Ministry of education of azerbaijan republic sumgayit state university


XƏZƏR DƏNİZİNİN QİDA ZƏNCİRİNDƏ BALIQLAR VƏ ONLARIN DƏNİZDƏ YAYILMA



Yüklə 8,73 Mb.
Pdf görüntüsü
səhifə335/579
tarix20.05.2023
ölçüsü8,73 Mb.
#111643
1   ...   331   332   333   334   335   336   337   338   ...   579
magistr2021 3 2

XƏZƏR DƏNİZİNİN QİDA ZƏNCİRİNDƏ BALIQLAR VƏ ONLARIN DƏNİZDƏ YAYILMA 
XÜSUSİYYƏTLƏRİ 
 
Daşdəmirova X.N. 
Azərbaycan Dövlət İqtisad Universiteti 
E-mail: 
xanimdashdamirova@gmail.com
 
 
Xəzər dənizi planetimizin ən böyük kontinent daxili şortəhər sulu, axarsız, okeanlarla əlaqəsi 
olmayan, lakin dənizlərə xas bütün əlamətlərə malik olan su hövzəsidir.Xəzər dənizinin unikal təbiəti onun 
fiziki-coğrafi xüsusiyyətlərinin özünəməxsusluğu ilə əlaqədardır. Xəzər dənizinin bioloji məhsuldarlığı 
başlıca olaraq onun hövzəsinin su toplayıcı sahələrində (maye, biogen və üzvi axarlar) formalaşan təbii-
iqlim faktorlarından asılıdır. 
İri pelagik hevanlar (makroplankton və ixtionekton) Xəzər dənizinin ümumi qida balansında və 
pelagial qruplaşmanın formalaşmasında və məskunlaşmasında mühüm rol oynayırlar. Lakin Xəzər dənizində 
makroplanktonun və nektonun tərkibi, miqdarca inkişafı və vertikal miqrasiyası zəif öyrənilmişdir. 
Nekton heyvanlar okeanın pelagik hissələrinin su qatlarında fəal üzərək suyun axımına müqavimət 
göstərir və böyük məsafələri sərbəst qət edirlər. Nektonun növ tərkibi makroplankton kimi çox deyil. 
Nektona başıayaqlı molyuskalar, balıqlar, balinakimilər, azsaylı su ilanları, bəzi suya cuman quşlar (pinqvin, 
qarabattaq və s.) və kürəkayaqlılar aiddir. Xəzər dənizində balıqlardan başqa nektona xəzər tüleni və su ilanı 
da daxildir. 
Balıq növlərinin sayına görə Xəzər dənizi Aralıq (540 növ), Qara (180 növ) və Azov (79 növ) 
dənizlərindən geridə qalır. A.N.Derjavin (1951) Xəzər dənizi üçün 78 növ, T.S.Rass (1965) - 75 növ və 17 
yarımnöv, Y.A.Qazançeyev (1981) - 76 növ və 47 yarımnöv (bunların 62-si dəniz növüdür), 
Y.A.Qazançeyev və V.N.Belyayeva (1989) 124 növ və yarımnöv balıq göstərmişlər. A.N.Derjavindən başqa 
bütün müəlliflər Xəzər dənizinə tökülən çayların çayağzı rayonlarında yaşayan şirinsu balıqlarını da dənizin 



Yüklə 8,73 Mb.

Dostları ilə paylaş:
1   ...   331   332   333   334   335   336   337   338   ...   579




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə