Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim


Su , ondan səmərəli istifadə edilməsi və mühafizəsi



Yüklə 14,96 Mb.
səhifə6/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji

Su , ondan səmərəli istifadə edilməsi və mühafizəsi.
Su elə bir xüsusi xammaldır ki, onsuz heç bir texnologiyanin realizəsi mümkün deyil. Su hər yerdə və hər sahədə istifadə olunur. O hər bir insan üçün vacib sayılan son məhsullardan biridir. Məhz buna görə təsərrüfat fəaliyyəti prosesində istifadə olunansuyun miqdari bütün istehlak olunan xammalların həcmindən dəfələrlə çoxdur. Son 80 il ərzində dünya miqyasında ümumi su istehlaki 10 dəfə, sənayedə istehlak isə 20 dəfə çoxalmışdır.
Respublikamiz su ilə az təminatlı regionlardan sayılır. Qonşu Qafqaz respublikaları ilə müqayisədə Azərbaycan öz yerli su ehtiyatlarına görə axırıncı yerdədir. Belə ki, respublikada bütün su (tranzit, yerli, yeraltı) ehtiyatı quraq və orta rütubətli illərdə 23-32 mlrd. m3 arasında dəyişir. Bunun isə ancaq 10 mlrd. m3 qədəri tənzim olunur. Bunları nəzərə alaraq su resurslarından səmərəli istifadə olunmalıdır. 
Su resurslarından səmərəli istifadənin əsas istiqaməti əsas su istehlak edən sahələrdə su istehlakının həcminin azaldılmasıdır. Əsasən bu təzə, təmiz suya aiddir. Bunun üçün suqoruyucu texnologiyalar tətbiq olunmalı, və suyun təsərrüfatda istifadəsi azaldılmalıdır. İkinci istiqamət – sudan istifadənin bütün mərhələlərində su itkilərinin qarşısının alınmasıdır. Ən çox su itkiləri suvarmada baş verir. Məişət təsərrüfatında istifadə olunan suyun 20%-ə qədəri itkiyə məruz qalır. Su sayğaclarının olmaması və su tariflərin aşağı olması nəticəsində əhali tərəfindən israfçılığa səbəb olur. Halbuki, içməli suyun təmizlənməsi çox baha başa gəlir.
Azərbaycanda sudan istifadə ―Azərbayan Respublikası Su Məcəlləsi‖ qanunu (1997) ilə tənzim edilir. Həmin qanun respublikada su ehtiyatlarından istifadə və qorunması ilə bağlı hüquq münasibətlərini tənzimləyir. Qanunvericiliyin bu bölməsində su obyektlərindən istifadə hüququ, su obyektlərinin istifadəyə verilməsi qaydaları, sudan istifadə edənlərin hüquqları və s. izah olunur.
Suyu texnoloji proseslərdə və məişət təsərrüfatı sistemində istifadə edən subyektləri su istehlakçıları adlanır. Əsas su istehlakçısı sənayedir (energetka - 45%, qara və əlvan metallurgiya -6%, kimya və yeyinti sənayesi - 5%, maşınqayırma - 3%). 
Suyun fiziki-kimyəvi keyfiyyətini dəyişmədən, onu resurs kimi istifadə edən sahələr isə su istifadəçiləridir. Bu su nəqliyyatı, balıqçılıq, hidroenergetikadır. Son 80 il ərzində dünya miqyasında ümumi su istehlaki 10 dəfə, sənayedə istehlak isə 20 dəfə çoxalmışdır

Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə