Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim



Yüklə 14,96 Mb.
səhifə8/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji

Nəticə
  • Yazılanlardan da göründüyü kimi sözün geniş mənasında insanın hər bir fəaliyyəti, ətraf mühitin dəyişməsi və təbii resurslardan istifadə şəraiti ilə əlaqədardır. Təbiətdən qeyri səmərəli istifadə olunması ekoloji böhranlara gətirir, əksinə, təbiətdən səmərəli istifadə olunması isə nəinki maddi nemət alınmasına habelə ətraf mühitin mühafizəsinsə səbəb olur. 
  • Resurslardan düzgün istifadə etmək və ekologiyanı da qorumaq üçün aşağıdakı şərtlərə əməl edilməlidir:
  • - təbii sərvətlərin istifadəsi prosesində onların təkrar istehsalının bərpa edilməsi və istehsala səmərəli cəlb edilməsi;
  • - bu məqsədlərin yerinə yetirilməsində təbiətin və təbii sərvətlərin mühafızəsi üzrə fəaliyyətdə olan ittifaqa, beynəlxalq təşkilatlara kömək edilməsi;
  • - flora və faunanın saxlanılmasında beynəlxalq konfransların qüvvədə olan qərar və təkliflərinə əməl edilməsi;
  • - bu sahədə məlumatlar mübadiləsinə alimlər və mütəxəssislərlə sıx əməkdaşlığın və əlaqələrin aparılmasına müvafıq şərait yaradılması;
  • - torpağın, suyun, flora və faunanın səmərəsiz, təsərrüfatsızlıqla istifadə edilməsini aradan qaldırmaq məqsədilə müvafıq qanunların həyata keçirilməsi;
  • - təhsil müəssisələri mətbuat, radio, televiziya və sair məlumatların köməyi ilə təbiətin mühafızəsi sahəsində insanlar arasında əməkdaşlığın genişləndirilməsi. Beynəlxalq miqyasda milli kompaniyaların yaradılması;
  • - flora və faunanın zənginləşdiriməsinə, mühafızəsinə nail olmaq məqsədilə müvafıq departamentlərin bu işə cəlb edilməsi.
  • Hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, qeyd olunan istiqamətlərdə səylərini daha da artırmalıdırlar. Burada təkcə inzibati resursları işə salmaqla ətraf mühiti qorumaq mümkün deyil. Hüquqşünasların yaxşı bir ifadəsi var. Cinayət baş verirsə, cinayətkarı həbs etməklə məsələ bitmir. Yəni, problemi yaradan səbəbləri araşdırıb aradan qaldırmaq lazımdır. Bu səbəblərə diqqət yetirdikdə görürük ki, insanlarda ekoloji təfəkkür tərzinin aşağı olması, sosial iqtisadi problemlər, qanunla yaşamaq vərdişlərinin yetərincə formalaşmaması və digər faktorlar insanları resurslardan düşünmədən, ehtiyatsızca istifadə etməyə sövq edir.
  • Maarifləndirmə işinin gücləndirilməsi ən vacib məsələlərdəndir. Hər bir problemin həllində maarifləndirmə işinin yüksək səviyyədə qurulmasının nə dərəcədə böyük önəm daşıdığını nəzərə alsaq, bu gün üzərimizə düşən məsuliyyəti daha dərindən dərk etmiş olarıq. 
  • Hər bir Azərbaycan vətəndaşı təbiəti mühafizə siyasətinə, tullantısız və aztullantılı texnologiyaya, elmi inkişafa, ekoloji mədəniyyətə, təbii resursları qorumağa və qənaətlə istifadəyə yönəldilən tədbirləri dəstəkləməli, qeyd olunan istiqamətlərdə səylərini daha da artırmalıdırlar. 

DİQQƏTİNİZ UÇUN TƏŞƏKUR EDİRƏM
Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə