Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə343/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   339   340   341   342   343   344   345   346   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
289 
QLOBALLAŞMA DÖVRÜNDƏ BƏŞƏRİYYƏTİN MÜHİM PROBLEMLƏRİ VƏ ONLARIN 
EKOLOJİ ASPEKTLƏRİ 
 
Əsədov K.Ü. 
Azərbayca Dövlət İqtisad Universiteti 
E-mail: 
Kenanesedov336@gmail.
com
 
 
Bəşəriyyətin inkişafının indiki səviyyəsində qloballaşma onun əsas məzmununu nümayiş etdirir. 
Qloballaşmanın əsas səbəblərini, müxtəlif aspektlərini ,nəticələrini aydınlaşdırmadan düzgün anlamaq 
mümkün deyildir. Yəni, qloballaşma müasir dövrdə mühüm bir məsələ olub , ötən əsrin 80 ci illərindən 
meydana gəlmişdir. Qloballaşma termininin yayılması amerikan alimi R.Robertsonun adı ilə bağlıdır. O, 
1985 ci ildə qloballaşma anlayışının şərhini vermişdir. Qloballaşma dedikdə dünyaya qərb inkişaf modelinin 
yayılması başa düşülür. 
Müasir qlobal problemlərin araşdırılması indiki dövrümüzdə ən cox müzakirə olunan məsələdir. 
Alimlər daim bu problemi aradan qaldırmaq üçün yollar axtarmışdır. Akademik Ramiz Mehdiyev deyirdi ki, 
Qərb alimləri qlobal problemləri 4 tipə ayırırlar: sülh yaradılması; ictimai tərəqqinin şərtləndirilməsi; seçim 
hüququnun azad olması; ictimai və fərdi mövcudluğun lazimi şərtlərinin mühafizəsi 
Fikrimcə,bu problemlərin hamısı böhran yaratmasa da,tərkibində bu vardır. Yer kurəsində olan qlobal 
istiləşmə, ətraf mühitin çirklənməsi,qaçqınlıq,yoluna qoyulmayan miqrasiya problemləri,işsizlik və digər 
mühim problemlər bu prosesin nəticəsidir. 
Qloballıq 3 vacib mənaya sahibdir: miqyas və əhəmiyyət; əhatəsi böyük olan ; ümumbəşəri, dünyavi, 
beynəlmi. 
Qlobal problemlərin fəlsəfi həllərinin nümayişi vaxtı, bir yandan bu məsələlərin varlığı, digər yandan
problemlərin həlli dinamikası, onun nəticələrinin hansı yöndə inkişafı, bunların səbəbləri, onları doğuran 
şərait və nəticələri arasında əlaqədə öyrənilməlidir. 
Qlobal problemə aid ölkəmizdə yayılmış fikirlərdən biri bundandan ibarət idi ki, bu və buna bənzər 
başqa qlobal problemin kəskinlik və aktuallıq dərəcəsi, bəzi qlobal problemlərin başqaları ilə qarşılaşmada 
prioritet təşkil etməsi, onların iyerarxik tərkibi üçün subordinativ əlaqələrin müəyyən olunması bu 
problemlərin həllinin aparılması üçün lazım hesab edilir. 
Bəzi qlobal problemlərə diqqət yetirsək görərik ki, alimlərin çoxu qlobal problemlərin həllinin dəqiq 
və rahat yollarını axtarırlar. İndiki dövrün qlobal problemlərinin həlli çətin prosesdir və iki şərti tərkibində
toplayır. Bir yandan bu problemlər zamanla daha çox surətlənir və onun həlli özlərinə əks sosial iqtisadi 
sistemin, dövrümüzün vacib ziddiyyətlərini özündə əks etdirən fikirlərin aydınlaşdırılması vəziyyətində həll 
olunmalıdır. Digər yandan, qlobal problemlərin həlli təkcə bütün dünyanın köməkçi siyasəti nəticəsində 
beynəlxalq əməkdaşlıq edilərsə həll oluna bilər. 
Qlobal problemlərin dünya əhalisinin həyatı üçün vacibliyi onların araşdırılmasını lazımi edir. Qlobal 
proseslərin elmi baxımdan araşdırılmasının irəlilədilməsi aktual nəzəri və praktiki məsələdir. Bunun həlli 
müasir elmi biliklər sistemi yanında yeni yollar açır, təbiət elmləri, texniki və humanitar elmlərin daha da 
çox inkişaf etməsinə zəmin yaradır. Fundamental və tətbiqi araşdırmaların dialektikasını, elmi yaxılaşmalar 
qaraşısında əlaqəni nümayiş etdirir.Gələcəyin inteqrativ elmınin əsaslarını formalaşdırır. Bu elmin fəlsəfi 
mahiyyəti getdikcə daha aşkar görünməkdə davam edir. 
Fututuroloqlar indi özlərini daha çox futuristlərə oxşadırlar, çünki nə olacağını əvvəlcədən hiss etmək 
çox çetin proses olub. Zamanı düzxətli hərəkətinə görə sorğulasaq, gələcəyin elə hissəsi olar ki, o indi baş 
verir. Bu anlamda, gələcək keçmişlə əlaqə yaradır. Gələcək və ya gələcəyə aid futuroloji konsepsiyalar insan 
beynində və fəlsəfədə daim mühüm yer tutmuşdur. İnsan həyatının böyük bir hissəsi olacaq hadisələri 
öncədən planlaşdırılması və gələcəyin müəyyən anlamda hiss olunmasıyla bağlıdır. Bununlada gələcək 
görünməsi cəhdi insan varlığına xas olan bir xüsusiyyətdir. Bununla yanaşı, futuroloji konsepsiyaların 
yaradılması xeyli çətin məsələdir. bir yandan qlobal erudisiya tələb etdiyi halda, digər yandan, kreativlik, 
böyüklük və ağıllı daxili fikir tələb edir. 
Bununla da belə demək olar ki, insan ilə təbiət arasındakı bu əlaqə bir-birinə cox pis təsir göstərmişdir. 
Insan təbiətin nemətlərindən özünün rahatlığına görə sui-istifadə edərək ekoloji tarazlığı pozmuşdur. Təbiət 
də öz növbəsində insana, insan həyatına öz sözünü demişdir.Texnologiya və inkişaf bu qlobal problemlərin 
yaranması üçün daim əsas mənbə kimi çıxış edir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   339   340   341   342   343   344   345   346   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə