Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə342/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   338   339   340   341   342   343   344   345   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
288 
QARABAĞ MÜHARİBƏSİNDƏ KİMYƏVİ SİLAH İSTİFADƏSİNİN NƏTİCƏLƏRİ 
 
Əliyeva R.A.
Azərbaycan Dövlət İqtisad Universiteti 
E-mail: 
Rahila031099@gmail.com
 
 
Zəfərimizlə sonlandırılan Vətən müharibəsi kimi adlandırdığımız İkinci Qarabağ müharibəsində 
bədnam ermənilər hər cür yola ət atdıqları kimi kimyəvi silahlardan da istifadə edirdilər.Bunlardan ən əsası 
isə fosforlu bomba olmuşdur. Araşdırmalarıma görə, Ermənistanın fosforlu bombalardan istifadə etməsi ilk 
deyildi. Belə ki, Ermənistan ordusu 2016 - ci ildə hələ atəşkəs olduqda belə Tərtər rayonunun Əskipara 
kəndinə mülki əhaliyə fosforlu bomba atmışdır. Növbəti dəfə isə 2020-ci ilin oktyabr ayının 8-də 122 
millimetrlik tüstülü top mərmisi Fizuli rayonuna atıldı. Atılan top mərmisinin tərkibində ağ fosfor vardı. 
Ermənistan bunu həm Azərbaycan ordusuna ziyan vurmaq həm də kütləvi meşə yanğınları yaradaraq ekoloji 
təhlükə yaratmaq üçün edirdilər.
Ümumiyyətlə, kimyəvi tərkibdə olan ağ fosforlu hərbi sursat qadağan edilmiş silahlar sıyahısındadır. 
Fosfor təbiətdə 3 cürdür. Qırmızı,ağ və qara fosfor. Ağ fosfor özü zəhərli olur. Əsasən bombalarda ağ 
fosfordan istifadə olunur.
Ağ fosforlu bombalardan ilk dəfə 2-ci Dünya Müharibəsində Almaniya istifadə etmişdir. Ağ fosfor 
kütləvi yanğına səbəb olur. Çünki bu zaman ağ fosfor oksigen ilə birləşir və istilik 1000 dərəcəni keçir. 
Yanğın isə uzun müddət davam edir. Fosfor oksigenlə olan təmasını bitirdikdən sonra yanğın dayanır. Ağ 
fosfor insan orqanizminə də çox böyük təsir etdiyi üçün düşmən tərəf bunu mülki əhaliyə bilərək atmışdır. 
Ağ fosforlu bombalardan istifadə zamanı insan tələfatı riski çoxdur. Bunun təsirindən insan bədənində 
yanıqlar əmələ gəlir və dəri soyulur.Bu isə dəhşətli yaraların olmasına səbəb olur. Həmçinin fosfor təyinatlı 
silahların istifadəsi düşmənin hərbi hissələrinin gizləndiyi həmin hərbi obyektdən çıxarılması üçün istifadə 
edilir. Hətta yanğının güclü təsirindən düşmənin hərbi qüvvəsi gizləndiyi yerdən çıxmağa məcbur qalır. Bu 
bombaların qəlpələri isə hətta suyun içində belə sönmür. 
Araşdırmalarım əsasında öyrəndim ki,bu kimyəvi tərkibdə olan silahlardan istifadə etmək qadağandır. 
Qadağan edilməsi ilə əlaqədar isə müxtəlif beynəlxalq sənədlər və qərarlar qəbul edilmişdir. Bununla bağlı 
ilk qərar 1868-ci ildə Sankt-Peterburq deklarasiyasi oldu. Bundan sonra isə 1949-cu ildə Cenevrə 
konvensiyaları və 1977-ci ildə bunlara qəbul edilmiş əlavə protokollar imzalandı. Bu protokollara 
görə,həddən çox ziyan vurduğu hesab edilə bilən silahların konkret növlərinin istifadə olunması qadağan 
edilməsi və ya müəyyən məhdudiyyət qoyulması barədə qərarlar verilmişdir.
Sənədlərdə həmçinin qeyd olunub ki, istənilən bir şəraitdə mülki əhaliyə və mülki şəxslərə və ya mülki 
obyektlərə qarşı yandırıcı silahdan istifadə etməklə hücum qadağan edilir. Yandırıcı silahın, ələxüsus ağ 
fosfor və digər yandırıcı maddələrlə istifadəsinin necə reaksiyada olduğunu başa düşmək üçün bu silahın 
istifadəsindən sonra nəticədə alınmış yaraların fotolarına baxmaq hərşeyə kifayət edir.
Yaxın vaxtlarda baş verən müharibələr vaxrtı ağ fosforlu bombadan Suriyada Əsəd rejimi tərəfdən 
istifadə olunduğu məlum oldu. Əsəd hissələri İdlib vilayətini bomba yağışına tutdu. Şərqi Qutada da belə tip
bombalardan istifadə etdiyi deyilirdi.Lakin bütün bunlara baxmayaraq, bədnam erməni silahlı bölmələri 
beynəlxalq konvensiyalarla qadağan olunmuş hərbi sursatlardan, kimyəvi tərkibdə olan silahlardan 
Azərbaycana, onun mülki əhalisinə və obyektlərinə qarşı istifadə etməkdə hələ də davam edir.
ANAMA - Azərbaycan Respublikası Ərazilərinin Mınalardan Təmizlənməsi üzrə Milli Agentliyə 
Ağcabədi, Ağdam, Bərdə, Beyləqan,Tərtər və Fizuli rayonu ərazilərində mərmi və qəlpələrin aşkar olunması 
barədə müraciətlər edildi.
Beləliklə 25 çağırışın əsasında agentliyin mobil əməliyyat qrupları Ağcabədi rayonunun Minəxorlu
Ağdamın Əfətli kəndləri, Bərdə və Füzuli rayonunun Alxanlı kəndi, Tərtərin Köçərli, Qazyan, Səhləbad və 
Yenikənd kəndləri bunlardan başqa, Ə.İsmayılov, H.Aslanov kimi ərazilərində Daxili İşlər Nazirliyinin 
əməkdaşları ilə birlikdə bir çox operativ əməliyyat çıxışı həyata keçirilib. Bir çox əməliyyatlar nəticəsində 
122 millimetrlik ağ fosfor tərkibli top mərmisi iki ədəd, 300 millimetrlik raket bir ədəd və 25 ədəd mərmi 
qalıqları aşkar edilmiş və bunlardan 122mm-lik ağ fosfor top mərmisi və 300mm – lik olan raket 
zərərsizləşdirilmişdir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   338   339   340   341   342   343   344   345   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə