Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim


Torpaq resursları,onlardan səmərəli istifadə edilməsi və mühafizəsi



Yüklə 14,96 Mb.
səhifə5/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji

Torpaq resursları,onlardan səmərəli istifadə edilməsi və mühafizəsi.
  • Torpaq xarici mühitin mühüm amillərindən biri olmaqla təbiətin başlıca nemətidir. Torpaq maddi nemətlər istehsalının əsası və xalqın tükənməz sərvətidir. Torpaq - insanın həyat vasitəsidir, ona görə də torpaqdan səmərəli istifadə etmənin ümumdövlət, ümumbəşər əhəmiyyəti var. Torpaq kənd təsərrüfatı istehsalatında başlıca istehsal vasitəsidir. Kənd təsərrüfatı məhsulları və onun xammalından hazırlanmış sənaye məhsulları xalq istehlakının 3/4 hissəsini təşkil edir. Ölkəmizdə əhalini ərzaq məhsulları ilə, sənayeni isə kənd təsərrüfatı xammalı ilə təchiz etmək dövlətin aqrar siyasətinin əsasıdır.
  • Torpaq səthinin müxtəlif təbii, sənaye, kənd təsərrüfatı və məişət tullantıları ilə örtülməsi maddələrin texnoloji miqrasiyası nəticəsində torpağa elementlərin və onların birləşmələrinin daxil olunması onun çirklənməsinə səbəb olur. Torpağın mexaniki, təbii, kimyəvi, bioloji və sanitariya cəhətdən çirklənməsi növləri vardır.
  • Mexaniki çirklənmə – torpaq səthinin müxtəlif tullantılarla (inşaat materialları, dəmir – beton hissələri məişət tullantıları və s.) çirklənməsidir. Kimyəvi çirklənmə zamanı tərkibində sink, civə, qurğuşun, flüor, manqan, dəmir olan tullantılar torpağa düşür. Bunlar əsasən elektirik stansiyaları və sənaye müəssisələri tərəfindən torpağa atılır. Emal prosesində yaranmış bu tullantıların 97%-i zibilxanalara daşınır, 1-24% yandırılır və 14% yenidən emala verilir. Yandırılma özü də təbiətin çirklənməsi deməkdir.
  • Bioloji çirklənmə torpaqda yaşayan mikroorqanizmlərin və müxtəlif həşəratların təsiri ilə baş verir. Torpaqda olan patogen mikroorqanizmlər helmint
  • sürfələri insan və heyvanların müxtəlif xəstəliklərə tutulmasına səbəb olur.
  • Torpaq təbii hadisələr quraqlıqlar, çox şaxtalı havalar, yanğınlar, fırtına, qum və qar hücumu, daşqınlar, zəlzələ, vulkan və s. nəticəsində də çirklənir.
  • Torpaq epidemiyalar nəticəsində sanitar cəhətcə də çirklənir. Bu çirklənmələr zamanı torpağın xassələri dəyişir.
  •  Hava və sudan fərqli olaraq torpaqda öz özünə təmizləmə prosesi zəifdir. Ona görədə torpağa daxil olan elementlər orada uzun müddət qalır, torpağın tərkibindəki elementlərlə reaksiyaya girir və müxtəlif maddələrin əmələ gəlməsinə səbəb olur. Belə maddələr torpaqdan bitkilərə, bitkilərdən heyvanlara,
  • heyvanlardan isə insanlara keçir (qida ilə). Onlar ümumi bioloji dövranda iştirak edirlər
  • Torpağın çirklənməsi suyun və atmosfer havasının çirklənməsinə və əksinə, suyun və havanın çirklənməsi torpağın çirklənməsinə səbəb olur. Onlar,
  • heyvanlar və insanların zəhərlənməsinə, bitkilərin inkişafdan qalmasına və məhsuldarlığının azalmasına səbəb olur. Torpağı çirklənmədən qorumaq üçün vaxtaşırı onun çirklənmə vəziyyəti sanitar – epidemioloji stansiyalar tərəfindən yoxlanmalıdır. Bu zaman ərazidə torpağın fiziki, bioloji kimyəvi göstəriciləri nəzərə alınmalıdır. 
  • Ölkədə torpaqların çirklənməsinə qarşı mübarizə aparılır və xüsusi tətbirlər kompleksi həyata keçirilir. Məişət tullantılarının tərkibində külli miqdar şüşə qablar, konserv bankaları, polietilen torbalar, kağızlar olur. Onları təkrar istehsalda xammal kimi istifadə etmək çox əhəmiyyətlidir. Bunun üçün zibil emalı zavodları və tullantıların təkrar emal müəssisələri tikilməlidir.
  • Torpağın xarablaşması əlamətlərindən biri də onun eroziya və deflyasiyasıdır. Eroziya – yerin səth sularının, küləyin təsirindən torpağın dağılması və münbit qatının itməsidir. Deflyasiya – torpağın küləyin təsirindən sovrulması və münbit qatının dağılmasıdır. Eroziya və deflyasiya texnogen və antropogen mənşəli olur. Onlar təsərrüfata böyük ziyan vurur. Eroziya ilə mübarizə ümumxalq işidir. Torpaq eroziyası ilə mübarizə təbiətdən səmərəli istifadənin başlıca vəzifələrindən biridir. Bu tədbirlər 3 istiqamətdə aparılır.
  • Torpaq eroziyasının mübarizə tədbirləri
  • Eroziyanı törədən səbəbləri aradan qaldırmaq;
  • Eroziyaya qarşı mübarizə tədbirləri tətbiq etmək
  • Eroziyanın təsərrüfata təsirinin mənfi nəticələrini aradan qaldırmaq
  • Eroziyaya və deflyasiyanı aradan qaldırmaq üçün aqrotexniki və bioloji tədbirlər aparılmalıdır. Aqrotexniki tədbirlər aqrokimyəvi, aqrofiziki və torpaq becərmə tədbirlərindən ibarətdir. Şum və becərmə işləri yamaca köndələn istiqamətdə aparılmalıdır.
  • Bioloji tədbirlər kənd təsərrüfatına yararsız sahələrdə meşə fondunun artırılması, ağac və kol cinslərinin əkilməsidir.
  • Sənaye, nəqliyyat və s. fəaliyyəti nəticəsində xarab olmuş, dağılmış, tullantılarla örtülmüş ərazilərin yaxşılaşdırılması tədbirləri rekultivasiya adlanır. Torpaqların rekultivasiyası texniki və bioloji mərhələdə aparılır. Texniki mərhələdə ərazinin düzəldilməsi yol çəkilməsi, əraziyə yeni torpaq tökülməsidir. Bioloji mərhələdə ərazidə bitkilər yetişdirilir. Filiz mədənləri istismar edilən sahələrdə rekultivasiya işinə suxurların turşuluğuna qarşı mübarizə ilə başlanır. Bunun üçün
  • qrunta əhəng verilməli, ya da üstü torpaqla örtülüb, gübrə verilməlidir.
  • Əhalinin artımı, onun xammala təlabatı və gələcəkdə də ölkəni xammalla təmin etmək üçün torpağın mühafizəsi böyük əhəmiyyət kəsb edir. Torpağın mühafizəsi elmi əsaslarla aparılmalıdır. 
  • Torpağın mühafizəsinin kompleks tədbirləri bunlardır: torpaqların hesaba alınması, onun səmərəli və düzgün istifadəsi, üzərində nəzarətin olması, çirklənmədən qorunması, eroziyiya qarşı mübarizənin təşkili, suvarmanın düzgün təşkili, sanitariya tədbirlərinin təşkili və s.
  • Sənaye müəssisələrində texnoloji proseslər təkmilləşdirilməli, tullantısız işləməli, tullantılar zərərsizləşdirilməlidir. Çirkab sular təmizləndikdən sonra xaricə buraxılmalıdır. Bitki zayanvericilərinə verilən kimyəvi maddələr təkmilləşdirilməlidir. Meşə zolaqlarının salınmasına diqqət artırılmalıdır. Yararsız, az məhsuldar sahələr texniki və bioloji üsulla yararlı torpaqlara çevrilməlidir. Torpağı mühafizə etmək üçün vaxtaşırı onun çirklənmə vəziyyəti sanitar – epidimoloji stansiyalar tərəfindən yoxlanmalıdır. 


Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə