Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim



Yüklə 14,96 Mb.
səhifə2/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji

Təbii resurslar
  • Resurs dedikdə öz ehtiyacını və arzularını təmin etmək üçün insanın təbii mühitdən əlda etdikləri hər bir şey nəzərdə tutulur. Insanın tələbatını maddi və mənəvi təlabata bölmək olar. Təbii resurslardan istifadə etdikdə o, müəyyən qədər insanın mənəvi təlabatnıı da ödəyir. Məsələn. estetik («təbiətin gözəlliyi»), rekreasiya və s. Lakin onun əsas təyinatı, məqsədi - insanın maddi təlabatını ödəməkdir, yəni maddi nemətlər yaratmaqdır.
  • Beləliklə, təbii resurs təbii obyektlər və hadisələr olub ki, insan onlardan maddi nemət kimi istifadə edir. Bu isə bəsəriyyətin mövcudluğunu saxlamaqla yanaşı, həm də tədricən həyatın keyfiyyətinin yüksəlməsini təmin edir.
  • Insan tərəfindən istifadə edilən təbii resurslar olduqca müxtəlif olub,onların təyinatı, mənşəyi, istifadə üsulları müxtəlifdir. Bu isə onları müəyyən istiqamətdə sistemləşdirməyi tələb edir. Təbii resursları təsnifatlasdırmaq üzrə bir neçə yanaşmalar mövcuddur. Onlar asağıdakılardır. Mənşəyinə gorə təbii resurslar bioloji, mineral və energetik resurslara bölünür.
  • Bioloji resurslar - bura biosferin bütün canlı mühitəmələgətirən komponentləri (produsentlər, konsumentlər və redusentlər və onlarla bağlı genetik resurslar) daxildir. Onlar insanların maddi və mənəvi nemətlərinin mənbəyi sayılır. Bura mədəni bitkilər, ev heyvanları, mənzərəli landşaftlar, mikroorqanizmlər, bitki resursları, heyvanat aləmi resursları və s. aiddir. Genetik resurslar xüsusi əhəmiyyət kəsb edir.
  • Mineral resurslar - Bura litosferi təşkil edən istifadə üçün yararlı bütün maddələr daxildir. Onlar təsərrüfatda mineral xammal, yaxud yanacaq kimi istifadə olunur
  • Mineral xammal filiz halında olub ondan metal alınır və qeyri-filiz halında olub, ondan qeyri-metal komponentlər (fosfor və b.), yaxud da tikinti materialı kimi istifadə olunur.
  • Mineral ehtiyatlar yanacaq kimi (daş kömür, neft, qaz. qaynar şistlər, torf, oduncaq, atom enerjisi) istifadə edilməklə yanaşı, buxar və elektrik əldə etmək üçün mühərriklərdə enerji mənbəyi rolunu oynayırsa, onlar yanacaq-energetik resurslar adlanır.
  • Energetik resurslar. Günəş və kosmos, atom-energetikası, yanacaq-energetikasi, termal və digər enerji mənbələrinin məcmusu energetik resurslar adlanır.
  • İstehsalatda istifadə olunmasına görə təbii resursları aşagıdakı təsnifata ayırırlar:
  • -Torpaq fondu. Hər hansı bir ölkə, rayon, yaxud bütün dünya ərəzilərindəki torpaqlar öz təyinatına gorə aşağıdakı qruplara daxil olur: kənd təsərrüfatı, yaşayış məntəqələri, qeyri kənd təsərrüfatı təyinatlı (sənaye, nəqliyyat, dağ-mədən və b.)..
  • -Bitki örtüyü fondu - Qurunun torpaq fondunun bir hissəsi olub, bura meşə fondu və otlaqlar daxildir. Bu ərəzilərdə kənd təsərrüfatı istehsalı və xüsusi mühafizə olunan obyektlər (qoruq və b.) təşkil olunur və bunlar bioloji resursların bir hissəsi sayılır.
  • -Su resursları - Təsərrüfatda müxtəlif məqsədlər üçün istifadə edilən yeraltı və yerüstü suların məcmusu (əsəs mənbəyi çay suları hesab edilən şirin su resursları xüsusi əhəmiyyət kəsb edir).
  • -Hidroenerji resurslərı - Çay suları və okeanın qabarma - çəkilmə fəaliyyəti və b.
  • Fauna resursları - Ekoloji tarazlığı pozmadan insan tərəfindən istifadə olunan su, meşə və başqa yerlərdə məskunlaşan heyvanlar.
  • -Faydalı qazıntılar (filiz, qeyri-filiz, yanacaq-energetik) - Təsərrüfatda istifadə oluna bilən Yer qabığında minerallann təbii toplanması. 
  • Insan tərəfindən istifadə edilmə vaxtına gorə təbii resurslar real və potensial resurslara bölünür. Real resurslara hazırda insanların istehsalat prosesində istifadə etdiyi resurslar aiddir. Bunlara misal olaraq ilk növbədə istifadə olunan torpaqlar, müxtəlif bitkilər, ov balıqları, istehsal olunan neft, daş kömür, qaz, elektrik enerjisi və s. daxildir. Məlum olduğu kimi, insanlar özünün ilk inkişaf dövründə torpaq, bitki və heyvanat aləmindən primitiv istifadə etmiş, sonralar isə insan texnika ilə silahlanaraq heyvan, quş, balıq ovlamış, meşələri qırmış, torpağı becərmiş, daha sonra neft, daş kömür, qaz istehsal etmiş, yaxın zamanlarda isə atom enerjisindən istifadə etməyə başlamışdır.
  • Potensial təbii resurslar isə müəyyən səbəblərdən insan tərəfindən (əsasən texniki səbəbdən) ya istifadə edilmir, yaxud da kifayət dərəcədə istifadə olunmur. Bura Günəş enerjisi şüaları, dəniz qabarma - çəkilmələri, kulək və b. aiddir. 


Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə