Ministry of education of azerbaijan republic sumgayit state university


ŞƏHƏRLƏRİN HİDROGEOEKOLOJİ PROBLEMLƏRİ VƏ BU PROBLEMLƏRİN



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə332/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   328   329   330   331   332   333   334   335   ...   579
magistr2021 3 2

ŞƏHƏRLƏRİN HİDROGEOEKOLOJİ PROBLEMLƏRİ VƏ BU PROBLEMLƏRİN
HƏLLİ YOLLARI 
 
Balabəyli M.V. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
E-mail: 
Mirvaribeyler99@gmail.com
 
 
Yeraltı sular, yəni, yer səthindən aşağıda maye, qazabənzər və bərk hallarda olan bütün sular litosferdə 
yer qabığının və yerin bir planet kimi inkişafı əsasında təhlil edilir. Bununla əlaqədar olaraq hidrogeologiya 
yeraltı suların mənşəyini, vəziyyətini, xassələrini, yer qabığındakı yayılma şəraitlərini, onların hərəkəti və bir 
çox xüsusiyyətlərini öyrənir. Antropogen təsir nəticəsində yer səthinə böyük miqdarlarda, müxtəlif mənşəli 
maddələr düşür və bu maddələr orada toplanır. Onlara hər şeydən əvvəl, təbii mühitin çirkləndirici 
maddələrlə yüklənməsinin əsas hissəsini təşkil edən tullantılar ( sənaye, kommunal, nəqliyyat), həmçinin 
kənd təsərrüfatında və sənayedə istifadə olunan maddələr daxildir. Çirkləndirici maddələr, axıntı suları, 
atmosfer çöküntüləri və səth axınının bir hissəsi ilə süzülərək yeraltı sulara keçir və onların kimyəvi 
tərkibini, fiziki xassələrini dəyişir. Bütün bunlar yeraltı suların çirklənməsinin əsas səbəbidir. Yeraltı suların 
çirklənməsi onların əsas qidalanma mənbəyi olan yerüstü suların və bu qidalanmanın getdiyi zona 
süxurlarının çirklənməsinin vəziyyəti ilə əlaqədardır.
Ümumiyyətlə insan ekologiyası ilə şəhərlərin yeraltı sularının çirklənməsi problemi birbaşa əlaqəlidir. 
Problemin mahiyyəti yeraltı suların daxili su təminatının əsas mənbələrindən biri olmasıdır. Fikrimcə, hər 
şeydən əvvəl insan sağlamlığı onların keyfiyyətindən və çirklənmə dərəcəsindən asılıdır. Yeraltı suların 
çirklənməsi məişət və istehsalat çirkab sularının, bərk tullantıların anbarından və tullantılarından süzülməsi, 
kanalizasiya sistemlərində və təmizləyici qurğulardakı itkilər səbəbindən baş verir.
Təbii suların çirklənməsi şəhər ərazilərində əsasən səth axını nəticəsində baş verir. Bu növ sular ( 
onlar xüsusilə yağış və suvarma suyunun olması nəticəsində əmələ gəlir) özündə çoxlu miqdarda üzvi və 
müxtəlif növ mineral maddələri ehtiva edir. Hava çirkliliyi səbəbindən şəhər ərazisinə düşən yağıntılar kiçik 
bərk hissəciklərlə qarışıq olan duzların, turşuların, üzvi maddələrin həlli nəticəsində əmələ gəlir.
Şəhərlərin əhəmiyyətli və əsasən spesifik problemi ondan ibarətdir ki, sənaye və daxili su təchizatı 
üçün su ehtiyatlarından istifadə etməkdədir. Şəhərin ərazisindəki sənaye və məişət su təchizatı üçün su 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   328   329   330   331   332   333   334   335   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə