Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Azərbaycan Memarlıq və İnşaat Universiteti



Yüklə 40,09 Kb.
səhifə1/2
tarix25.03.2023
ölçüsü40,09 Kb.
#103211
  1   2
Qurbanova Püstə-2




Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi
Azərbaycan Memarlıq və İnşaat Universiteti

Fakültə: TİF
İxtisas: İqtisadiyyat
Qrup: 740a2
Tələbə: Qurbanova Püstə
Müəllim: Qənbərov Əliağa
Kafedra: İqtisadi nəzəriyyə və marketinq
Fənn: Beynəlxalq iqtisadiyyat
Mövzu: 1.İntelektual mülkiyyət obyektlərindən istifadə edənlərin hüquqlarının lisenziya müdafiəsi. Lisenziya növləri
2. İnformasiyanın beynəlxalq mübadiləsində ödənişlərim və maliyyələşmənin növləri. İntelektual mülkiyyətin ümumidünya təşkilatı.


İntelektual mülkiyyət obyektlərindən istifadə edənlərin hüquqlarının lisenziya müdafiəsi. Lisenziya növləri
İnformasiya cəmiyyətinin inkişaf etdiyi şəraitdə sivil ölkələrin spesifik xüsusiyyətlərindən biri də həmin ölkələrdə keçmişdən indiyədək elmə, təhsilə, mədəniyyətə, texniki inkişafa göstərilən qayğının hansı səviyyədə olması məsələsidir.
İstənilən dövlətdə intellektual potensialdan istifadənin səmərəlilik dərəcəsi, eləcə də texnoloji və mədəni inkişaf həmin dövlətin qarşıya qoyduğu iqtisadi problemləri həll etməsinə əhəmiyyətli dərəcədə təsir göstərən əsas faktorlardan hesab edilir. Eyni zamanda ETT, mədəniyyət, təhsil və elm hazırkı şəraitdə yalnız intellektual
mülkiyyətin səmərəli hüquqi mühafizəsi və düzgün qiymətləndirilməsi zamanı inkişaf etmək iqtidarında ola bilər. Mülkiyyət-cəmiyyətdə formalaşan sosial-iqtisadi münasibət kimi xarakterizə olunur. Başqa insanlar hər hansı bir şəxsin əşyasına “özgəninki”, mülkiyyət sahibi isə özünə məxsus olan həmin əşyaya “özününkü” kimi yanaşmasa, onda mülkiyyət münasibətləri mövcud olmaz. Mülkiyyət əmlak proseslərində vacib funksiya yerinə yetirir və o, iradəvi, eyni zamanda maddi mahiyyətə malikdir. İqtisadi anlamda mülkiyyət istehsal vasitələrinin və maddi nemətlərin insanlar tərəfindən mənimsənilmənilərək onlara sahib etmək, eləcə də həmin mülkiyyətdən istifadə və sərəncam barədə cəmiyyət üzvləri arasında iqtisadi münasibətlərin məcmusudur.
Adlarını çəkdiyimiz münasibətlər kompleks şəkildə hüquqi cəhətdən müdafiə olunduqda mülkiyyət hüququ formalaşır. Mülkiyyət hüququ spesifik qaydaları ilə mülkiyyəti, daha doğrusu insanlar arasında olan iqtisadi münasibətləri qoruyur.
Əsas anlayışlar
1.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:
1.0.1. ərizəçi – lisenziyanın və icazənin alınması üçün lisenziya və icazə verən orqana ərizə ilə müraciət edən, təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar;
1.0.2. lisenziya verən orqan – lisenziya vermək səlahiyyətinə malik olan dövlət orqanı;
1.0.3. icazə verən orqan – icazə vermək səlahiyyətinə malik olan inzibati orqan;
1.0.4. lisenziyanın (icazənin) sahibi – lisenziyaya (icazəyə) malik olan, təşkilati hüquqi formasından asılı olmayaraq, hüquqi şəxs, xarici hüquqi şəxsin filialı, nümayəndəliyi və fərdi sahibkar;
1.0.5. lisenziya və icazə sistemi – lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin siyahısının müəyyən edilməsi, lisenziyanın (icazənin), onun dublikatının və əlavəsinin verilməsi, lisenziyanın (icazənin) yenidən rəsmiləşdirilməsi, dayandırılması, bərpa edilməsi və ləğvi, şərtlərinə riayət olunmasına nəzarətlə bağlı prosedurların məcmusu;
1.0.6. lisenziya şərtləri – lisenziyanın alınması üçün ərizəçinin və lisenziyada göstərilən fəaliyyəti həyata keçirərkən lisenziya sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblər;
1.0.7. icazə şərtləri – icazənin alınması üçün ərizəçinin və icazədə göstərilən hərəkəti həyata keçirərkən icazə sahibinin yerinə yetirilməli olan, Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilən tələblər;
1.0.8. lisenziya – müvafiq sahibkarlıq fəaliyyəti növünün həyata keçirilməsi üçün ərizəçiyə lisenziya verən orqan tərəfindən verilən rəsmi sənəd;
1.0.9. ümumi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünü onun bütün alt növlərinin hər biri üçün ayrılıqda xüsusi lisenziya almadan həyata keçirmək hüququ verən lisenziya;
1.0.10. xüsusi lisenziya – lisenziya tələb olunan fəaliyyət növünün bir və ya bir neçə alt növünü həyata keçirmək hüququ verən lisenziya;
Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr (maliyyə bazarları sahəsində istisna olmaqla) yalnız bu Qanunla müəyyən edildikdən sonra müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarında əks edilir. Lisenziya tələb olunan fəaliyyət növlərini və icazələri müəyyən edən bu Qanundan və müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının digər qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziya tələb olunan fəaliyyət növlərinin və icazələrin, həmçinin müvafiq sahəni tənzimləyən Azərbaycan Respublikasının qanunlarından başqa hər hansı digər hüquqi aktda lisenziyaların və icazələrin alınmasından azadolma hallarının müəyyən olunmasına yol verilmir.
4.2. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələr aşağıdakı meyarlardan biri nəzərə alınmaqla müəyyən edilir:
4.2.1. fəaliyyət növü dövlət təhlükəsizliyinə təsir edir;
4.2.2. fəaliyyət növü məhdud təbii ehtiyatlardan istifadəni nəzərdə tutur;
4.2.3. fəaliyyət növü ətraf mühitin ekoloji vəziyyətinə mənfi təsir göstərə bilər
4.2.4. fəaliyyət növü qeyri-məhdud sayda şəxslərin həyatı, sağlamlığı və əmlakı üçün təhlükə doğurur.
4.3. Lisenziya tələb olunan fəaliyyət növləri və icazələrin siyahısı bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində müəyyən edilir. Bu Qanunun 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə lisenziyalaşdırılan iş və xidmətlərin siyahısını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
4.4. Bu Qanunun 1, 2 və 3 nömrəli əlavələrində, 1 nömrəli əlavəsinin 2-ci, 17-ci, 18-ci və 19-cu maddələrində göstərilən fəaliyyət növləri üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi lisenziyalaşdırılan iş və xidmətlərin siyahısında hər hansı bir yeni lisenziya tələb olunan fəaliyyət (iş və xidmət) növünün və ya icazənin əlavə edilməsi barədə təkliflə yanaşı, həmin sahə üzrə bir lisenziya tələb olunan fəaliyyət (iş və xidmət) növünün və ya icazənin çıxarılması barədə təklif də verilməlidir.

Yüklə 40,09 Kb.

Dostları ilə paylaş:
  1   2




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə