Qaydalarının təsdiq edilməsi haqqında azərbaycan respublikasi naziRLƏr kabinetiNİn qərari



Yüklə 60,25 Kb.
Pdf görüntüsü
tarix02.05.2018
ölçüsü60,25 Kb.
#40913
növüQaydalar


Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən istifadə 

qaydalarının təsdiq edilməsi haqqında

 

 

 

AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI



 

 

 

"Azərbaycan  Respublikasının  1997-ci  il  26  dekabr  tarixli  Qanunu  ilə  təsdiq 

edilmiş  Azərbaycan  Respublikası  Su  Məcəlləsinin  tətbiq  edilməsi  barədə" 

Azərbaycan  Respublikası  Prezidentinin  1998-ci  il  13  mart  tarixli,  685  nömrəli 

Fərmanına əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

 

1.  "Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının  ehtiyacları  üçün  su  obyektlərindən 



istifadə Qaydaları" təsdiq edilsin (əlavə olunur).

 

2. Bu qərar imzalandığı gündən qüvvəyə minir. 



 

 

 



Azərbaycan Respublikasının Baş naziri A. RASİZADƏ

 

 

 

Bakı şəhəri, 8 may 2000-ci il

 

  № 82


 

 

 



  

 

 



Azərbaycan Respublikası Nazirlər Kabinetinin 

2000-ci il 8 may tarixli, 82 nömrəli qərarı ilə 

TƏSDİQ EDİLMİŞDİR 

 

 



  

Balıqçılıq və ovçuluq təsərrüfatlarının ehtiyacları üçün su obyektlərindən 

istifadə

 

 

 

QAYDALARI

 

  



1.  Bu  Qaydalar  Azərbaycan  Respublikasının  Su  Məcəlləsinə  və  «Azərbaycan 

Respublikasının  1997-ci  il  26  dekabr  tarixli  Qanunu  ilə  təsdiq  edilmiş  Azərbaycan 

Respublikasının  Su  Məcəlləsinin  tətbiq  edilməsi  barədə»  Azərbaycan  Respublikası 

Prezidentinin  1998-ci  il  13  mart  tarixli,  685  nömrəli  Fərmanına  əsasən  hazırlanmışdır  və 

balıqçılıq,  o  cümlədən  akvakultura və  ovçuluq  təsərrüfatlarının  ehtiyacları  üçün  su 

obyektlərindən istifadə qaydalarını müəyyən edir.



 

[1]

 

2. 



Azərbaycan 

Respublikasının 

qanunvericiliyi 

ilə 


müəyyən 

edilmiş 


balıqçılıq əhəmiyyətli su  obyektləri  və  ovçuluq  obyektinə  aid  edilən  su  quşlarının  və 

qiymətli  xəzdərili  heyvanların  məskunlaşdığı  su  hövzələri  balıqçılıq  və  ovçuluq 

təsərrüfatlarının ehtiyacları üçün istifadə oluna bilər.

 

[2]

 

3.  Su  obyektlərinin  balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının  ehtiyacları  üçün  istifadəyə 



verilməsi Azərbaycan Respublikasının su qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. 


4.  Su  obyektləri  balıqçılıq  və  ovçuluq  təsərrüfatları  tərəfindən,  onların  göstərdiyi 

fəaliyyət növlərindən asılı olaraq, aşağıdakı məqsədlər üçün istifadə edilir: 

balıq və digər su bioresurslarının, ovçuluq obyektinə aid edilən su quşlarının və qiymətli 

xəzdərili heyvanların yetişdirilməsi, artırılması, bərpası, istifadəsi və mühafizəsi; 



[3]

 

balıq,  qiymətli  xəzdərili  və  digər  su  bioresurslarının yetişdirilməsi  və  artırılması  üçün 



istifadə  edilən  su  obyektlərinin,  habelə  su  quşlarının  məskunlaşdığı  su  hövzələrinin  su  ilə 

təmin edilməsi;  

balıqçılıq təsərrüfatı meliorasiyası tədbirlərinin aparılması;  

balıqçılıq  və  ovçuluq  təsərrüfatlarında  istifadə  edilən  gəmilərin,  qayıqların  və  digər 

nəqliyyat vasitələrinin hərəkəti;  

balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının  ehtiyacları  üçün  ayrılmış  su  obyektlərində  və 

onların  sahil  zolaqlarında  ov  alətlərinin,  texniki  vasitələrin  saxlanması,  təmiri  və 

quraşdırılması, müvəqqəti yaşayış və istehsalat təyinatlı binaların yerləşdirilməsi, habelə su 

qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müvafiq hidrotexniki qurğuların, su nəqliyyat 

vasitələri üçün dayanacaqların tikintisi;  

balıq  emalı  müəssisələrindən,  balıqartırma  və  balıqyetişdirmə  nohurlarından,  habelə 

digər təsərrüfat sahələrindən istifadə olunmuş suyun su obyektinə axıdılması;  

balıqçılıq və ovçuluq təsərrüfatlarının digər ehtiyacları üçün.  

5.  Mülkiyyət  formasından  və  tabeliyindən  asılı  olmayaraq  bütün  balıqçılıq  və  ovçuluq 

təsərrüfatları  su  obyektlərinin  istifadəsi  və  mühafizəsi  sahəsində  aşağıdakılara  riayət 

etməlidirlər: 

bu Qaydaların, su qanunvericiliyinin, balıqçılıq haqqında qanunvericiliyin və heyvanlar 

aləmi haqqında qanunvericiliyin tələblərinə;  

su  obyektlərinin  istifadəsi  və  mühafizəsinə  dair  sanitariya-gigiyena,  ekoloji,  hidroloji, 

texnoloji və meteoroloji standart, norma və qaydalarına;  

balıq və digər su bioresurslarının mühafizəsi və ovu qaydalarına; 

[4]

 

su obyektlərinin zərərli təsirinin yol verilən normalarına;  



sudan istifadə normalarına və limitlərinə;  

sudan istifadə müqavilələrinə;  

sudan pullu istifadə qaydalarına;  

su mühafizə zonalarının və sahil mühafizə zolaqlarının ərazisində istifadə rejiminə;  

suların dövlət uçotu qaydalarına.  

6.  Balıqçılıq  və  ovçuluq  təsərrüfatları  su  obyektlərindən  istifadə  etdikdə  aşağıdakıları 

yerinə yetirməyə borcludurlar: 

su obyektlərindən təyinatına görə istifadə etmək;  

su obyektlərini çirklənmədən, zibillənmədən və tükənmədən qorumaq;  

su obyektlərindən götürülən və onlara axıdılan suların ilkin uçotunu aparmaq;  

su  obyektlərindən  götürülən  və  onlara  axıdılan  suların  müəyyən  edilmiş  rejiminin 

pozulması  və  qəza  nəticəsində  zərərli  maddələrin  su  mənbələrinə  axıdılması  hallarında 

müvafiq dövlət orqanlarına təcili xəbər vermək;  

təhkim  olunmuş  su  obyektlərinin  və  ov  edilən  sahələrin  sanitar  vəziyyətini  lazımi 

səviyyədə saxlamaq

balıq, qiymətli xəzdərili və digər su bioresurslarının məskunlaşdığı su hövzələrinin təbii 

şəraitinə  mənfi  təsir  göstərə  bilən  yeni  balıq  növlərinin  və  digər  su  bioresurslarının 

iqlimləşdirilməsinə yol verməmək;



[5]

 

müəyyən  olunmuş  qaydada  balıqartırma  və balıqçılıq  təsərrüfatı  meliorasiyası işlərini 



aparmaq; 

[6]

 



icazə verildiyindən artıq və ya icazə verilməmiş ov alətlərindən istifadə etməmək;  

balıq,  su  quşları,  qiymətli  xəzdərili  heyvanlar  və  ov  alətlərinə  təyin  edilmiş  limiti 

aşmamaq;  

su nəqliyyatı vasitələrini xilasetmə ləvazimatları ilə təmin etmək;  

su obyektlərinin sahillərindəki yaşıllığın qayğısına qalmaq;  

müvafiq icra hakimiyyəti orqanının yazılı göstərişini icra etmək;  

Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər tədbirləri həyata 

keçirmək. 

7.  Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının  ehtiyacları  üçün  ayrılmış  su  obyektlərində  və 

onların ətraf sahələrində qadağandır: 

müvafiq icazə sənədləri olmadan balıq və digər su bioresurslarının ovu; 

[7]

 

təmizlənməmiş və zərərsizləşdirilməmiş çirkab sularının axıdılması, istehsalat, məişət və 



digər tullantıların atılması;  

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, 

çayların,  onun  qollarının  və  kanallarının  qarşısının  tamamilə  kəsilməsi,  göl,  nohur  və 

limanların suyunun boşaldılması, bataqlıq yerlərinin qurudulması;  

qadağan  edilən  ov  alətləri,  habelə  partlayıcı  və  zəhərləyici  maddələrlə  su  obyektlərinin 

yaxınlığında olmaq;  

Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş digər hallar.  

8. Su obyektlərində vəhşi heyvanların yaşayış mühitinin vəziyyətinə zərərli təsir göstərə 

bilən  hidrotexniki  qurğuların  istismarı,  hidroloji  və  su  sərfi  rejiminin  müəyyən  edilməsi, 

habelə  heyvanlar  aləmənin  mühafizəsinə  yönəlmiş  digər  tələblər,  balıqçılıq  və  ovçuluq 

təsərrüfatlarının mənafeyi nəzərə alınmaqla həyata keçirilməlidir. 

9. Qiymətli növ balıq və digər su bioresurslarının artırılması, bərpası və qorunması üçün 

mühüm  balıqçılıq  su  obyektlərində  və  ya  onların  ayrı-ayrı  hissələrində  sudan  istifadə 

edənlərin  hüquqları  balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının  xeyrinə  “Balıqçılıq  haqqında” 

Azərbaycan  Respublikasının  Qanunu  və  su  qanunvericiliyində  nəzərdə  tutulmuş  qaydada 

məhdudlaşdırıla bilər.



[8]

 

10.  Balıqçılıq və  ovçuluq təsərrüfatlarının  müraciətlərinə  əsasən  su  obyektləri  onlara 



qanunvericilikdə  müəyyən  edilmiş  qaydada  qısamüddətli  —  3  ilə,  uzunmüddətli  —  25  ilə 

qədər,  ovçuluq  təsərrüfatlarının  aparılması  məqsədilə  hüquqi  və  fiziki  şəxslərin 

müraciətlərinə əsasən azı 10 il müddətinə istifadəyə verilə bilər.

[9]

 

11. Su obyektlərindən istifadə hüquqlarının müddəti qanunvericilikdə müəyyən edilmiş 



qaydada uzadıla bilər. 

12.  Su  obyektlərindən  istifadənin  məhdudlaşdırılması,  dayandırılması  və  ya  qadağan 

edilməsi su qanunvericiliyinə uyğun olaraq həyata  keçirilir. 

 

 



  

  

 



 

İSTİFADƏ OLUNMUŞ MƏNBƏ SƏNƏDLƏRİNİN SİYAHISI

 



 

 

1.

       

11  sentyabr  2004-cü  il  tarixli 129 nömrəli  Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 



Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 745)

 

2.



 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik Toplusu, 2014-cü il, № 11, maddə 1509)

 

  



QƏRARA EDİLMİŞ DƏYİŞİKLİK VƏ ƏLAVƏLƏRİN SİYAHISI

 

 



 

 

 



 

[1]

 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları  üçün  su  obyektlərindən  istifadə  Qaydaları”nın  1-ci  hissəyə  “balıqçılıq”  sözündən  sonra 

“, o cümlədən akvakultura” sözləri əlavə edilmişdir.

 

  



[2]

 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları  üçün  su  obyektlərindən  istifadə  Qaydaları”nın  2-ci  hissədən  “əhəmiyyətli”  sözü 

çıxarılmışdır.

 

  



[3]

 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları  üçün  su  obyektlərindən  istifadə  Qaydaları”nın  4-cü  hissəsinin  ikinci  abzasında 

ehtiyatlarının”  sözü  “və  digər  su  bioresurslarının”  sözləri  ilə,  üçüncü  abzasında  “balıqların, 

qiymətli  xəzdərili  və  digər  su  heyvanlarının”  sözləri  “balıq,  qiymətli  xəzdərili  və  digər  su 

bioresurslarının” sözləri ilə, dördüncü abzasında “balıq təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq 

təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilmişdir.

 

  



[4]

 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları  üçün  su  obyektlərindən  istifadə  Qaydaları”nın  5-ci  hissəsinin  dördüncü  abzası  yeni 

redaksiyada verilmişdir.

 



əvvəlki redaksiyada deyilirdi: 

balıq ehtiyatlarının mühafizəsi və balıq ovu qaydalarına; 

  

[5]

 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları  üçün  su  obyektlərindən  istifadə  Qaydaları”nın  6-cı  hissəsinin  yeddinci  abzası  yeni 

redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi: 



balıq  ehtiyatlarının,  su  quşlarının  və  qiymətli  xəzdərili  heyvanların  məskunlaşdığı  su 

hövzələrinin  təbii  şəraitinə  mənfi  təsir  göstərə  bilən  yeni  balıq  növlərinin,  su  quşlarının,  digər  su 

heyvanları və bitkilərinin mühitə uyğunlaşmasına yol verməmək; 

  

[6]



 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 6-cı hissəsinin səkkizinci abzasında “balıq 



təsərrüfatı meliorasiya” sözləri “balıqçılıq təsərrüfatı meliorasiyası” sözləri ilə əvəz edilmişdir. 

  

[7]



 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 7-ci hissənin ikinci abzası yeni redaksiyada 

verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi: 



müvafiq  icazə  sənədləri  olmadan  balıq,  su  quşlarının,  qiymətli  xəzdərili  və  digər  su 

heyvanlarının ovlanması, su bitkilərinin yığılması; 

  

[8]

 

19  noyabr  2014-cü  il  tarixli 370 nömrəli

 Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin 

Qərarı (“Azərbaycan”  qəzeti,  23  noyabr  2014-cü  il,  №  256;  Azərbaycan  Respublikasının 



Qanunvericilik  Toplusu,  2014-cü  il,  №  11,  maddə  1509) ilə “Balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının 

ehtiyacları üçün su obyektlərindən istifadə Qaydaları”nın 9-cu hissəsi yeni redaksiyada verilmişdir.

 

əvvəlki redaksiyada deyilirdi: 



9. Qiymətli balıq növlərinin, digər su heyvanları (su quşları) və bitkilərinin artırılması, bərpası 

və  qorunması  üçün  mühüm  əhəmiyyətli  sututarlarda  və  ya  onların  ayrı-ayrı  hissələrində  sudan 

istifadə  edənlərin  hüquqları  balıqçılıq  və  ovçuluq  təsərrüfatlarının  xeyrinə  müvafiq  qanunvericiliklə 

nəzərdə tutulmuş qaydada məhdudlaşdırıla bilər. 

  

[9]

 11 oktyabr 2004-cü il tarixli 129 nömrəli Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarı 

(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004-cü il, № 9, maddə 745) ilə "Balıqçılıq və 

ovçuluq  təsərrüfatlarının  ehtiyacları  üçün  su  obyektlərindən  istifadə  Qaydaları"nın  10-cu  bəndindən 

"və  ovçuluq"  sözləri  çıxarılmışdır  və  həmin  bənddə  "25  ilə  qədər"  sözlərindən  sonra  ",  ovçuluq 



təsərrüfatlarının  aparılması  məqsədilə  hüquqi  və  fiziki  şəxslərin  müraciətlərinə  əsasən  azı  10  il 

müddətinə" sözləri əlavə edilmişdir. 

 

Yüklə 60,25 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə