim şəraitindən və s. asılıdır.
5-10 %-dən artıq neftlə çirklənmiş sahələrdə əsaslı rekultivasiya tədbirləri həyata keçirilməmişdən 
əvvəl, qalıq neft məhsullarının sahədən çıxarılması ilə bağlı işlər yerinə yetirilməlidir.
Çirklənmə dərəcəsi 10-20 % olan sahədə kanallar (kollektorlar) çəkilir, kanal arası sahələrdə şaquli 
vurulmuş borulardan torpağa yüksək yuyucu qabiliyyətinə malik maddələr yeridilir.
Neft və neft məhsulları ilə çirklənmiş torpaqların sağlamlaşdırılması üçün müasir dövrdə mexaniki, 
bioloji, kimyəvi, termik və biotexnoloji üsullar tətbiq olunur.
Mexaniki rekultivasiya. Bu üsulda neftlə çirklənmiş torpaq qatı sahədən çıxarılaraq yuma sexinə 
daşınılır. Sexdə torpağın yuyulması üçün vidroələklərdən, hidrosiklonlardan, buxar qurğusundan
nasoslardan istifadə olunur. bu proses müxtəlif mərhələlərdə gedir. Təmizlənmiş torpaq sexdən sahəyə 
qaytarılır yayılır. 
Bioloji rekultivasiya. Torpaqda neftlə çirklənmə 5-7%-dən artıq olduqda mexaniki rekultivasiya 
işlərindən sonra sahədə bioloji rekultivasiya tədbirlərinin həyata keçirilməsi məsləhət görülür.
Kimyəvi rekultivasiya. Neftlə çirklənmiş torpaqların kimyəvi rekultivasiyasına torpağa yüksək aktivli 
absorventlərin, əhəngin, natrisulfatın, dəmir oksidin, üzvi və mineral gübrələrin və gipsin verilməsilə 
əlaqədar aparılan işlər daxil edilir. Bu yolla torpaq qatının neftdən təmizlənilməsi tədbirlərinin səmərəsi 
reagentlərin və ekotoksikanların reaksiya xüsusiyyətlərindən çox asılıdır. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   330   331   332   333   334   335   336   337   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə