Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə341/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   337   338   339   340   341   342   343   344   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
287 
ŞƏMKİR RAYONUNDA SƏHRALAŞMA PROSESİ VƏ HƏLLİ YOLLARI 
 
Əliyeva M.A. 
Azərbaycan Dövlət Aqrar Universiteti 
E-mail: 
eliyevamehebbet040@gmail.com
 
 
Dünya üzrə (2014 cü il məlumatı) səhra və səhralaşmış ərazi 16,5 mln km
2
(quru sahənin 11%)
ərazini tutur. Buraya 20% ərazisi olan antraktida daxil edilmir. Səhralaşmış əraziləri “ekstrimal landşaf” da 
adlandırmaq olar. Dünyanın hər yerində, xüsusilə arid ərazilərin daha geniş areala malik olduğu ölkələrdə 
alimlər səhralaşmanın səbəblərini elmi əsaslarla öyrənməyə və onların aradan qaldırılması imkanlarını 
araşdırmağa çalışırlar. 
Səhralaşma (dezertifikasiya) planetimizdə qlobal məsələ olaraq insan fəaliyyəti (antropogen) və təbii 
faktorlar və proseslər nəticəsində baş BMT-nın son məlumatına əsasən səhralaşma planetimizin kənd 
təsərrüfatına yararlı torpaqların üçdə bir hissəsinə və bir milyard insanı əhatə edə bilər.
Səhralaşma prosesləri Azərbaycanın əsas kənd təsərrüfatı bazası olan Kür-Araz ovalığında, Apşeron 
yarımadasında, Şəmkirçay
ərazisində, Naxçıvan Muxtar Respublikasının Arazboyu düzənliklərində özünü 
tam aydınlığı ilə büruzə verir.
Şəmkir rayonun əraziləri Azərbaycan Respublikası üçün əhəmiyyətini nəzərə alaraq səhralaşmanın 
elmi əsaslarının öyrənilməsi, baş verməsi səbəblərinin aşkar edilməsi, qarşısının alınması imkanlarının 
araşdırılması ən aktual problemlərdəndir. Rayonunun bəzi ərazilərində torpaqların kənd təsərrüfatında 
uzunmüddətli istismar edilməsi və burada heç bir zaman kompleks torpaq yaxşılaşdırma tədbirlərinin həyata 
keçirilməməsinin nəticəsi torpaqların keyfiyyət qrupları arasında yuxarıdan aşağıya doğru transferlik 
dinamikasının güclənməsinə şərait yaratmışdır. Bölgənin torpaq örtüyündə münbitliyinin itirilməsinə və 
habelə becərilən kənd təsərrüfatı bitkilərində məhsuldarlığının azalmasına və ümuliyyətlə, torpaqların ekoloji 
meliorativ vəziyyətinin pisləşməsinə səbəb olan təbii amillərdən biri də torpaqlarda eroziya prosesinin baş 
verməsidir.
Ərazidə eroziya prosesinin geniş vüsət almasının başlıca səbəbi təbii amillərlə yanaşı, son 
onilliklərdə insanın aktiv təsərrüfat fəaliyyəti ilə əlaqədardır. Xüsusilə dağlıq ərazilərdə örüş və otlaq 
sahələrinin intensiv şəkildə otarılması həmin sahələrdə otlaq yükünün həddən artıq yüksək olması, habelə bir 
çox sahələrdə meşə, meşə-kolluqların tədricən qırılıb məhv edilməsi və eləcə də həmin sahələrin müəyyən 
hissəsinin şumlanıb əkilməsi bölgənin torpaqlarında eroziya prosesinin güclənməsinə səbəb olmuşdur. 
Rayonun bitki örtüyündən uzun müddət səmərəsiz istifadə olunması və yaxşılaşdırma tədbirlərinin 
aparılmaması nəticəsində bəzi sahələrdə bitkilik güclü deqradasiyaya uğramış, bir çox nadir növlər və bitki 
qruplaşmaları məhvolma təhlükəsi qarşısında qalmış, eroziya, sürüşmə və sel axınları üçün şərait 
yaranmışdır. Bitki örtüyünün mühafizəsi, məhsuldarlığın artırılması, eroziya, sürüşmə və səl axınlarının 
qarşısının alınması bitkiliyin bərpasına imkan verə biləcək fitomeliorativ tədbirlər sistemi işlənib 
hazırlanmışdır. 
Bu problemlərin həlli üçün, biz tədqiqatlarda Şəmkir rayonda baş verən səhralaşmanın qarşısının 
alınması imkanlarını araşdırmışıq və torpaq-bitki örtüyünün deqradasiyasına təsirini öyrənmişik.
Tədqiqat 
apardığımız ərazinin özünə məxsus təbii coğrafi şəraiti olmaqla fitosenoloji və floristik xüsusiyyətlərə 
malikdir. Floristik zənginliyi ilə səciyyələnən səhra, yarımsəhra, bozqır, tuqay tipli təbii kompleksləri əmələ 
gətirən dominant və etifikatorlar, o cümlədən nadir relikt və endemlər insanların təsərrüfat fəaliyyətı 
nəticəsində demək olar ki, məhv edilmişdir. Bölgədə baş verən təbii negativ proseslər su eroziyası 
defolyasiya, təkrar şorlaşma, deqradasiyalarla nəticələnmişdir. Ərazidə ekoloji tarazlığın təmamilə pozulma 
təhlükəsi yaranmışdır. 
Nəticədə təklifimiz ondan ibarətdir ki, Şəmkir rayonda səhralaşmanın qarşısını almaq məqsədlə həmin 
ərazilərdə müasir fıtomeliorativ tədbirlər həyata keçirməklə torpaqlar yararlı hala salınmalı və həmin 
yerlərdə mədəni bitki aqrofıtosenozları yaradılmalıdır. Çayın kənarlarında eroziyaya məruz qalmış 
torpaqların bərpası üçün münbitlyə az tələbkar olan Tamarix (yulğun), Artemisia (yovşan) cinsinə aid olan 
növlər, birillik ot bitkiləri
Cyperasceae
(cil) fəsilələrinə aid olan bitkilər salınmalıdır. 
Səhralaşma mürəkkəb ekoloji problem olduğundan, onun qarşısının alınması uzunmüddətli prosses 
olmaqla, yüksək kapital qoyuluşu tələb edir. Bu baxımdan təbii ehtiyatların səmərəli və elmi əsaslarla 
istifadə olunması, əhalinin bu istiqamətdə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir.



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   337   338   339   340   341   342   343   344   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə