Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə339/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   335   336   337   338   339   340   341   342   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
285 
Tədqiq olunan suların fiziki - kimyəvi xassələrinə görə əksəriyyəti orta səviyyəli termal sulara aid olub 
(30- 48°), əsasən zəif qələvi xassəlidir. Tərkibində olan hidrogen - sulfid onların balneoloji xüsusiyyətli 
olmasında mühüm əhəmiyyət kəsb edir. Yalnız Şıx su mənbəyı temperaturunun yüksək olması ilə (65°) 
müstəsnalıq təşkil edir. Demək olar ki, Böyük Qafqazın termal sularının hamısı orta yaşlı yura dövrünün 
suxurlarında formalaşmışdır. 
Adları qeyd olunan termal sulaın mikrobiotası öyrənilərkən məlum oldu ki, hər bir su mənbəyinin 
özünəməxsus mikrobiotası vardır.
Mikrobiotanın istər sayı, istərsə də növ tərkibi su mənbəyinin ekoloji vəziyyəti ilə əlaqədar bir-
birindən kəskin fərqlənir.
Orqanogen elementlərin dövranında iştirak edən həm aerob, həm də anaerob bakteriyalar termal 
sularda geniş yayılmışdır. Azotun və kükürdün dövranında iştirak edənlər və metan əmələ gətirən 
bakteriyaların bəzi növləri aşkara çıxarıldı
Aktinomisetlərin Böyük Qafqazın su mənbələrində yalnız
Thermoactinomyces diastaticus və 
Thermomicromonospora vulgaris
növləri müşahidə olunur və onların ən yüksək sayına Cimi - 2, Xalxal və 
Çaqan termal sularında təsadüf olunmuşdur. 
Mikroskopik göbələklərə gəldikdə isə, su mənbələrində 
Aspergillus

Penicillium
cinsinlərinə aid 
növlər digər
 Chaetomium, Mucor, Humicola
növlərinə nisbətən üstünlük təşkil edir. 
Beləliklə, aparılan tədqiqatdan aşağıda göstərilən nəticələrə gəlmək olar: 
1. Hər bir termal su mənbəyinin mikrobiotası onun ekoloji vəziyyətindən asılıdır. Temperaturun 
mühitdə artması mikrobiotanın sadələşməsinə tempe-raturun azalması isə mikrobiotanın zənginləşməsinə 
şərait yaradır. 
2. Termofil mikroorqanizmlər su mühitində bir çox mikrobiologi prosesləri yerinə yetirərərk bir çox 
kimyəvi maddələrin destruksiyasında iştirak edir və beləliklə də elementlərin maddələr dövranında böyük rol 
oynayır. 
Cədvəl. Azərbaycan Respublikası üzrə termal suların proqnoz istismar ehtiyatları: 
Termal suların 
istismar olunduğu 
sahələr 
Proqnoz 
ehtiyatları 
M
3
/gün 
Suyun temperaturu,
0
S: 
Yer səthində 
dərinlikdə 
Qeyd 
1. Böyük Qafqazın ön dağ 
hissələri 
2000 
30-50 
m.y. 
əsasən bulaqlar 
2. Samur-Dəvəçi dağətəyi 
düzənliyi 
21654 
30-67 
39-97 
Quyularla müxtəlif 
dərinliklərdə horizontlarda 
3. Abşeron yarımadası 
20000 
20-90 
m.y. 
Quyularla müxtəlif 
dərinliklərdə horizontlarda 
4. Kiçik Qafqazın ön dağ hissəsi 
4171 
30-74 
m.y. 
Əsasən bulaqlar 
5. Naxçıvan MR 
3000 
40-53 
m.y. 
Culfa rayonunun Dandaq 
sahəsi quyularda 
6. Lənkəran düzənliyi 
7908 
44-64 
42-52 
Bulaqlar və quyularda 
7. Kür çökəkliyi (Gəncə-Bərdə-
Ağcabədi-Beyləqan sahləri) 
172466 
22-71 
m.y. 
Quyularla müxtəlif 
dərinliklərdəki 
horizontlarda 
Termal su yataqlarının geoloji materiallarının təhlili göstərir ki, bütünlükdə termal suların istismar 
ehtiyatları yuxarıda qeyd olunandan dəfələrlə artıqdır.
Ekoloji cəhətdən təmiz enerji mənbəyi olan yeraltı termal suların başqa yanacaq növləri (əsasən neft, 
qaz) ilə bərabər, kompleks şəkildə öyrənilməsi və onun xalqın xidmətinə verilməsi böyük əhəmiyyət kəsb 
edir.
Hazırda Milli Geoloji Kəşfiyyat Xidməti tərəfindən respublika ərazisində aşkar edilmiş termal 
sulardan istifadə istiqamətlərinin müəyyən edilməsi məqsədi ilə xüsusi tədqiqatlar aparılır.

Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   335   336   337   338   339   340   341   342   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə