Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə336/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   332   333   334   335   336   337   338   339   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
282 
balıqlarının siyahısına daxil etmişlər. Bizim hesablama larımıza görə Xəzər dənizində 101 növ və yarımnöv 
balıq yaşayır ki, onların 19 növü siyənəklərin, 39 növü və yarımnövü isə xul balıqlarının payına düşür. 
Nektonun tərkibinə yuxarıda qeyd olunduğu kimi ilk növbədə, su qatlarında yaşayan və dənizin 
pelagik orqanizmlərilə qidalanan pelagik balıqlar, Xəzər suiti və su ilanı daxil dir. Dərin zonalarda qida 
maddələri azaldığından kilkə və kefallardan başqa digər nekton heyvanlar olmur. 
Xəzər dənizində nərəkimilər, karp balıqları, durna balığı, naxa, sarmaşcakimilər, tikan balığı, sıf, xanı 
balığı, kirpi sıfı şirinsu mənşəlidirlər. Xəzər aterinası, iynə balıq və 2 növ kefal balıqları dəniz balıqlarıdır. 
Ağ qızıl balıq, xəzər kumjası (xallı qızıl balıq və ya losos) şimal mənşəlidir 
Xəzər dənizində 29 növ və yarımnöv ixtionekton balıq tapılmışdır ki, onların arasında növlərinin 
sayına görə siyənəklər (62.1 %) üstünlük təşkil edir. 
Şimali Xəzərin balıq məhsuldarlığı dənizin başqa rayonlarından 15 dəfə yüksəkdir. Həmçinin, Xəzər 
dənizində ovlanan balıqların ümumi miqdarının təxminən 90%-i Şimali Xəzərin payına düşür. 
İxtionektonun ən iri balığı Huso husodur. Onun uzunluğu 4-5 m, kütləsi 1.5 t və ömrü 120 ilə qədərdir. 
Bölgənin populyasiyası 3 subpopulyasiyadan - kür, volqa və ural populyasiyalarından ibarətdir. Bölgə 
plankton həyat tərzi sürür. Əsasən, kilkələrlə, siyənəklərlə, xul balıqları və aterina ilə qidalanır. Dənizdə 
əsasən, 20-60 m dərinlikdə, qışda isə 130-180 m dərinlikdə rast gəlinir. Yazda əsasən sahilboyu sularda və 
Şimali Xəzərdə, yayda 2 m-dən 30 m-э qədər olan dərinliklərdə, payızda suyun temperaturunun aşağı 
düşməsi ilə əlaqədar 25-100 m dərinliyə miqrasiya edir. 
2001-ci ildə Şimali Xəzərin qərb hissəsinin Yalama sahəsi yaxınlığında ovda, 1979-1989-cu illərdən 
olan fərdlər tapılmışdır. Xudat-Yalama zonasının nərə balıqları sürülə rində nərələr (60%) üstünlük təşkil 
edir, 2-ci yeri uzunburun (33%) və 3-cü yeri isə bölgə balıqları (7%) tutur. 
2000-ci ildəki müşahidələrə görə Şimali Xəzərdə dişi bölgələrin miqdarı 1990-cı ilin əvvəlindən 2000-
ci ilə qədər 50%- dən 22.2%-ə qədər azalmışdır. Şimali Xəzərdə bölgələrin miqdarı 50 mln. ədəddən çox 
deyil. Bölgənin ümumi ehtiyatının miqdarı 105,2 min t, vətəgə ehtiyatı isə 20 min t-na qədər azalmışdır ki, 
bu da cinsi yetişkənliyə çatmamış fərdlərin faizlə sayının artması ilə əlaqədardır. Hazırda süni artırma əsa-
sında bölgənin ehtiyatı 100% qədər formalaşdırılır. 
2000-2002-ci illərdə Xəzər dənizində nərə balıqlarının sayı 5 mln. fərd artaraq 11,1 mln. fərdə 
çatmışdır. 2002-ci ildə Azərbaycanın nərə balıq ovu norması 92 t, qara kürü eksportu isə 7,7 t idi. 2003-cü 
ildə isə norma 127 t balıq və 9,1 t qara kürü olmuşdur. Rusiya üçün nərə balıq ovunun norması 429 t, qara 
kürünün miqdarı isə 30,3 t, Qazaxstan üçün müvafiq olaraq 216 t və 23,8 t, Türkmənistan üçün 56,25 t və 
5,83 t, İran üçün isə 676,41və 78,8 t kürü təşkil edirdi. 
Clupconclla cultriventris caspia dənizin bütün hissələrində, əsasən 10-60 m-lik dərinliklərdə rast 
gəlinir. Evriqalin və soyuqsevən növdür. Uzunluğu 13-149 mm, kütləsi 8 q olub, 6 il yaşayır. Orta və Cənubi 
Xəzərdə qışlayır. Qışda adi kilkənin əsas hissəsi Cənubi Xəzərin qərb hissəsində 35-100 m dərinliklərdə, 
yayda Cənubi Xəzərin qərb və şərq hissələrində 20-100 m-dək olan dərinliklərdə olur. Yazda sahilyanı 
zonalara yayılır, yayda yenidən 20-30 m-lik dərinliklərə miqrasiya edir. 
2002-ci ildə adi kilkənin ümumi ehtiyatı 439 min t, vətəgə ehtiyatı isə 327 min t miqdarında 
qiymətləndirilmişdir. 
Xəzər dənizində Mnemiopsis leidyi daraqlısı peyda olduqdan sonra, adi kilkənin ovunun azalması 
müşahidə olunmuşdur ki, bu da mnemiopsisin qidasının əsasını təşkil edən mezoplanktonun sayının və 
biokütləsinin azalması ilə əlaqədardır. 2000-2001-ci illərdə kilkələrin bütün inkişaf mərhələlərində 
dolğunluğun və kütlə ölçü göstəricilərinin azalması qeyd olunur. 
Clupeonella engrauliformis Orta və Cənubi Xəzərdə və eləcə də Şimali Xəzərin dərin zonalarında 
yaşayır. Uzunluğu 45-130 mm, kütləsi 11 q, 8 il yaşayır. Dənizdə duzluluğu 8%o-dən az olan yerlərdə 
yaşamır. Çaylara keçmir. Kütləvi miqdarda, dənizin açıq rayonlarında, dairəvi axım sahələrində, 50-200 m-
lik dərinliklərin üzərində olurlar. Dərinliyi 10 m-dən az olan dayazlıqlarda olmurlar. 
İstisevən növ olub, temperaturu 5°C-dən aşağı düşməyən sularda yaşayır. Orta Xəzərdə, 
ançousabənzər kilkələrin əsas kütləsi 15-55 m-lik dərinliklərdə, qışda 90-100 m, yazda 5 m-dən 20 m-dək və 
payızda isə 20 m-dən 60 m-dək olan dərinliklərdə olur. 
Ançousabənzər kilkələr həmçinin sutkalıq vertikal miqrasiya da edirlər. Kilkələr gecə suyun səthinə, 
gündüz isə suyun aşağı təbəqələrinə enirlər. 
2002-ci ildə məlum olmuşdur ki, 2001-ci ildə ançousa bənzər kilkələrin nəsli olmamışdır. Bu da 
onların kumulyativ taksikoz nəticəsində onların kütləvi məhv olmaları ilə əlaqədardır. 2001-ci illə 
müqayisədə 2002-ci ildə xətti-kütlə ölçüsü qismən yaxşılaşmış və onun ümumi ehtiyatı 245 min t ol muşdur. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   332   333   334   335   336   337   338   339   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə