Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə331/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   327   328   329   330   331   332   333   334   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
279 
tədbirlərin düzgün təşkil olunmaması torpaqların yamaclarda və digər meylli ərazilərdə becərilməsi, kortəbii 
meşə materiallarının istehsalı və otlaqların normadan artıq yüklənməsi nəticəsində müxtəlif deqradasiya 
proseslərinin inkişafına zəmin yaranır. Səthi su axınlarının baş verməsi, eləcə də küləyin təsiri torpaqların 
mexaniki surətdə dağılmasına, eroziya prosesinin inkişafına şərait yaradır. Eroziya nəticəsində kənd 
təsərrüfat bitkilərinin məhsuldarlığı 20-40% aşağı düşür. Eroziyanın mənfi təsiri bununla bitmir. Torpağın 
üst hissəsində yarğanlar, çökəkliklər əmələ gəlir ki, bu da torpağın becərilməsini və məhsul yığımını 
çətinləşdirir. Eroziya bitkilərin qidalandığı sahəni məhv etməklə bitkilərə, heyvanlara mənfi təsir göstərərək 
yaranmış bioloji tarazlığı pozur. Yüksək aqrotexniki tədbirlərdən istifadə etməklə eroziyanın zərərli təsirini 
minimuma endirmək olar. Eroziyaya qarşı mübarizə üçün düzgün aqrotexnikadan istifadə etmək vacib 
şərtdir. Meşə qoruyucu zolaqlar salmaq, torpağı çevirmədən şumlamaq, selə qarşı qoruyucular qurmaq
heyvanların otarılmasını nizamlamaq eroziyaya qarşı mübarizə tədbirləridir. Yamacda ot əkinlərindən 
istifadə edilməsi də eroziyanın qarşısını nisbətən alır. Torpaq tərkibinə görə mürəkkəbdir. Torpağın əsas 
xüsusiyyət və keyfiyyət əlaməti onu məhsuldarlığıdır. Torpağın həyatında böyük rol oynayan, onun 
mövcudluğunu, ehtiyacını ödəyən amillər su və qidadan ibarətdir. Torpağın tərkibində su çox olduqda qrunt 
sularının səviyyəsi qalxır, bataqlığa çevrilir, torpaqda aerasiya prosesi pozulur, şoranlaşır, əkin üçün yararsız 
olur, torpağın meliorativ vəziyyəti xarablaşır. 
Ucar rayonunda kənd təsərrüfatı yerlərinin daha səmərəli təşkil olunması, torpaqlardan səmərəli 
istifadə olunması və gələcəkdə kənd təsərrüfatı ilə əlaqədar təsəvvürlərin daha dolğun və kompleks olması 
üçün kənd təsərrüfatı yerlərinin qiymətləndirilməsi bazis rolunu oynayır. Buna görə də, gələcəkdə qida, yem 
və s. ehtiyacları ödəmək üçün kənd təsərrüfatı yerlərinin qiymətləndirilməsi zəruridir. Torpaqların 
aqroekoloji qiymətləndirilməsi və aqroistehsalat qruplaşdırılması torpaq ehtiyatlarından istifadədə artan 
təsirləri tənzimləməyə, torpaqların eroziya və deqredasiyaya uğramasına nəzarəti artırmağa müsbət təsir 
göstərəcək. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   327   328   329   330   331   332   333   334   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə