Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim



Yüklə 14,96 Mb.
səhifə1/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
  1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji


AZƏRBAYCAN TEXNİKİ UNİVERSİTETİ
  • FAKULTƏ:NƏQİLİYYAT VƏ LOGİSTİKA
  • KURS: 1
  • QRUP: 162A4
  • MÜƏLLİM:MANAFOV QASIM
  • TƏLƏBƏ:KAZIMOV ILKIN
  • MÖVZU:RESURSLARDAN İSTİFADƏ MƏSƏLƏSİ
  • KAFEDRA:Nəqliyyat texnikası və idarəetmə texnologiyasi


  • Giriş



  • Təbii resurslar
  • Mineral resursları və onlardan səmərəli istifadə edilməsi
  • Torpaq resursları,onlardan səmərəli istifadə edilməsi və mühafizəsi
  • Su , ondan səmərəli istifadə edilməsi və mühafizəsi
  • Təbii resursların dünya iqtisadiyyatında rolu
  •  Azərbaycanda və dünyada təbii resurslardan kompleks istifadədə beynəlxalq əməkdaşlığın rolu.

Giriş
  • Ölkənin təbii ehtiyatları onun milli sərvətinin mühüm tərkib hissəsidir. Təbii ehtiyatların potensialının saxlanması, mühafizəsi və bərpası təbiəti mühafizənin mühüm vəzifələrindən biridir. Elm və texnikanın inkişafı bu və ya digər rayonlarda bəşəriyyətin yaşayış mühitini dəyişmiş, əhalinin təkrar istehsalını sürətləndirmiş, onların maddi nemətlər istehsalı imkanını artırmışdır. Bununla əlaqədar insanlar kənd təsərrüfatı məhsulları əldə etməklə yanaşı meşələrin, çayların, dənizlərin, okeanların xammal və bioloji sərvətlərini əldə etməyə can atmışlar. Bu və ya digər sahələrdə texniki vasitələrin, xüsusilə kimya elminin, texnologiyanın nailiyyətlərinin, istehsalda məişətdə tətbiqi şəraitində milyard tonlarla faydalı qazıntı sərvətləri, kənd təsərrüfatı məhsulları emaldan keçib formasını dəyişmiş, istehlak üçün yararlı hala salınmışdır. Belə olduqda bir tərəfdən insanlar yaşayıb törəmələri naminə biosferdən maddi nemətlər mənbəyi kimi istifadə edirlər, digər tərəfdən istehsal və emal proseslərində, milyard tonlarla bərk, qaz, tüstü halında zərərli tullantıları, istiliyi, enerjini torpağa, suya, havaya atırlar. Bir-birinə zidd olan bu iki vəziyyət biosferin canlı aləmində kasadlıq, boşluq yaradır, ayrı-ayrı rayonlarda ekoloji sistemdə müvazinətin pozulmasına səbəb olur. Müasir insanların təbiətə, onun sərvətlərinə elə imkansız münasibətidir ki, insanlar təbiətin qanunlarını dəyişdirə bilməzlər, lakin bu qanundan bəşəriyyətin inkişafı naminə istifadə etmək qabiliyyətinə malikdirlər.
  • Qərbi Avropanın , Şimali Amerikanın inkişaf etmiş ölkələrində bir sıra təbii sərvətlər heyvan növləri texniki tərəqqinin qurbanı olmuşdur. Bu ölkələrdə gedən həmin prosesi şərh edən E.K.Fyodrovun fıkrincə, texniki cəhətdən inkişaf etmiş cəmiyyət özünün surətli inkişafı və texnikası ilə təbiəti məhv edir. Keçmişdə sayca məhdud olan insanlar təbiətə başlıca olaraq əl əməyi ilə təsir edərək ekoloji sistemdə qlobal miqyasda deyil, ayrı-ayrı rayonlar daxilində cüzi dəyişikliklər yaradırdılar, belə şəraitdə əhali və təbiət üçün təhlükə ortaya çıxmırdı. Müasir dövrdə vəziyyət tamamilə başqa şəkil almışdır. Bəşəriyyət indi atmosferdə, litosferdə, hidrosferdə gedən enerji hadisələrinə bilavasitə təsiretmə gücünə malik deyildirsə də, indi onların torpağa, daxili sulara, okeanlara, bitki və heyvanlar aləminə dolayı yolla etdikləri təsir çox gərginləşmişdir. Təbiətə edilən səmərəsiz ölçüb-biçilməyən təsir canlı aləmin təkrar istehsalını və inkişafını təhlükə qarşısında qoyur. Təbiətlə cəmiyyət arasında gedən qarşılıqlı əlaqələri insanların maddi nemətlərlə, mənzillə, işlə təmin edilməsində demoqrafık inkişafın fəal hissəsini də nəzərə almaq vacibdir. İndi hər il dünyada orta hesabla 80-81 mln nəfər əhali artımı müqabilində 37-38 mln əmək qabiliyyətli adam artır ki, bundan da 38-40% Çinin və Cənub-Şərqi Asiya dövlətlərinin payına düşür
  • Azərbaycan təbii resurs potensialına görə çox zəngin regionlardan sayılır. Ölkənin təbii resursları nəinki tam öyrənilməyib, həm də ekoloji və sosial-iqtisadi cəhətdən dərk edilməyib, qiymətləndirilməyib. Vaxtında təbii resurs potensialın coğrafi ekspertizası aparılmadığı səbəbindəndir ki, sosial-iqtisadi əhəmiyyət kəsb edən resursların bir hissəsi deqradasiyaya məruz qalmışdır. Məsələn, kənd təsərrüfatının inkişafı üçün istifadə edilən torpaq resurslarının səmərəli istifadəsinə dair coğrafi ekspertiza aparılmadığından, torpaqların 42,5 faizi, o cümlədən əkin sahələrinin 33,7 faizi, yay otlaqlarının 68 faizi, meşələrin 26 faizi və s. eroziyaya məruz qalıb.


Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə