Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim


Su , ondan səmərəli istifadə edilməsi və mühafizəsi



Yüklə 14,96 Mb.
səhifə7/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji

Su , ondan səmərəli istifadə edilməsi və mühafizəsi.
  • Yerin su səthi - hidrosfera – onun ümumi sahəsin 71%-i təşkil edir. Suyun 96,5 %-i dəniz və okeanlarda, 1,7 %-i buzlaqlarda və yalniz 0,45 %-i içməli sudan ibarət çay və göllərdə cəmlənmişdir. Başqa sozlə, Yer kürəsinin su potensiali 1,6 mlrd m3 təşkil edir. O cümlədən cəmi 28mln km3 içməli sudur. İçməli suyun təmizlənməsi çox baha başa gəlir. Bunları nəzərə alaraq su resurslarından səmərəli istifadə olunmalıdır.
  • Azərbaycanın illik su ehtiyatı orta hesabla 31–32 -ə bərabərdir. Su balansının 70%-dən çoxu tranzit, qalanı isə yerli sulardır. Öz ərazisində formalaşan sular da yeraltı və yerüstü sulara aiddir. Yeraltı su ehtiyatı açıq suların təxminən 25%-nə bərabərdir. Su ehtiyatlarının müəyyən qədəri təbii göllərdə cəmləşmişdir. Yerüstü su ehtiyatlarının əsas mənbəyi Kür, Araz çayları və onların qollarıdır. Respublikamızın su ehtiyatları ilk növbədə şirin su ehtiyatları nəzərdə tutulur. 
  • Su ehtiyatına görə Azərbaycan MDB respublikaları içərisində 11-ci yeri tutur. Azərbaycan ərazisində olan kiçik çaylar çox vaxtı quru olur. Ona görə də respublikamızda bütün su ehtiyatlarını ətraflı tətqiq etmək, bu ehtiyatları qayda –qanunla mühafizə edib, onlardan səmərəli faydalanmaq ən başlıca iqtisadi və sosial vəzifədir.
  • Sular çirklənmə mənbələrinə və mühafizə problemlərinə görə fərqlənirlər. 
  • Bu hər şeydən əvvəl suların qlobal, regional və yerli dövranları ilə əlaqədar olur, bir çox halda bütün suların çirklənmə mənbələri antropogen təsiri nəticəsində baş verir. Xüsusilə onlar ağır sənaye, dağ mədən, neft-kimya, koks-kimya, kağız-sellüloz, toxumçuluq, gön-dəri istehsalı və s. kimi sənaye sahələridir. Son vaxtlar istilik və atom enerjisi xüsusi əhəmiyyət kəsb etdiyindən onun inkişafı ön plana çəkilmiş və nəticədə «istilik çirklənməsi» deyilən yeni çirklənmə forması yaranmışdır. Bu çirklənmə nəticəsində sularda hidrotermik, hidrokimyəvi və hidrobioloji rejim dəyişir, nəticədə suda yaşayan orqanizmlərin kütləvi məhvinə və dəyişkənliyinə səbəb olur. Kür-Araz ovalığında pambıqçılığın və üzümçülüyün geniş yayılması ilə əlaqədar olaraq qeyri-üzvi gübrələrdən ziyanvericilərə qarşı mübarizədə mübarizə preparatlarından istifadə edilməsi istər səth, istərsə də yeraltı şirin suları yararsız vəziyyətə salmış, uşaqların qeyri-normal inkişafına təsir göstərmişdir. Belə vəziyyət təkcə Azərbaycanda deyil, Özbəkistan, Türkmənistan, Qırğızıstan və Moldova respublikalarında yaranmışdır. Kübrə və pestisidlərin istifadə edildiyi sahələrdə, hətta su anbarları altında qalan torpaqlarda göy-yaşıl yosunlar sürətlə inkişaf edir, zəhərləyici xassəyə malik olan bu yosunlar hövzədə balıqlara, həmin balıqlarla qidalanan digər orqanizmlərə də təsir göstərir. Belə proses su anbarına çirkli və isti sular axıdıldıqda daha sürətlə gedir və hətta su anbarlarınını özlərini
  • yaramaz hala salmaq təhlükəsini yaradır.
  • Çaylara və dənizlərə buraxılan çirkab sular nəticələri əvvəlcədən bilinməyən bir sıra mənfi hallara səbəb olur. Zavod və fabriklərdə onlar ən yüksək səviyyədə təmizlənsələr belə, yenə də canlı aləmə pis təsir göstərən maddələrdən tamamilə azad olunmur. Çirkab suları ilə təbii sulara daxil olan bərk maddə hissəcikləri Günəş işığının suyu tam işıqlandırılmasının qarşısını alır, fotosintezin normal gedişi və sudakı canlıların qida zəncirini müəyyən dərəcədə pozur. Kanallar və çayların diblərini vaxtaşırı tullantılardan təmizləmək lazım gəlir. Ümumiyyətlə, su mənbələrinin çirklənməsi dedikdə, suların keyfiyyətini pisləşdirən, su obyektlərinin səthinə, dibinə və ətrafına mənfi təsir edən zərərli maddələrin tökülməsi və axıdılması başa düşülür. 
  • Su obyektlərinin əsas çirklənmə mənbələrini istilik elektrik stansiyaları, metallurgiya, neft-kimya sənayesi müəssisələri də daxil olmaqla, bütövlükdə sənaye və məişət tullantıları təşkil edir. Su mənbələrinin çirklənməsi suyu əhalinin içməsi və təsərrüfat işlərində istifadəsi üçün yararsız etməklə bərabər,
  • həmin hövzələrdəki biomühitə də olduqca mənfi təsir göstərir. 
  • Hazırda su mənbələrinin çirklənməsinin qarşısının alınması tədbirləri, çirklənmə baş verən ərazilərdə təmizlənmə işlərinin həyata keçirilməsi, bu məqsədlə ən müasir texnologiyadan istifadə edilməsi Azərbaycanda gerçəkləşdirilən ekoloji siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Bu sahədə fəaliyyətin əsas hüquqi bazasını ―Hidrometeorologiya fəaliyyəti haqqında, ―Su Məcəlləsinin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının qanunları və bu qanunların icrasına xidmət edən ―Ətraf mühit və təbii ehtiyatların monitorinqinin aparılması qaydaları haqqında Əsasnamə təşkil edir. Respublikada dövlət səviyyəsində su ehtiyatlarının mühafizəsi, onlardan səmərəli istifadə olunması məqsədilə mütəmadi qaydada su ehtiyatlarının tərkibinin vəçirklənməsinin monitorinqi aparılır. Kür çayının suyunun keyfiyyətinə nəzarət məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan, müasir cihaz və avadanlıqlarla təchiz olunmuş Qazax analitik tədqiqatlar laboratoriyası, Araz çayının suyunun keyfiyyətinə nəzarət edən və Beyləqan rayonunda fəaliyyət göstərən analoji mərkəz bu iki mühüm su mənbəyində ekoloji vəziyyəti nəzarətdə saxlamaq baxımından böyük əhəmiyyətə malikdi
  • Yaxın gələcəkdə Xəzər dənizinin suyu da Azərbaycanın mühüm içməli su mənbələrindən birinə çevrilə bilər. Belə ki, gələcəkdə Salyan rayonu ərazisində quraşdırılacaq qurğular vasitəsilə dəniz suyunun şirinləşdirilərək əhalinin istifadəsinə verilməsi mümkün olacaq. Hazırda Xəzər dənizinin çirklənmədən mühafizəsi böyük əhəmiyyət kəsb edən məsələlərdəndir. Xəzər dənizinə uzun illərdir ki, beş sahilyanı ölkədən xeyli miqdarda çirkab suları axıdılır. Lakin çirkləndiricilərin böyük hissəsi, yəni 80 faizdən çoxu məhz Volqa çayı vasitəsilə dənizə tökülür. Azərbaycan tərəfi Xəzərin çirklənməsinin qarşısının mümkün qədər alınması yönündə əsaslı tədbirlər həyata keçirir. Dənizə axıdılan məişət sularının çirklilik səviyyəsinin aşağı salınması məqsədilə sahil zolağı boyuca 17 mobil tipli təmizləyici qurğudan istifadə olunur. Bundan əlavə, son dövrlərdə Xəzərdə antropogen təsirlərin azaldılması məqsədilə, istismara yararsız estakadaların, hidrotexniki qurğuların sökülməsi, batmış gəmilərin çıxarılması, buxta ərazisindəki yararsız köhnə neft quyularının ləğv edilməsi, neftlə çirklənmiş ərazilərdə rekultivasiya işlərinin aparılması, yaşıllıqların salınması, Neft Daşlarında və Çilov adasında yeni çirkab sutəmizləyici qurğuların istismara verilməsi də daxil olmaqla görülən bir çox tədbirlər Xəzərin Azərbaycan sularının ekoloji durumuna müsbət təsir göstərib.
  • Beləliklə, Azərbaycanda həyata keçirilən ekoloji siyasətin mühüm istiqamətlərindən olan su mənbələrinin çirklənməsinin qarşısının alınması yönündə reallaşdırılan əsaslı tədbirlər əhalinin təmiz suya olan tələbatının ödənilməsini yaxşılaşdırmaqla bərabər, ekosistemin bütövlüyünün qorunub saxlanmasına kömək edir.
  • Keçmişdə insanlar tullantıları suya atmaqla fikirləşmirdilər ki, su çirklənə bilər. Xalq arasında belə bir ifadə də var ; "su çirk götürmür" . Lakin indi sular o qədər çirklənir ki, suda canlıların həyatı təhlükə altına alınır, içməyə yaramır. Buna görə də suların çirkləndirilməməsi və çirklənən suyun təmizlənməsi zəmanəmizin mühüm problemlərindən biridir.
  • Sularm çirklənmə mənbələri müxtəlifdir. Su mənbəyi sənaye müəssisələrinin və nəqliyyatların tullantıları, çirkab suları, torpağın eroziyası, məişət tullantılarının, inşaat və meşə materiallarının suya tullanması nəticəsində çirklənə bilər. Suyun keyfiyyətinə meşələrdə kəsilmiş ağac materiallarının, xüsusilə dezenfeksiya edilən oduncağın su ilə axıdılması və suda çox qalması da pis təsir edir. Ağac materialları suda çox qaldıqda çürüyür, bu isə suyun oksigeninin sərf olunmasına və keyfiyyətinin pisləşməsinə səbəb olur. Sintetik fəal maddələrin istehsalı və işlədilməsi ilə əlaqədar olaraq sular bir qrup maddələrlə daha çox çirklənir. Belə maddələri çamaşırxanalar, toxuculuq, yun-dəri müəssisələri çox işlədir.
  • Çay, dəniz və okean gəmiləri, avtonəqliyyat, traktor və s. vasitələrindən tökülən tullantılar yanacaq və sürtkü materialları, ət və süd kombinatlarının tulantıları su mənbələrini çox çirkləndirir. Dəniz suyu ən çox neft və neft suları ilə çirklənir. Bunun səbəbi dəniz yataqlarından neft çıxararkən ətraf mühitin təmiz saxlanması qaydalarına etinasızlıq göstərilməsi və quyular sınaqdan çıxarılarkən lay neftinin və suyunun birbaşa dənizə buraxılmasıdır. Neft pərdəsi suya sərbəst oksigenin daxıl olmasına mane olduğu üçün dəniz faunasının həyatı
  • təhlükə qarşısında qalır, canlı aləmin artıb törəməsi imkanı məhdudlaşır. Neftdə olan qazlar tədricən ayrıldıqdan sonra neft damcıları ağırlaşır və suyun dibinə çökür, orada heyvanların zəhərlənməsinə səbəb olur.


Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə