Ministry of education of azerbaijan republic sumgayit state university


NEFT EMALI VƏ NEFT KİMYA SƏNAYESİNDƏ ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə329/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   325   326   327   328   329   330   331   332   ...   579
magistr2021 3 2

NEFT EMALI VƏ NEFT KİMYA SƏNAYESİNDƏ ÇİRKLƏNMİŞ SULARIN TƏMİZLƏNMƏSİ 
 
Aslanova F.N. 
Sumqayit Dovlet Universiteti 
E-mail: 
feride.aslanova2016@gmail.com 
Böyük ekaloji problemlər dəniz və okeanların çirklənməsi nəticəsində baş verirdi. Mövcud olan 
məlumatlara görə hər il dünya okeanına 10 milyon ton neft axır. Sputnik və aeroçəkilişlərdən nəzarət 
nəticəsində alınan məlumatlardan bilirik ki, dəniz və okeanların 1/3 hissəsinin səthi nazik əlvan örtük ilə 
örtülüb. Bu örtük nəticəsində suyun buxarlanması 60% aşağı enir. Bununla əlaqədar suyun səthi daha çox 
qızır, atmosfer ilə su səthi arasında qaz nisbəti artır ki, bu da dəniz və okeanlarda yaşayan balıq və digər 
canlılar üçün lazım olan su qatına daxil olan kislorodun azalmasına gətirib çıxardır. Su səthinə dağılmış 1 litr 
neft məhsulu = 40 litr suyu kisloraddan məhrum edir, 1t neft isə =12 km2 okean səthini çirkləndirərək 
oradakı bütün canlıları məhv edə bilər. 
Su səthinin çirklənməsinin səbəbləri çoxdur. Çox vaxt neft su səthinə sahilyanı şelflərdən, üzən və 
stasionar qazımada neft çıxarılması zamanı axır.Digər səbəb dəniz tankerlərində baş verən qəza və 
fəlakətlərdir. Əgər əsrin əvvəlində tankerlərin tutumu 5-10 min ton olduğu halda hal-hazırda yarım milyonlu 
tutumlular dəniz və okeanlarda hərəkət edirlər. Ötən əsrdə hər il 2 milyarddan az olmayaraq yanacaq əldə 
edilir və yandırılırdı ki, buna sərf olunan kislorod dünyada yaşayan bütün insanlara sərf olunan kisloraddan 
minlərlə dəfə çoxdur. Axır minilliklərdə atmosferdəki karbonun 9% artdığı, kislorodun isə bir neçə faiz 
azaldığı müşahidə olunub. 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
277 
Axır illərdə dövlət rəhbərliyi ekologiya probleminə diqqəti artırıb.Neftmədən sahələrinin təmizliyinə 
başlanılıb, 2010-cu il isə “ekologiya ili” elan edilmişdir. 
Çıxarılma ərazisindən, neft və neft məhsulları emal sənaye müəssisələrinə magistral boru kəmərləri 
vasitəsilə nəql edilir. Xüsusi diqqət çəkən belə borularda baş verən qəzalar zamanı ətraf mühitdə, xüsusən də 
biogesenozlarda böyük dəyişiklər baş vermişdir. Çaylardan, kanallardan, göl və su ambarlarından neft boru 
xəttləri keçdikdə qəza zamanı min tonlarla neft və neft məhsulları suları çirkləndirir. Qeyd etmək lazımdır ki, 
belə borularda baş verən qəzaların əsas səbəbi xəttlərin köhnəlməsidir, belə ki, boruların 48%-dən çoxunun 
işləmə müddəti 20 ildən artıq, yalnız 7%-in işləmə müddəti isə 10 ildən azdır.
Neftin emal məhsulları saxlanılan müxtəlif ambarlar və emal müəssisələri su və qrunt sularının 
çirklənməsində mühüm rol oynayır. Neftin emalı zamanı ətraf mühiti çirkləndirən tullantılar qazlar, çirkab 
suları və texnoloji kollektorlardan axan sızmalardır. 18 Mütamadi sızmalar və qəzalar zamanı neft 
məhsullarının ətrafa dağılması nəticəsində neft emalı zavodlarının ərazilərindən və neft məhsulları saxlanılan 
anbarlardan süzülən neft məhsulları yeraltı suların və qruntların aerasiya zonasının səthlərində müxtəlif neft 
məhsullarının texnogen linzalarının formalaşmasına səbəb olur.
Yeraltı suların səthindən buxarlanan neft məhsullarının buxarları isə suxurlar arasındakı boşluqlarda 
toplanır. Təbii suların səthində və laylarda olan neft məhsullarının yerdəyişməsi onların sıxlığından, 
özlüyündən, qaynama temperaturundan, suda həll olma qabiliyyətindən, sorbsiya xüsusiyyətlərindən asılı 
olur. 
Neftin su mühitindəki hərəkətləri: Su mühitinə daxil olan neft məhsulları ilk növbədə onun səthində 
yayılaraq nazik neft pərdəsi əmələ gətirir.
Neftin suyun səthində yayılması onun tərkibindən, suyun 
temperaturundan və axma surətindən, küləyin gücündən, günəş radiasiyasından, suda həll olunmuş oksigenin 
miqdarından və onun mineral tərkibindən asılıdır. Suyun səthindəki karbohidrogen çirkləndiricilərinin 22 
miqdarının azaldılmasında əsas rolu suyun özünütəmizləmə xüsusiyyətinə malik olmasıdır. 
“Özünütəmizləmə” təbii proseslər nəticəsində tullantıların parçalanması, tərkibinin dəyişməsi və utilizasiyası 
nəticəsində suyun öz əvvəlki xüsusiyyətlərinin və tərkibinin bərpa edilməsidir. 
Hal-hazırda Dünya okeanının çirklənməsi problemi əsas problemlərdən biridir. Xəzərdən neftin 
hasilatı və müxtəlif ölkələrə daşınması məhz su xətti ilə həyata keçirildiyindən, hidrosfer təbəqəsinə müxtəlif 
xəsarətlər yetirilir. Nəticədə yüksək dərəcədə dəniz suyunun çirklənməsi, su təbəqəsinin flora və faunasına 
olunan məhv edici təsirə əsasən ondan yararlı istifadə qeyrimümkün olur. Belə olduğu halda, hidrosfer 
təbəqəsinin qorunması hal-hazırda günün aktual məsələrəindən hesab olunur və suyun təmizlənməsinin 
həyata keçirilməsi üçün səmərəli yolların araşdırılmasına gətirib çıxarır. Müxtəlif təbii və sintetik tərkibli 
sorbentlər vardır ki, onlardan suyun üzərində toplanmış neft təbəqəsinin təmizlənməsində istifadə 
olunur.Sularin temizlenmesi - ekoloji təmiz və daha effektiv istehsal prosesləri və digər texnologiyalar 
(ekoloji təmiz texnologiyalar) - ekoloji təmiz (uyğunlaşdırılmış) məhsulların istehlakı və ya istifadəsi ilə 
bağlı prosesdaxili dəyişikliklər vasitəsilə yerüstü suları çirkləndirən maddələrin və çirkab suların 
yaranmasının azaldılmasına yönəlmiş tədbirlər və fəaliyyətlər ilə baglidir. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   325   326   327   328   329   330   331   332   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə