Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə333/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   329   330   331   332   333   334   335   336   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
280 
istifadə edildikdə çox miqdarda çirkab su əmələ gəlir, mineral və üzvi maddələrlə zənginləşir, həm həll 
olunur, həm də dayandırılır. Ümumdünya Səhiyyə Təşkilatının məlumatlarına əsasən bir çox şəhərlərdə 
çirkab suların ümumi miqdarı bir nəfər üçün gün ərzində 600 litrə çatır. Bu vəziyyət hal – hazırda da 
artmaqda davam edir. Nəticədə bir sıra çaylarda həll olunan üzvi maddələrin ümumi tərkibi təbii fona 
nisbətdə 400% artırmaqdadır.
Ümumiyyətlə, yeraltı suların səviyyəsinin qalxması bütün şəhərdə müşahidə edilir. Lakin ərazidə 
yayılmış süxurların zəif sukeçiriciliyə malik olmasına görə müxtəlif amillərin təsirindən yeraltı laylara 
süzülən suların ərazidən çətin kənarlaşması bu problemi xüsusilə böyük şəhərlər üçün kəskin etməkdədir.
Böyük şəhərlərdə və ümumiyyətlə şəhər ərtafı ərazilərdə həmçinin regionlarda yeraltı suların 
səviyyəsinin qalxması və əraziləri su basması – mikroiqlimin dəyişməsi, bina və tikililərdə nəmliyin artması, 
sanitar şəraitin vəziyyətinin pisləşməsi , ağcaqanad və digər həşəratların artması və nəticədə əhalinin 
müxtəlif növ xəstəliklərə yoluxması deməkdir. Subasma bir sıra iri sənayə müəssisələrində istehsalın 
dayanmasına, torpaqların dövriyyədən çıxmasına, həmçinin istirahət zonalarının məhvinə səbəb olmuşdur.
Kommunal çirklənmənin əsas səbəbi, qeyd edildiyi kimi, bir çox şəhərlərdə və ümumiyyətlə yaşayış 
məntəqələrində kanalizasiya şəbəkələrinin sutəmizləyici qurğularla kifayət qədər təmin olunmamasından 
qaynaqlanır. Tullantı suları da birbaşa çaylara, dənizə, çökəkliklərə, həmçinin bu məqsədlə qazılmış şambo 
və çalalara axıdılır. 
Sənayenin əsas sahələrinin axıntı ( tullantı) sularında ən çox yayılmış maddələr içərisində suyun 
ümumi kimyəvi tərkibinin makrokomponentləri, qazlar və üzvi maddələr iştirak edir. Xüsusilə böyük 
şəhərlərdə avtomobil nəqliyyatı da hazırda yeraltı suların çirklənməsi üçün kifayət qədər böyük mənbədir.
Fikrimcə bütövlükdə ətraf mühitin və qismən yeraltı hidrosferin iri şəhərlərdəki sənaye sahələri tərəfindən 
çirklənməsi yaşayış mühitini tənəzzülə uğratmaqla və əhalinin sağlamlığına zərər vurmaqla , daha kəskin 
ekoloji problem olmaqda davam edir.
Xüsusilə neft emalı ilə məşğul olan şəhərlərdə neft emalı sahələri ekoloji vəziyyətə zərərli təsir 
göstərməkdədir. Onlar nəinki su hövzələrinin, həmçinin yeraltı suların, eləcə də havanın çirklənmə mənbəyi 
hesab olunur. Müəssisələrin axıntı suları ilə su obyektlərinə sulfatlar, xloridlər, fosfor, dəmir, ağır metallar və 
bir çox kimyəvi maddələr daxil olur. Həmçinin tikinti materialları sənayesində, sellüloz – kağız sənayesinin 
müəssisələri üçün axıntı suların istifadəsi problemi böyük əhəmiyyətə malikdir. Yeraltı suların kommunal və 
sənaye axıntı suları ilə çirklənməsi zamanı kimyəvi çirklənmə il yanaşı olaraq istilik çirklənməsi də baş verir. 
Bu da öz nğvbəsində yeraltı suların temperaturunun yüksəlməsi ilə təzahür edir. Yaranmış temperatur 
anomaliyası torpaqların və aerasiya zonası süxurlarının və onların istilik rejiminin pozulmasına səbəb olur, 
bu da bitki və heyvanat aləmində öz təsirini göstərir.
Ümumiyyətlə hidrogeoekologiyanın əsas məqsədi odur ki, yeraltı sulardan səmərəli istifadə edilməli 
və onların ətraf mühitə zərərli təsirinin qarşısının alınması və minimuma endirilməsinə nail olunmalıdır.
Yeraltı suların çirklənməsinin qarşısının alınmasının bir neçə üsulu vardır : 1) sənaye su təchizatı ilə 
bağlı olan sistemlərin və kanalizasiyanın yaradılması ; 2) axınsız texnologiya və ya çirkab suların minimal 
miqdarı ilə istehsalatın tətbiq edilməsi; 3) çirkab suların təmizlənməsinin təkmilləşdirilməsi ; 4) çirkab suları 
kommunikasiyasının izolya edilməsi; 5) müəssisələrdə qaz – tüstü tullantılarının ləğv edilməsi və ya 
təmizlənməsi ; 6) kənd təsərrüfatı sahələrində gübrələrin və zəhərli ximikatların nəzarətli və 
məhdudlaşdırılmış istifadə olunması ; 7) iqtisadi cəhətdən bəraət qazanmış təmizləmə və ləğvetmə üsulları 
olmayan, xüsusilə də zərərli hesab olunan çirkab sularının etibarlı basdırılması ; 8) qrunt sularının yayıldığı 
ərazilərdə ciddi təsərrüfat və tikinti fəaliyyəti qaydaları ilə mühafizə sahələrinin yaradılması. 

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   329   330   331   332   333   334   335   336   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə