Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə337/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   333   334   335   336   337   338   339   340   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
283 
Ançousabənzər kilkələrin ehtiyatını artırmaq üçün aprelin 15-dən avqustun 15-dək kilkə ovunun qadağan 
olunması təklif olunur. 
Clupeonella grimnti yalnız Orta və Cənubi Xəzərdə rast gəlinir. Uzunluğu 7-150 mm, kütləsi 7,1 q 
olub, 9 ilə qədər yaşayır. Kilkələrin arasında bu nisbətən dərin sularda yaşayan növ olub, 20 m-dən az olan 
dərinliklərdə rast gəlinmirlər. Yetkin fərdlər 130 m, sürfələr isə hətta 350-450 m dərinliyə qədər miqrasiya 
edirlər. Orta və Cənubi Xəzərdə qışlayır. Kilkənin əsas kütləsi qışda suyun səthindən 60m-dən az olmayan 
dərinlikdə, yazda 20 m-dən 80 m-dək, payız da isə 50 m-dən 80 m-ə qədər olan təbəqədə yerləşir. Kilkənin 
maksimal ovlanması qışda 80-150 m, yazda və yayda isə 40- 60 m dərinliklərdə müşahidə edilir. Sutkanın 
işıqlı vaxtların da kilkənin əsas kütləsi dənizin dibində, qaranlıq vaxtlarda isə suyun üst təbəqəsində olur. 
2002-ci ildə yekəgöz kilkənin populyasiyasınm biokütləsi 94.5 min t-a qədər azalmışdır, 2004-cü ilə 
yaxın isə biokütlə 30 min t-a qədər qiymətləndirilir. 
Hazırda M.leidyi daraqlısının gəlməsi ilə əlaqədar olaraq kilkə ehtiyatının vəziyyəti böyük narahatçılıq 
doğurur. Ona görə də, Xəzər dənizində kilkələrin ümumi ovunda ildən ilə azalma müşahidə edilir. 
Orta və Cənubi Xəzərdə kilkələrin qida bazası gərgin vəziyyətdədir, çünki mezoplanktonla həm 
kilkələr, həm də daraqlılar qidalanırlar. 2002-ci ildə mezoplanktonun biokütləsi Orta Xəzərdə 17 mln.t, 
Cənubi Xəzərdə isə 5.7 mln.t ol muşdur. Bununla da payız-qış aylarında kilkələrin Orta Xəzərdə 
uzunmüddətli qalması izah olunur. 
SUALTI BORU KƏMƏRLƏRİNİN İSTİSMARI ZAMANI ƏTRAF MÜHİTİN MÜHAFİZƏSİ 
 
Daştiyev V.M

Azərbaycan Dövlət Neft və Sənaye Universiteti 
E-mail: 
dashtyv@bk.ru
 
 
Quruda çıxarılan neft ehtiyatlarının tükənmə riski çoxaldıqca dəniz şelfində olan neft ehtiyatlarına 
tələbat artmağa başlamışdır, bu da öz növbəsində yeni hidrotexniki qurğuların quyudan çıxan neftin sahil 
yığım məntəqəsinə çatdırılmasını üçün sualtı boru kəmərlərinin, boruların daşınması üçün istifadə olan 
borudüzənlərin istifadəsinə təkan verdi. Qədim zamanlarda dənizdə olan neftin daşınması üçün barj və 
tankerlərdən istifadə edilsə də, həm dənizdə olan neftə tələbatın artması, həm də istehlakçıdan istehsalçıya 
neftin təhlükəsiz nəqlini həyata keçirmək üçün sualtı boru kəmərlərindən istifadə edilməyə başlandı. 
Sualtı boru kəmərinin tikintisini üçün müasir üsullar yarandı. Təkmilləşdirilmiş qurğular, avadnlıqlar
istifadəyə verildi. Sualtı boru kəmərinin çəkilmə dərinliyi artdıqca tikinti işi çətinləşdirdi. Sualtı boru 
kəmərlərinin çəkilməsində əsas tələbat düzgün trassın seçilməsi, boru kəmərinin yatırıldığı dəniz dibi 
zonanın hamarlılığı, torpağın quruntlar mexanikası və təsirlər (külək, dalğa, axın) nəzərə alınmalıdır. 
Dəniz neft qaz quyularından və yataqlarından çıxan məhsulu dənizdən sahilə nəql etmək üçün
sualtı boru kəmərinin üstün cəhətlərinə nəzər yetirək. 
1. Sualtı boru kəmərləri ilə quyudan çıxarılan məhsulun mövsümdən asılılı olmayaraq fasiləsiz nəql 
prosesini həyata keçiməsindən, həm də məhsulun nəqlinin etibarlılıq baxımından ən əlverişli nəql üsuludur. 
2. Boru kəmərinin çəkilməsi dəniz dibinin relyefindən, süxurların quruntlar mexanikasından, dənizin
dərinliyindən, 
onların 
sahildən 
olan 
məsafəsindən 
asılı 
deyildir. 
3. Quyudan çıxan bütün məhsulları, qaz və kondensat da daxil olmaqla, nəql etmək imkanı
yaranır. 
4. Ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə proses təyziq altında olan hermetik
qurğularda 
gedir. 
5. Bir neçə kəməri kollektor vasitəsi ilə bir magistral kəmərə birləşdirməyə və ya ondan bir neçə kəmər 
ayırmağa imkan verir. 
Su altı boru kəmərləri ilə istismar zamanı ətraf mühitin çirklənməsinin qarşısını almaq məqsədilə boru 
kəmərinin keçdiyi trasa, boru kəmərlərinin möhkəmliliyinə, dayanıqlılığına, boru kəmərinin əhatə edən 
mühitin korroziya sürətini nəzərə almaq və boruların birləşmələrində hermetikliyini təmin etmək lazımdır. 
Bundan başka boru kəmərlərinin keçdiyi trayektoriyasının təhlükəsiz olmasına (dalğa, axın, külək və qruntun 
təsirləri) nəzər yetirilməlidir. 
Böyük miqdarda yanacağın dənizə tökülməsindəki ən böyük problem sahillərdə müşahidə olunur. 
Sahil səthini örtən neft qum və daşlarda yaşayan dəniz canlılarının oksigen qəbulunu mümkünsüzləşdirdiyi 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   333   334   335   336   337   338   339   340   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə