Kurs: 1 qrup: 162A4 MÜƏLLİM: manafov qasim


Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən (şəkil 1)



Yüklə 14,96 Mb.
səhifə3/8
tarix23.04.2023
ölçüsü14,96 Mb.
#106756
1   2   3   4   5   6   7   8
İlkin Kazimov Nəqliyyat ekoloji

Bütün təbii resurslar tükənmə dərəcəsinə görə iki qrupa bölünür: tükənən və tükənməyən (şəkil 1).
  • Tükənən təbii resurslar Yer qabığında və ya landşaft mühitində əmələ gəlir, lakin onların həcmi və yaranma sürəti zamanın geoloji şkalası ilə ölculür. Bununla belə, insanrəfindən onların istifadəsinin həcmi təbii bərpası sürətini olduqca keçir. Bunun nəticəsində bu təbii resursların tükənməsi qaçılmazdır.
  • Tükənən resursların qrupuna müxtəlif sürətlə və müxtəlif həcmlə əmələ gələn resurslar daxildir. Bu baxımdan, tükənən resurslar bərpa oluna bilməyən, bərpa olunan və nisbətən bərpa oluna bilən növlərə aynlır.
  • Bərpa oluna bilməyən resurslara demək olar ki, bütün mineral və qismən torpaq resursları aiddir. Faydalı qazıntılar yer qabığının dərinliklərində daim filizyaranma prosesləri nəticəsində əmələ gəlir. Lakin bu resursların əmələ gəlməsinə olduqca uzun dövr (on və yüz milyon illər) tələb olunur. Odur ki, onların təsərrüfat baxımından hesablanması praktiki olaraq qeyri mümkündür. Bununla ələqədar olaraq bütün mineral resurslar tükənən, eyni zamanda bərpa olunmayan resurslar hesab olunur.
  • Torpaqdan səmərəsiz istifadə edilməsi ilə əlaqədar güclü eroziya prosesi nəticəsində yalniz bir il ərzində torpağın ən qiymətli üst şum qatının bir neçə santimetr dağılmasına səbəb olur. Son 50 il ərzində əksər dövlətlərin ərəzisində torpağın dağılması prosesi olduqca intensiv gedir. Bu torpaqların bərpa olunmasına 1000 illərlə vaxt tələb olunur. Bu, torpaq resurslarını «nisbi bərpa olunan» resurslar qrupuna aid etməyə əsas verir.
  • Hazırda sənaye əhəmiyyətli yetişmiş yaşlı meşələr intensiv istismar edilir. Bu hal ən cox tropik meşələrdə müşahidə olunur. Bir cox inkişaf etməkdə olan ölkələrdə (Nigeriya, Kosta-Rika, Filippin, Tailand, İndoneziya, Vyetnam və Rusiyada) yetişmiş yaşlı meşələrin sahəsinin azalmasi cox sürətlə gedir. Belə meşələrin bərpasına azı bir-iki əsr vaxt tələb olunur və onların olduğu kimi təbii halında bərpa olunması qeyri-mümkündür.
  • Bitki örtüyünün intensiv antropogen təzyiq nəticəsində deqradasiyaya uğraması və məhv edilməsi onların bərpa olunmayan resurs qrupuna keçməsinə səbəb ola bilər. Bioloji növ (bitki, yaxud heyvan) nə qədər mövcuddursa, o, planetin bərpa olunan hissəsi sayılır. Növün yoxa çıxması ilə o, əbədi olaraq Yer üzərindən silinmiş olur.
  • Tükənməyən təbii resurslara okeanın su resursları, iqlim resursları, yer təkinin enerjisi, dəniz qabarması və dalğaları daxildir.
  • Planetar miqyasda su resursları praktiki olaraq tükənməyən resurs hesab edilməsi faktı məlumdur. Lakin, Yer səthində su istifadəsi sistemində şirin su ehtiyatı qeyri-bərabər paylanmışdır. Arid və subarid rayonlarda geniş ərəzilərdə suyun çatışmazlığı xüsusilə müşahidə olunur
  • Sudan qeyri-səmərəli istifadə olunması nəticəsində regionlar səviyyəsində və lokal səviyyədə su ehtiyatının faciəli azalması baş verir. Duzlu dəniz suyunun şirinləşdirilməsi texnologiyası artiq məlumdur. Odur ki, Dünya okeanı, duzlu göllər və duzlu yeraltı sular gələcəkdə potensial su resursları kimi istifadə oluna bilər. Deməli, təbiətdən, su resurslarından səmərəli istifadə etmək şəraitində, bu su resursları tükənməz resurs kimi qiymətləndirilə bilər. Lakin bu prinsiplər pozulduqda ekoloji vəziyyət olduqca kəşkinləşə bilər və hətta planetar miqyasda təmiz şirin su defisiti yarana bilər.
  • Iqlim resursları dedikdə, konkret ərazi və regionun malik olduğu istilik və rütubət ehtiyatı başa düşülür. Mövsüm və ərazi üzrə istilik, xüsusilə rütubətlik qeyri-bərabar paylanmışdır. Yer üçün orta temperatur təxminən +15°C təşkil edir.
  • Ətraf mühitdə su və havanın miqdarı praktiki olaraq azalmır, lakin insan fəaliyyəti nəticəsində onlar keyfiyyətcə pisləşə və istifadəsi məhdudlaşa bilər. Məsələn, suyun miqdarı azalmasa da, içməli suyun miqdarı azalır. Bu təbii resurslar yalnız müasir texnika və texnologiyanın köməyi ilə (suyun, tozun, qazın təmizlənməsi, həmçinin səhiyyə-gigiyena işləri) tükənməz qala bilər.
  • Hazırda dünyanın inkişaf etmiş ölkələrində bütün istehsal proseslərinin tullantısız istehsal texnologiyası bir məqsəd kimi qarşıya qoyulmuşdur. Əvvəllər əmələ gələn tullantı ətraf mühitə atılırdısa, indi ondan ikinci xammal kimi istifadə edilir.


Yüklə 14,96 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə