Ministry of education of azerbaijan republic sumgayit state university


Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə338/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   334   335   336   337   338   339   340   341   ...   579
magistr2021 3 2

Magistrantların XXI Respublika Elmi konfransı, 17-18 may 2021-ci il 
284 
üçün toplu ölümlərə səbəb olur, dəniz səthini qalın bir təbəqə şəklində örtən neft dənizlə atmosfer arasındakı 
oksigen mübadiləsinə maneə törətdiyi üçün dəniz ekosistemində problemlərə yol açır və toksin xüsusiyyətinə 
görə toplu balıq ölümlərinə gətirib çıxarır. Bunların qarşısını almaq üçün sualtı boru kəmərlərinin istifadəsi 
məqsədəuyğundur.
Yüksək miqdarda neft qəbul edən balıqlar özləri ölməsə belə, qida zəncirindəki bir üst canlı- dəniz 
məməliləri, dəniz quşları və ya insanlar tərəfindən yeyildikdə, həmin canlıda da zəhərlənməyə, hətta ölümə 
belə səbəb ola bilir. 
Normal gündəlik dəniz çirklənmələri ilə yanaşı, anormal dəniz çirklənmələrinə də rast gəlirik. 
Məsələn, İraqın Küveyti işğalından sonra meydana gələn dəniz çirklənməsi ətraf mühitin çirklənməsi 
baxımından ən qorxuncu hesab olunur. Mütəxəssislər bunu "ətraf mühit terrorizmi" adlandırdılar.
Xam neftin dənizə axıdılması, 750-dən çox neft quyusunun və neftayırma zavodlarının yandırılması, 
kimyəvi-biyoloji silah anbarlarının bombalanması bu dəniz və mühit çirklənməsinin başlıca səbəbləri 
arasındadır. Bu böyük faciənin təsirləri hələ tam olaraq ortaya çıxmadığı halda, dəymiş zərərlərin ilk təsirləri 
hisli yağış formasında İran torpaqlarında və Türkiyənin cənub və cənub-şərq bölgələrində özünü 
göstərmişdir. 
AZƏRBAYCAN RESPUBLİKASINDA TERMAL SULARIN TƏDQİQİ 
 
Ələkbərova G.İ. 
Sumqayıt Dövlət Universiteti 
E-mail: 
chem-bio@mail.ru
  
 
Məlumdur ki, termal sulara dünyanın bütün ərazilərində rast gəlinir və onlar bir-birindən coğrafi və 
ekoloji göstəricilərinə görə kəskin fərqlənirlər. 
Keçmiş SSRİ-nin bir çox respublikalarıın ərazisində də termal sular mövcuddur və onlann əksəriyyəti 
mikrobioloji cəhətdən tədqiq olunsa da, respublikamızın termal suları bizim tədqiqatlara qədər öyrənilməmiş 
qalırdı.
Azərbaycan Respublikasının bir çox ərazilərində termal su mənbələrinə təsadüf olunsa da, lakin bu 
sularda termofil mikro-orqanizmlərin geniş öyrənilməsinə yalnız 1983-cü ildən sonra başlanmışdır.
Azərbaycan respublikasının dağlıq ərazisi əsasən üç dağ sistemini - Böyük Qafqaz (en yüksəklik 
4480m); Kiçik Qafqaz (yüksəklik 2345-3724 m) və Talış dağlarını (yüksəklik 2500 m) əhatə edir. Bu dağlaın 
ətəklərində və dərələrində termal su mənbələri daha çox müşahidə olunur.
Termal suların demək olar ki, hamısı balneoloji xüsusiyyətlərə malikdirlər. Ona görə də yerli və yaxın 
rayonların əhalisi onlardan müxtəlif xəstəliklərin müalicəsində çox zaman kor-koranə istifadə edirlər. 
Şübhəsiz ki, bəzi termal sulardan dövlət səviyyəsində sanatoriya-müalicə tipli müəssisələr yaradılsa da, lakin 
bəzilərinin suları baxımsızlıqdan axıb çaylara qarışması, istifadə olunmadan itirilməsi faktları da nəzər-
diqqəti cəlb edir. Halbuki, qonşu ölkələrin təcrübələrindən bəhrələnərək belə yeraltı tükənməyən sərvətdən 
müxtəlif məqsədlər üçün səmərəli istifadə olunması ilə respublikamızın iqtisadiyyatına xeyli gəlir gətirmək 
olar.
Nəzərə alınsa ki, termal sular alternativ eneıji mənbəyi olmaqla yanaşı həm də ayrı-ayrı kimyəvi 
birləşmələrin və elementlərin alınması üçün, xüsusən də sənaye produsentlərinin xammal mənbəyidir, onda 
onları lazımınca qiymətləndirmək heç də çətin deyil. 
Bunları nəzərə alaraq respublikamızın Böyük Qafqaz ərazisində yerləşən və müxtəlif tarixi dövrlərdə 
formalaşan termal sulann mikrobiosenozunun öyrənilməsi məqsədi ilə tədqiqat işləri aparılmışdır:
Araşdırmalar zamanı Böyük Qafqazın 12 sayda termal suları mikrobioloji tədqiq olunmuşdur:
1. Xaşı su mənbəyi (Quba rayonu) -t = 37,5°C, pH = 8,1-dir; 2. Xaltan - 1 su mənbəyi (Quba r-nu) -t = 
49°C, pH =8,5-dir; 3. Xaltan -2 su mənbəyi (Quba r-nu)-t = 46,8°C, pH= 8,0-dir; 4.Cimi - 1 su mənbəyi 
(Quba r-nu)-t= 43°C, pH= 7,7-dir; 5. Cimi - 2 su mənbəyi (Quba r-nu)-t= 35,5°C, pH= 7,8-dir; 6. 
Oğlanbulaq su mənbəyi (Qax r-nu)-t = 41°C, pH= 8,1-dir; 7. Qızbulaq su mənbəyi (Qax r-nu)-t = 40°C, pH 
=8,1-dir; 8. Bum su mənbəyi (Oğuz r-nu)-t = 40°C, pH = 7,4-dir; 9. Xalxal su mənbəyi (Oğuz r-nu)-t = 
30°C, pH = 7,5 –dir; 10. Qəmərvan su mənbəyi (Qəbələ r-nu)- t = 40,5°C, pH =7,3-dir; 11

Çaqan su 
mənbəyi (Şamaxı r-nu)-t = 32,5°C, pH= 7, 5-dir; 12. Şıx su mənbəyi (Abşeron yarımadası)- t = 65°C, pH= 9, 
0 –dir. 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   334   335   336   337   338   339   340   341   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə