Ministry of education of azerbaijan republic sumgayit state university


UCAR RAYONUNDA KƏND TƏSƏRRÜFAT YERLƏRİNİN AQROEKOLOJİ



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə330/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   326   327   328   329   330   331   332   333   ...   579
magistr2021 3 2

UCAR RAYONUNDA KƏND TƏSƏRRÜFAT YERLƏRİNİN AQROEKOLOJİ 
QİYMƏTLƏNDİRİLMƏSİ VƏ AQROİSTEHSALAT QRUPLAŞDIRILMASI 
 
Babaşov R.İ. 
Bakı Dövlət Universiteti 
E-mail: 
ravanbabashov@gmail.com
 
 
Ucar rayonunun ümumi torpaq fondu 83398 hektardır, səthi ovalıqdır. Ərazinin şərq və cənub-şərq 
hissəsi okean səviyyəsindən aşağıda yerləşir. Ərazinin iqlimi yayı quraq keçən mülayim-isti yarımsəhra və 
quruçöl iqliminə aiddir. Torpaq fondu əsasən boz-çəmən torpaqlarından ibarətdir.Ucar rayon torpaqları 2-ci 
aqroistehsalat qrupuna aiddir.Ucar rayonunun kənd təsərrüfatı taxıl,tərəvəz və pambıq istehsalı üzrə 
ixtisaslaşmışdır.Əlavə olaraq,rayonda baramaçılıq da inkişaf etmişdir. İqtisadiyyatının əsasını kənd 
təsərrüfatı - pambıqçılıq, taxılçılıq, heyvandarlıq, baramaçılıq, quru subtropik meyvəçilik, üzümçülük və 
bostançılıq təşkil edir. Ölkəmizdə Azərbaycan Respublikası Prezidentinin müvafiq göstərişi ilə pambıq 
əkininə geniş yer verilmiş, rayonumuzda 510 hektar sahədə pambıq əkilmişdir. Pambıq əkininə optimal əkin 
müddətindən gec başlanması, aqrotexniki tədbirlərin aparılmasında texnika və mexanizimlərin çatışmaması, 


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
278 
yığım zamanı havaların yağmurlu keçməsi, oktyabr, noyabr aylarında yağıntının normadan bir neçə dəfə 
artıq olması səbəbindən məhsuldarlıq az olmuş, istənilən nəticə əldə olunmamışdır. Su mənbələri Göyçay 
çayı,Türyançayın qolu olan Qarasu çayı və Yuxarı Şirvan kanalıdır. Baş Şirvan kollektoru Ucar rayonunun 
cənubundan keçir. Ərazidə Tuqay meşələri var. Heyvanları - canavar, çaqqal, tülkü, tarlasiçanı, qumsiçanı, 
bataqlıq qunduzu, quşları turac, qırqovul və sairdir. 
Ucar rayonu barədə “Aqrar Tədqiqatlar Mərkəzinin” təqdim etdiyi statistikaya əsasən 2008-ci ildə 194 
ha ərazidə dən üçün qarğıdalı bitkisi becərilib və 879 ton məhsul əldə edilib.Buğda üzrə isə 4006 ha ərazidə 
8982 ton məhsul olub. 
Mövcud qida sistemləri sanki bir yol ayrıcındadır. Qida istehsalını və istehlak qaydalarını müasir 
dövrə uyğun şəkildə dəyişdirməyə çox ehtiyac var. Fermerlərin iqlim dəyişikliyindən artan çətinliklərə 
uyğunlaşmağı çətin prosesdir.Lakin,aqroekologiya uyğunlaşmanı sürətləndirəcək bir həll yolu təqdim 
edir.Fermerlərin ənənəvi bilikləri ilə yeni texnologiyalardan istifadənin harmoniyası kənd təsərrüfatı üçün 
müsbət haldır.Aqroekologiya iqlim dəyişmələri nəticəsində fermerlərə dəyən zərərləri və məhsulun ərsəyə 
gəlməsinə tələb olunan maliyyə yükünü azaltmağa töhfə verə bilər. 
Ölkə ərazisinin yalnız 54,9 %-i kənd təsərrüfatına yararlıdır. Bu ərazilərin də əksəriyyəti 2915,4 min 
hektarı daimi bitkilər (bağlar, üzümlüklər, tingliklər, çay plantasiyaları) otlaqlar və biçənəklər altında olan 
torpaqlardır. Cəmi 1,8 milyon hektar sahə şum altında istifadə olunur. Respublika ərazisinin 18%-i dəniz 
səviyyəsindən aşağıda yerləşir. Ərazinin 39 %-ni düzənlik və ovalıqlar, 11,4%-ni meşə ilə örtülü sahələr 
təşkil edir. 
Ölkəmizdə torpağın əsas muhafizə problemləri eroziya, şorlaşma, cirklənmə, bərkiməyə qarşı 
mubarizə ilə bağlıdır. 
Keçən əsrin 70-80-ci illərində akademik V.R. Volobuyev tərəfindən “torpaq ekologiyası” təlimi 
hazırlanmışdı. Torpağın onu əhatə edən mühitlə qarşılıqlı əlaqəsini tədqiq edən“torpaq ekologiyası” təliminə 
görə torpaq örtüyü mühit amillərinin (iqlim, relyef, torpaq əmələgətirən süxurlar,canlı aləm, zaman, insan 
amili) təsiri altında formalaşdığından, bu amillərin, o cümlədən antropogen amilintəsirinin güclənməsi torpaq 
örtüyündə dəyişikliklərə gətirib çıxardırdı. Bu isə öz növbə-sində torpağın atribut xassəsi olan münbitliyin 
dəyişməsi ilə nəticələnirdi. Buradan belə nəticə çıxırdı ki, müsbət və mənfi təsirindən asılı olmayaraq, 
istənilən antropogen amil torpağın atribut xassəsi olan onun münbitliyində dəyişikliklər törədir. 
Antropogen amillərin təsiri altında torpaq örtüyündə baş vermiş dəyişikliklərin uçota alınması, 
qiymətləndirilməsi və neqativ proseslərin qarşısının alınmasından ötrü tədbirlər sisteminin hazırlanması 
elmi-nəzəri və praktiki əhəmiyyət kəsb edir. Burada söhbət ilk növbədə torpağın ekologiyasını formalaşdıran 
mühit amillərinin optimallaşdırılmasından və insanın təsərrüfat fəaliyyəti nəticəsində korlanmış ətraf mühitin 
sağlamlaşdırılmasından gedir.Bununla bağlı olaraq XX əsrin 90-cı illərində akademik Q.Ş. Məmmədov 
tərəfindən ilk dəfə olaraq “torpaqları ekoloji qiymətləndirilməsi”nin elmi-nəzəri və metodiki prinsipləri irəli 
sürülmüş və ətraflı əsaslandırılmışdır. Belə bir yanaşmanın irəli sürülməsi nəzəri xarakter daşıyan “torpaq 
ekologiyası” təliminin istehsalatın və praktiki ekologiyanın ehtiyaclarına uyğunlaşdırılması idi Sürətlə artan 
dünya əhalisinin sayı təbii ehtiyatlara böyük təsir göstərir və artan əhalini təmin etmək üçün daha səmərəli və 
davamlı kənd təsərrüfatı istehsal sistemlərinin inkişafına təcili ehtiyac duyulur. Bu, təbii ehtiyatların çox 
fərqli ola biləcək fiziki və bioloji potensialının ilkin qiymətləndirilməsinə əsaslanmalıdır. Aqroekoloji 
zonalaşma (AEZ) yanaşması bu potensialın faydalı ilkin qiymətləndirməsini təqdim edir və təmsilçiliyin 
regional davamlı inkişaf planlaşdırması üçün uyğun biocoğrafi miqyasda saxlanılmasını təmin edir. 
İstehsalın intensivləşdirilməsi səyləri müəyyən AEZ-də sosial-iqtisadi şərtlərə uyğun metodlara və gələcək 
üçün qida, yem və yanacaq ehtiyaclarını ödəmək üçün qoruma baxımından səmərəli və davamlı istehsal 
sistemlərinin təşviq edilməsinə diqqət yetirməlidir.
 
Qlobal qida sistemi ətraf mühit, sosial və sağlamlıq 
problemləri ilə qarşı-qarşıyadır. Təbiət və ekoloji prinsiplər minilliklər boyu ailə fermerləri tərəfindən tətbiq 
edilərkən, kənd təsərrüfatı son əsrdə sintetik gübrələrdən istifadə nəticəsində korlandı.Torpaq deqradasiyanın
aşağıdakı növləri vardır: 
1.Fiziki (torpağın hidrofiziki xassələrinin pozulması, torpaq qatının dağılması); 
2.Kimyəvi (torpaqların kimyəvi xassələrinin pozulması, qida maddələri ehtiyatının tükənməsi, təkrar 
şorlaşma, toksiki maddələrlə çirklənmə); 
3.Bioloji (canlı orqanizmlərin növ tərkibinin azalması, torpağın mikroflora və mikrofaunası arasındakı 
balansın pozulması). 
Deqradasiyanın əsas forması meşəsizləşmə, səhralaşma, duzlaşma və torpaqların eroziyaya 
uğramasıdır. Kənd təsərrüfatının stabil inkişafının təmin edilməməsi, səmərəsiz suvarma və digər aqrotexniki 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   326   327   328   329   330   331   332   333   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə