Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə340/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   336   337   338   339   340   341   342   343   ...   579
magistr2021 3 2

 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
286 
QARABAĞIN DAĞƏTƏYİ ZONASINDA İŞĞALDAN AZAD OLUNAN TORPAQLARIN 
ÇİRKLƏNMƏSİ, POZULMASI VƏ DEQRADASİYASI 
 
Ələsgərova Ü.İ. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
E-mail: 
ulkeralesgerova@gmail.com
 
 
Hər bir ölkənin ən vacib potensial ehtiyatlarından hesab edilən torpaq həmişə dövlətlər arasında illər 
boyu problemlər,mübarizələr mənbəyi olmuşdur. Torpağın əsas xassələrindən biri onun münbitliyinin az və 
ya olmasıdır. Torpaq resurslarından səmərəsiz istifadə zamanı onun məhsuldarlığı azalır,humusunun miqdarı 
aşağı düşür və uzun müddət münbitlik itir. 
Eroziya, çirklənmə, meşələrin qırılması, şoranlaşma kimi proseslərlə yanaşı torpaqların 
deqradasiyasına həm də təbii- iqlim faktorları və antropogen aktivlik səbəb olur. Son illərdə vahid sahəyə 
düşən otlaq yükü artmış, suvarma və yağış suları ilə qida maddələrinin çıxarılması və eroziya, şoranlaşma 
səbəbindən əkin sahələrinin məhsuldarlığı azalmışdır.Nəticədə suvarılan sahələrdə məhsul məhsuldarlığı 
itmiş, su və torpaq çirklənməsi artaraq, müəyyən flora və fauna növləri də yox olmuşdur.
Torpaq ehtiyatlarının böyük bir hissəsi bu səbəblərdən səhralaşma proseslərinə məruz qalır: bitki 
örtüyünün deqradasiyası, qumların deflyasiyası,su və külək eroziyası,suvarılan torpaqların 
şoranlaşması,texnogen səhralaşma,torpağın sənaye və məişət tullantıları ilə çirklənməsi və s. 
Torpaqların çirklənməsi əsas ekoloji problemlərdən hesab edilir.Çirklənmənin bir neçə səbəbi var. 
Torpağa gübrənin çox verilməsi,torpaq ətrafında iri zavodların yerləşməsi,neft və neft məhsullarının 
çıxarılması və s. Torpaqlara normadan artıq gübrə verilirsə, oradan yetişən qida məhsullarından istifadə 
edilməsi təhlükəli hesab olunur. Çünki, gübrənin tərkibindəki zərərli maddələr insan orqanizmində müxtəlif 
xəstəliklərin yaranmasına səbəb olur. 
Plastik materialların ətraf mühitə atılması da torpağı çirkləndirən başlıca səbəblərdəndir. Həmin 
plastik materiallar torpaqda həzm olunmayaraq hissələrə ayrılır və orada uzun müddət qala bilir. 
Deqradasiya-insan fəaliyyəti və təbii proseslər nəticəsində torpaqların xüsusiyyətlərinin 
dəyişməsi,torpaq münbitliyinin aşağı düşməsi,struktur və ölçülərin pozulması deməkdir.Onun 3 növü vardır: 
kimyəvi,fiziki və bioloji.
Deqradasiya yaranmasının səbəbləri çoxdur.Bunlara misal kimi ,əkinçilik və suvarma üsullarının 
düzgün yerinə yetirilməməsi,əkin sahələrinin böyüdülməsi,böyük köçlər,ağır avadanlıqların istifadəsi zamanı 
torpağa vurulan zədələri vəs. göstərmək olar. Rəsmi məlumatlara əsasən,ölkəmizdə 43.3 faiz torpaq ərazisi 
eroziyaya uğramışdır. 
Torpağın deqradasiyası aşağıdakılarla əlaqələndirilir: suvarma suyundan səmərəsiz istifadə; kollektor 
və drenaj şəbəkəsinin çatışmazlığı; suvarılan və otlaq torpaqlarının su altında qalması; pestisidlərin və 
mineral gübrələrin bilərəkdən çox istifadəsi; lazımi meliorasiya hazırlığı olmadan yeni torpaqların istifadəsi 
və inkişafı; 
Bu amillərin hamısı torpaqda dəyişikliklərə səbəb olur, yəni, xüsusiyyətlərinin kəmiyyət və 
keyfiyyətcə pisləşməsinə, təbii və iqtisadi əhəmiyyətinin azalmasına gətirib çıxarır.. 
Torpağın deqradasiyası prosesləri bir çox ölkələrdə geniş yayılmışdır. Torpaqların deqradasiyasının 
aşağıdakı əsas problemlərini sadalamaq olar: suvarılan əkinçilik şəraitində torpaqların ikinci dərəcəli 
şoranlaşması və bataqlıqlaşması; dağlıq və dağətəyi ərazilərdə suvarma torpaqlarının eroziyası; intensiv
otlaq heyvandarlığı sahələrində otlaqların azalması; kənd təsərrüfatı və sənaye torpaqlarının inkişafı zamanı 
deflyasiya və texnogen səhralaşma; aqrokimyəvi maddələrdən istifadə edilərkən, sənaye və məişət 
tullantılarının atılması zamanı çirklənmə və torpağın məhsuldarlığının itirilməsi
Torpağın deqradasiyasının əsas nəticəsidir ki, kənd təsərrüfatı torpaqlarında məhsul yetişdirmək və ev 
heyvanlarını otarmaq üçün yararsız hala gəlir.Bütün bunların nəticəsində, əvvəlcə müəyyən bölgələrdə, sonra 
isə bütün planetdə şübhəsiz ki, aclığa səbəb olacaq qida miqdarının azalması baş verəcəkdir. 
Torpaqların deqradasiyası problemini həll etmək üçün bütün dövlətlərin və cəmiyyətlərin səylərini 
birləşdirmək lazımdır. Əvvəla, torpağın deqradasiyasının qarşısının alınması beynəlxalq hüquqla 
tənzimlənməlidir. Hər bir dövlətin torpaq ehtiyatlarının istismarını tənzimləyən qayda və qanunları vardır. 
Torpaqları qorumaq üçün eroziyaya, səhralaşmaya və digər problemlərə qarşı qoruyucu vasitələrin 
həyata keçməsi üçün tədbirlər görülür. Məsələn, meşələrin qırılmasının qarşısının alınması və əkin 
sahələrinin becərilməsi üçün torpağın istifadəsinə nəzarət tələb olunur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   336   337   338   339   340   341   342   343   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə