Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə327/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   323   324   325   326   327   328   329   330   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
275 
SAHİL XƏTLƏRİNİN DƏYİŞMƏ DİNAMİKASINI ÖYRƏNƏN VASİTƏLƏR
 
Allahverdiyev Ş.Ç. 
Azərbaycan Texnik Universiteti 
E-mail: 
Shahin514allahverdiyev@gmail.com
 
Yerin, okeanın və dənizlərin səthinin ekoloji vəziyyətinin müasir monitorinqi üçün istənilən proqram 
paketinin vacib hissələrindən biri peyk monitoriniidır. Bu monitorinq yerüstü alətlər və vasitələrlə 
müqayisədə böyük imkanlara və təkzib olunmaz üstünlüklərə malikdir. 
Yer kürəsini kosmosdan müşahidə edərkən məsafədən zondlama metodlarından istifadə olunur: bu 
zaman tədqiqatçı tədqiq olunan obyekt haqqında məsafədən məlumat almaq imkanı əldə edir. 
Landsat 5 peyki (şəkil) , Landsat proqramı çərçivəsində beşinci olan Amerikanın (NASA) Yerdin 
məsafədən zondlama peykidir. 
Bu peyk Landsat 4 peykinin tam bir sur’tini təmsil edir. Eyni alətlərdən istifadə edir - Tematik Mapper 
(TM) və Multi-Spectral Scanner (MSS). 
Landsat-5, Landsat-4 peykinin sıradan çıxması halında ehtiyat olaraq hazırlanmışdır. Ehtiyat özü
əbəs 
deyildi. İstifadəyə verilən Landsat-5 əvvəlki peykin göyərtəsindəki nasazlıqlar artıq nəzərə alınmaqla 
modernləşdirilmişdir. 
Orbitin hündürlüyü 705 km, orbitin özü isə dairəvi, günəş sinxrondur. Meyl bucağı 98,2 dərəcədir. 
Yer planetinin bütün səthinin baxışı 16 tam sutka təşkil edirdi. 
Şəkil. Landsat - 5 
Landsat 5 peyki, 1 Mart 1984-cü ildə Delta-3910 daşıyıcı- raket vasitəsi ilə orbitə çıxarıldı. Landsat 5 
peykinin istismarı yalnız 2007-ci ildə dayandırılmışdır. Beləki, batareya təghizatı sıradan çıxmişdır. 2008-ci 
ilin mart ayının əvvəlində peyk yenidən bəzi məhdudiyyətlərlə fəaliyyət göstərməyə başladı. Peyk 24 ilə 
qədər orbitdə olmuşdur. Bu o zamanlar üçün artıq bir rekord idi. 21 dekabr 2012-ci ildə peykin istismsrı 
dayandırıldı. Landsat 5 peyki istismar zamanı bir neçə dəfə zədələnmiş, lakin təmirdən sonra yenidən istifadə 
edilmişdir. 2012-ci ilin dekabr ayında cihaz zədələndi. Bu səbəbdən giroskoplardan biri fəaliyyətini 
dayandırdı. Giroskopu bərpa etmək mümkün deyildir. Peyk üç giroskopla təchiz olunsa da, düzgün işləmək 
üçün ikisi lazım idi. Ümumilikdə isə yalnız biri işlək vəziyyətdə idi.
Artıq qeyd edildiyi kimi, Landsat 5 peykində Thematic Mapper (TM) və Multi-Spectral Scanner 
(MSS) adlı iki cihaz istifadə olunur. 
TM (Tematik Mapper) çox spektral optik-mexaniki skaner edici radiometridir. Bu cihaz Yerin bütün 
səthində ümumi təyinatlı çox məqsədli çəkilişlər aparır. MSS cihazında olduğu kimi, optik oxun şaquli 
istiqaməti ilə Yer üzünü skanerləyir. Ərazidə görüş eni 185 km, yeddi spektral zona, mkm (cədvəl). 
Onun ilk beş kanalı və yeddinci kanalı üçün ərazini ayirdetməsi 30 m, altıncı kanalı üçün 120 m-dir. 
Təsvirin miqyası 1:150000 –dir (altıncı kanal üçün 1:600). 
MSS (Multispectral Scanner) multispektral optik-mexaniki skaner edici radiometr. Bu cihaz da
Yerin bütün səthində ümumi təyinatlı çox məqsədli çəkilişlər aparır. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   323   324   325   326   327   328   329   330   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə